"Məmmədəmin Şəkinski" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 47: | Sətir 47: | ||
1920 – 1923-cü illərdə Qızıl ordunun polk hərbi komisarı, Zaqatala qəza hərbi komisarı, Azərbaycan atıcı briqada və dviziyası siyasi şöbəsinin rəisi vəzifələrini tutub. | 1920 – 1923-cü illərdə Qızıl ordunun polk hərbi komisarı, Zaqatala qəza hərbi komisarı, Azərbaycan atıcı briqada və dviziyası siyasi şöbəsinin rəisi vəzifələrini tutub. | ||
− | 1923 – 1937-ci illərdə Bakı milis rəisi, Baş milis idarəsi rəisinin müavini, Yevlax Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı komissarının müavini, Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri | + | 1923 – 1937-ci illərdə Bakı milis rəisi, Baş milis idarəsi rəisinin müavini, Yevlax Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı komissarının müavini, Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri olub. |
1937 – | 1937 – |
18:33, 16 noyabr 2020 versiyası
Məmmədəmin Şəkinski | |
---|---|
Şəkinski Məmmədəmin Əhməd oğlu | |
Məmmədəmin Şəkinski | |
Anadan olub | 15 mart 1900 |
Anadan olduğu yer | Aşqabad, Zakaspiysk vilayəti, Rusiya İmperiyası |
Vəfat edib | 28 sentyabr 1979 (79 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Uşağı | Əkrəm Şəkinski |
Məmmədəmin Şəkinski – Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü.
Haqqında məlumatlar
15 mart 1900-ci ildə Aşğabad şəhərində anadan olub.
1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə köçüb.
1917-ci ildən Tiflisdə bolşevik hərakatına qoşulmuş, Qars vilayətində, Nuxa və Ağdam qəzalarında bolşevik təbliğatı aparmışdır.
1918-ci ildə Hümmət partiyasının Aşqabad komitəsinin məsul katibi olub, Aşqabad Fəhlə və Əsgər Deputatları Sovetinə üzv seçilib.
1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib.
1920 – 1923-cü illərdə Qızıl ordunun polk hərbi komisarı, Zaqatala qəza hərbi komisarı, Azərbaycan atıcı briqada və dviziyası siyasi şöbəsinin rəisi vəzifələrini tutub.
1923 – 1937-ci illərdə Bakı milis rəisi, Baş milis idarəsi rəisinin müavini, Yevlax Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı komissarının müavini, Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri olub.
1937 –
1924-cü il məlumatına görə Bakı milisinin rəisi idi.
1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub.
1979-cu ildə Bakıda vəfat edib.
Ədəbiyyat
- Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку/Под ред. В.Серова, с. 69.
- Şəkinski Məmmədəmin Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 504. — 80.000 nüsx.
- "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- "Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.