Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Məmmədəmin Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədəmin Şəkinski
Şəkinski Məmmədəmin Əhməd oğlu
Məmmədəmin Şəkinski
Məmmədəmin Şəkinski.
Anadan olub 15 mart 1900(1900-03-15)
Anadan olduğu yer Aşqabad, Zakaspiyski vilayəti, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 28 sentyabr 1979 (79 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi yol-avtomobil qəzası
Uşaqları Əkrəm Şəkinski, Hikmət Şəkinski, Səltənət Şəkinskaya, Gülnarə Şəkinskaya
Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev (1828–1919)[1]
Anası Səltənət Hüseyn qızı (?–1914)
Mükafatları Lenin ordeni

Məmmədəmin Şəkinski (1900–1979) — Azərbaycan sovet dövlət xadimi və milis polkovniki. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. Azərbaycan sovet milisinin yaradıcılarından biri hesab edilir. Azərbaycan SSR-in maarif komissarı olmuş Məmmədsadıq Əfəndiyevin (1902–1942) qardaşı, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri olmuş Əkrəm Şəkinskinin atası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmuş, polis general-mayoru Emin Şəkinskinin (1960–2020) isə babasıdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

15 mart 1900-ci il tarixdə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi və o vaxt Aşqabadda kargüzar-tərcüməçi işləyirdi.

1909-cu ildə ailəvi olaraq Nuxa şəhərinə qayıdıblar.

1914-cü ildə anası Səltənət Hüseyn qızı,

1919-cu ildə isə atası Mirzə Əhməd vəfat edib.

Təhsili[redaktə | HTML redaktə]

1920-ci ildə Bakıda 2-ci dərəcəli gimnaziyanı bitirib.

Əmək və hərbçi fəaliyyəti[redaktə | HTML redaktə]

1920 – 1923-cü illərdə Azərbaycan Qırmızı Ordusunda rəhbər partiya-siyasi sahədə salışmış, əvvəl alay hərbi komissarı, sonra Azərbaycan diviziyasının hərbi komissarının müavini olmuşdur. O cümlədən, 1921-ci ilin fevralında ümumqoşun hərbi məktəbin komissarı kimi pulemyotçu dəstəsində Gürcüstanda sovet hakimiyyəti qurulması zamanı menşevik ordusuna qarşı mübarizədə iştirak edib.

1924-cü ilin əvvəlindən S.M.Kirovun zəmanəti ilə Bakı Sovetinin inzibati şöbəsinə və Bakı milisinə rəhbərlik edib.

1930-cu ildə Azərbaycan SSR Baş Milis rəisinin müavini vəzifəsində işləyib.

Daha sonra Bakı Sovetində sədr müavini olub.

1933-cü ildə Yevlax pambıq zavodunun direktoru vəzifəsində çalışıb.

1934 – 1935-ci illərdə, əvvəlcə Yevlax qəsəbə sovetinin, sonra isə Yevlax rayon icraiyyə komitəsinin sədri olub.

1936 – 1937-ci illərdə, əvvəl Azərbaycan SSR Kommunal Təsərrüfatı nazirinin müavini, sonra isə Kirovabad Şəhər Zəhmətkeş Deputatları Sovetinin sədri vəzifəsində çalışıb.

1947-ci ildə cəza müddətindən (1939–1947) sonra Kolımadan Krasnodar vilayətinə göndərilib, orada 1955-ci ilədək vətəndaş kimi müxtəlif vəzifələrdə işləyib[2].

1955 – 1957-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin arxivində işləyib.

1960 – 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi olub[3]; fərdi (İttifaq əhəmiyyətli) pensiyaya çıxması ilə əlaqədar 1967-ci il iyun ayının 19-dan vəzifəsindən azad edilib.

1968 – 1975-ci illərdə Azərbaycan SSR Neft Sənayesi Nazirliyi “Azərneft” Birliyinin hərbiləşdirilmiş mühafizə xidmətinin rəis müavini,

1979 – 1979-cu illərdə isə “Azərneft”in hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi olub[4].

Siyasi fəaliyyəti[redaktə | HTML redaktə]

1917-ci ildə Tiflisdə Rusiya Sosial Fəhlə (bolşeviklər) Partiyasına üzv olub. Partiyanın Qafqaz Komitəsi və “Hümmət” təşkilatı tərəfindən Qars vilayətinə, Nuxa və Ağdaş qəzalarına göndərilib, yerlərdə seçkiqabağı təsis yığıncaqlarında iştirak edib. 1917-ci ildə Ağdaş rayon zəhmətkeşlərinin mitinqində onun təklifi ilə V.İ.Leninə təbrik teleqramı göndərilmişdir.

1918-ci ildə “Hümmət”in Aşqabad komitəsinin katibi və Aşqabad Sovetinin üzvi olarkən fəhlələr arasında,

1919–1920-ci illərdə isə Azərbaycan Cümhuriyyəti ordusunda əsgərlik edərkən fəhlələr arasında bolşevik təbliğatı aparıb.

1937-ci ildə Azərbaycan K(b)P sıralarında xaric olunub.

15 noyabr 1955-ci il tarixdə Azərbaycan KP MK Bürosunun qərarı ilə partiya üzvlüyünə bərpa edilib.

Məhkunluğu və bəraət alması[redaktə | HTML redaktə]

1937-ci ilin noyabrında həbs edilib; 1939-cu ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunub və Kolıma həbs düşərgəsinə göndərilib.

27 sentyabr 1955-ci il tarixdə Azərbaycan SSR Ali Məhkəməsi müqəssir olmadığına və qanunsuz həbs edildiyinə görə ona bəraət verib.

Mükafatları[redaktə | HTML redaktə]

  • Qızıl Xəncər – Azərbaycan SSR sovetlərinin 1-ci qurultayında Azərbaycan Ordusunda savadsızlığın ləğv edilməsində xidmətimə görə (1921).
  • “Banditizmiə qarşı mübarizədə şücaət göstərdiyinə görə” medalı (1930).
  • SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininin fəxri fərmanı və radioqəbuledici mükafatı – Yevlax şəhərində sosializm quruculuğuna görə (1935).
  • Lenin ordeni.
  • digər medallar.

Vəfatı[redaktə | HTML redaktə]

28 sentyabr 1979-cu il tarixdə, Bakıda, nahar fasiləsindən işə piyada qayıdarkən Hüsü Hacıyev küçəsində avtomobil vurması nəticəsinə həlak olub[4].

Xatirəsi[redaktə | HTML redaktə]

Ölümündən iki gün sonra – sentyabrın 30-da, Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetində vəfatı münasibəti ilə nekroloq dərc olunub. Nekroloqu H.Ə.Əliyev, Q.Ə.Xəlilov, Ə.İ.İbrahimov, Y.P.Puqoçov, H.Z.Seyidov, Ə.H.Kərimov, K.M.Bağırov, F.Ə.Əliyev, F.H.Əhmədov və başqaları imzalamışdır[4].

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку/Под ред. В.Серова, с. 69.
  1. M.Ə.Şəkinski // Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübarizlər. — Azərb. KP MK yanında Partiya Tarixi İn-tu, Sov. İKP MK yanında Marksizm-Leninizm İn-tunun Filialı.. — Bakı: Azərnəşr, 1958. — Səhifələrin sayı:  419. — Səh.: 296-297. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2023.
  2. Şəkinski Məmmədəmin Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 504. — 80.000 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. Şəkinski Məmmədəmin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 522-523. — 1.000 nüsx.
  4. "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
  5. "Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.
  6. Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski (azərb.) // Ekspress : qəzet. — Bakı, 2012, 2 – 4 iyun. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
  7. Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski (azərb.) // Ekspress : qəzet. — Bakı, 2012, 23 – 25 iyun. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
  8. Teyyub Qurban Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?/Bağırov və Şəkinski (azərb.) // Ekspress : qəzet. — Bakı, 2011, 9-11 iyul. — Səh. 15. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 dekabr 2020.
  9. İmruz Əfəndiyeva (2020). "Atam haqqında xatirələr". https://edebiyyatqazeti.az/ (azərb.). Ədəbiyyat qazeti. 1 Dec 2020 tarixində arxivləşdirilib.