"Məmmədəmin Şəkinski" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 45: | Sətir 45: | ||
1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib. | 1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib. | ||
− | 1920 – 1923-cü illərdə | + | 1920 – 1923-cü illərdə qızıl ordunun 5-ci polkunun hərbi komisarı, Zaqatala qəza hərbi komisarı, Azərbaycan atıcı briqada və dviziyası siyasi şöbəsinin rəisi vəzifələrini tutub. |
1923 – 1937-ci illərdə Bakı milis rəisi, Bakı Baş Milis İdarəsi rəisinin müavini, Yevlax Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı komissarının müavini, Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, o cümlədən, Azərbaycan SSR və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komutələrinin üzvü olub. | 1923 – 1937-ci illərdə Bakı milis rəisi, Bakı Baş Milis İdarəsi rəisinin müavini, Yevlax Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı komissarının müavini, Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, o cümlədən, Azərbaycan SSR və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komutələrinin üzvü olub. |
19:05, 16 noyabr 2020 versiyası
Məmmədəmin Şəkinski | |
---|---|
Şəkinski Məmmədəmin Əhməd oğlu | |
Məmmədəmin Şəkinski | |
Anadan olub | 15 mart 1900 |
Anadan olduğu yer | Aşqabad, Zakaspiysk vilayəti, Rusiya İmperiyası |
Vəfat edib | 28 sentyabr 1979 (79 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Uşağı | Əkrəm Şəkinski |
Mükafatları |
Məmmədəmin Şəkinski – Azərbaycan sovet dövlət xadimi; bir sıra məsul vəzifələrdə çalışmış, lakin 1937-ci ildə siyasi repressiyaya məruz qalaraq həbs olunmuşdur. 1955-ci ildə bəraət almışdır. Azərbaycan sovet milisinin yaradıcılarından biri hesab olunur.
Haqqında məlumatlar
15 mart 1900-ci ildə Aşqabad şəhərində anadan olub.
1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə köçüb.
1917-ci ildən Tiflisdə bolşevik hərakatına qoşulmuş, Qars vilayətində, Nuxa və Ağdam qəzalarında bolşevik təbliğatı aparmışdır.
1918-ci ildə Hümmət partiyasının Aşqabad komitəsinin məsul katibi olub, Aşqabad Fəhlə və Əsgər Deputatları Sovetinə üzv seçilib.
1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib.
1920 – 1923-cü illərdə qızıl ordunun 5-ci polkunun hərbi komisarı, Zaqatala qəza hərbi komisarı, Azərbaycan atıcı briqada və dviziyası siyasi şöbəsinin rəisi vəzifələrini tutub.
1923 – 1937-ci illərdə Bakı milis rəisi, Bakı Baş Milis İdarəsi rəisinin müavini, Yevlax Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı komissarının müavini, Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, o cümlədən, Azərbaycan SSR və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komutələrinin üzvü olub.
1937 – 1955-ci illərdə siyasi repressiyaya səbəbindən həbsdə yatıb; 1955-ci ildə bəraət alıb.
1955-ci ildən İttifaq əhəmiyyətli təqaüd alırdı.
1957-ci ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv idarəsinin rəisi vəzifəsində işləyib.
Lenin ordeni və medallarla təltif edilmişdir.
1979-cu ildə Bakıda vəfat edib.
Ədəbiyyat
- Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку/Под ред. В.Серова, с. 69.
- Şəkinski Məmmədəmin Əhməd oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 504. — 80.000 nüsx.
- "Шекинский Мамед Эмин Ахмед оглы (1900)". https://ru.openlist.wiki/ (русский). Открытый список. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- "Шекинский Мамед Эмин Ахмед оглы". https://www.baku.ru/ (русский). Baku Pages. 16 Nov 2020 tarixində arxivləşdirilib.