"Eldar Əliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 3: | Sətir 3: | ||
|orijinal adı = ''Əliyev Eldar Həsən oğlu'' | |orijinal adı = ''Əliyev Eldar Həsən oğlu'' | ||
|digər adları = | |digər adları = | ||
− | |şəkil = Eldar | + | |şəkil = Eldar Əliyev2.jpg |
− | |şəklin izahı = | + | |şəklin izahı = Eldar Əliyev |
|fəaliyyəti = | |fəaliyyəti = | ||
|ilk adı = | |ilk adı = |
14:16, 19 dekabr 2020 versiyası
Eldar Əliyev | |
---|---|
Əliyev Eldar Həsən oğlu | |
Doğum tarixi | 14 yanvar 1936 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR ZSFSR, SSRİ |
Vəfat tarixi | 27 fevral 1984 (48 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu İncəsənət İnstitutunu |
IMDb | ID 3107848 |
Eldar Əliyev (1936 – 1984) — Azərbaycan sovet teatr və kino aktyoru. Həmçinin, Səməd Vurğun adına Rus Dram Teatrında, Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında rejissor vəzifəsində də çalışmışdır. Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti Dinarə Əliyevanın əmisidir.
Haqqında məlumatlar
1936-cı ildə Nuxada anadan olub.
Təhsili
Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu və İncəsənət İnstitutunu bitirib.
Əmək və yaradıcılıq fəaliyyəti
İlk vaxtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissor işləyib, sonralar Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və Rusiyada istehsalı olan “Azadlıq şirin sözdür” filmində müxtəlif obrazlar yaradıb.
Vəfatı
27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.