Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Dinarə Əliyeva

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Dinarə Əliyeva
Əliyeva Dinarə Fuad qızı
Dinarə Əliyeva
Dinarə Əliyeva.

Dinarə Əliyeva — Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük Teatrın (Moskva, Rusiya Federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti.

Dinara Əliyeva, Traviata operası, Violetta obrazında (soprano) və Elçin Əzizov, Jorc Jermon, (Alfredonun atası) obrazında (bariton), Böyük Teatr (Moskva, Rusiya Federasiyası), 2013.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

17 dekabr 1980-cı il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1998-ci ildə fortepiano üzrə Bülbül adına orta ixtisas musiqi məktəbini,

2004-cü ildə isə Bakı Musiqi Akademiyasını bitirib.

Daha sonra Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

2009-cu ildən Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.

Uğurları[Vizual/Mobil redaktə | HTML redaktə]

1998-ci ildə Bülbül adına məktəbin şagirdi olarkən Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdur.

2005-ci ildə Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsində iştirak etmiş, üçüncü yer tutmuşdur.

2007-ci ildə Maria Kallas festivalının,

2009-ci ildə Yelena Obraztsova beynəlxalq mahnı müsabiqəsinin,

2010-ci ildə Plasido Dominganın mahnı müsabiqəsinin laureatı olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Atası: Əliyev Fuad Həsən oğlu – M.Əliyev adına Teatr/İncəsənət İnstitutunda qrim ixtisası üzrə müəllim olub.

Ata babası: Həsən Hacıabdulkərim oğlu Əliyev – 1910-ci ildə Nuxada anadan olub. Müxtəlif illərdə Teatr/İncəsənət İnstitutunda müəllim, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru vəzifəsində çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.

Anası: Naida Kazım qızı Əliyeva – əslən Dağıstandandır, uzun illər Bülbül adına Musiqi Məktəbində fortepiano müəllimi işləyib. Hal-hazırda (2020) Moskvada yaşayır.

Ana babası: Kazım Əliyev – Dağıstan MSSR-in xalq artisti və Dağıstan Dövlət Rəqs Ansamblının bədii rəhbəri olub.

Filmoqrafiya[Vizual/Mobil redaktə | HTML redaktə]

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ...
  2. ...

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Biography : [arx. 14 Aug 2020 - 16 Aug 2022] : [ing.] // Dinara Alieva. — Müraciət tarixi: 16.12.2022.

Bildiriş[HTML redaktə]

...

...