"Eldar Əliyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 59: | Sətir 59: | ||
27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib. | 27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib. | ||
− | ===Ailəsi | + | ===Ailəsi=== |
''Atası'': '''Həsən Əliyev''' “Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyasında çalışıb. | ''Atası'': '''Həsən Əliyev''' “Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyasında çalışıb. | ||
23:49, 19 dekabr 2020 versiyası
Eldar Əliyev | |
---|---|
Əliyev Eldar Həsən oğlu | |
İlk adı | Elbert |
Doğum tarixi | 14 yanvar 1936 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR ZSFSR, SSRİ |
Vəfat tarixi | 27 fevral 1984 (48 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Tamara Əliyeva |
Uşaqları | Leyla, Eldarə |
Atası | Həsən Əliyev |
Təhsili |
M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu ( – 1959) M.Əliyev adına Teatr İnstitutu, teatr rejissorluğu fakültəsi ( – 1966) |
IMDb | ID 3107848 |
Eldar Əliyev (1936 – 1984) — teatr rejissoru, həmçinin kino aktyoru kimi bir sıra bədii filmlərdə çəkilib. Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti Dinarə Əliyevanın əmisidir.
Haqqında məlumatlar
1936-cı ildə Nuxada anadan olub.
Təhsili
1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu,
1966-cı ildə M.Əliyev adına Teatr İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib.
Əmək və yaradıcılıq fəaliyyəti
1959-cu ildən Bakı şəhər 20 nömrəli orta məktəbində müəllim işləyib.
1966-cı ildə Rus Dram Teatrının rejissoru olub. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya Teatrında quruluşları olub. Bolqar dramaturgiyası festivalında Panço Pançevin “Skazka o çetıryox bliznetsax” pyesinin Komissarjevskaya adına Leninqrad Dram Teatrının səhnəsində tamaşaya qoyulmasında iştirak edib.
Vəfatı
27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.
Ailəsi
Atası: Həsən Əliyev “Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyasında çalışıb.
Həyat yoldaşı: Tamara Əliyeva, pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.
Uşaqları: Leyla və Eldarə.
Filmoqrafiya
- 1001-ci qastrol (tammetrajlı bədii film, 1974) (kinorejissor).
- Dəli Kür (film, 1969) (Rus Əhməd).
- Gümüşü furqon (film, 1982).
- Qız qalası əfsanəsi (film, 1978).
- Mən ki gözəl deyildim (film, 1968) (Çingiz).
- Papaq (film, 2007).
- Sən niyə susursan? (film, 1966) (müfəttiş).
- Toral və Zəri (film, 1979).
- Yenilməz batalyon (film, 1965) (həbsxanadan qaçan).
- “Mezozoy əhvalatı” (Arif).
- “Eto sladkoye slovo - svoboda” (leytenant Kurilyov).
İstifadə edilmiş əsas mənbələr
- Samirə (5 mart 2009). "Məşhur filmin haqqında az danışılan aktyoru". http://www.anl.az/ (azərb.). “Həftə içi” qəzeti. 19 Dec 2020 tarixində arxivləşdirilib.
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış pedaqoqlar
- 1936-cı ildə doğulanlar
- 14 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 27 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)