"Eldar Əliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 62: Sətir 62:
 
''Atası'': '''Həsən Əliyev''' – 1910-ci ildə Nuxada anadan olmuşdur. “Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyasında çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.
 
''Atası'': '''Həsən Əliyev''' – 1910-ci ildə Nuxada anadan olmuşdur. “Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyasında çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.
  
''Anası'': Zabiyə.
+
''Anası'': '''Zabiyə'''.
  
 
''Həyat yoldaşı'': '''Tamara Əliyeva''' – pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.
 
''Həyat yoldaşı'': '''Tamara Əliyeva''' – pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.

00:19, 20 dekabr 2020 versiyası

Eldar Əliyev
Əliyev Eldar Həsən oğlu
İlk adı Elbert
Doğum tarixi 14 yanvar 1936(1936-01-14)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 fevral 1984 (48 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Tamara Əliyeva
Uşaqları Leyla, Eldarə
Atası Həsən Əliyev
Anası Zabiyə
Təhsili

M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu ( – 1959)

M.Əliyev adına Teatr İnstitutu, teatr rejissorluğu fakültəsi ( – 1966)
IMDb ID 3107848

Eldar Əliyev (1936 – 1984) — teatr rejissoru, həmçinin kino aktyoru kimi bir sıra bədii filmlərdə də çəkilib. Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti Dinarə Əliyevanın əmisidir.

Haqqında məlumatlar

14 yanvar 1936-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu,

1966-cı ildə M.Əliyev adına Teatr İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib.

Əmək və yaradıcılıq fəaliyyəti

1959-cu ildən Bakı şəhər 20 nömrəli orta məktəbində müəllim işləyib.

1966-cı ildə Rus Dram Teatrının rejissoru olub. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalara quruluş verib. Bolqar dramaturgiyası festivalında Panço Pançevin “Dörd əkizin nağılı” pyesinin Komissarjevskaya adına Leninqrad Dram Teatrının səhnəsində tamaşaya qoyulmasında iştirak edib.

Vəfatı

27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Atası: Həsən Əliyev – 1910-ci ildə Nuxada anadan olmuşdur. “Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyasında çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.

Anası: Zabiyə.

Həyat yoldaşı: Tamara Əliyeva – pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.

Uşaqları: Leyla və Eldarə.

Filmoqrafiya

  1. Yenilməz batalyon (film, 1965) (həbsxanadan qaçan).
  2. Sən niyə susursan? (film, 1966) (müfəttiş).
  3. Mən ki gözəl deyildim (film, 1968) (Çingiz).
  4. Dəli Kür (film, 1969) (Rus Əhməd).
  5. “Eto sladkoye slovo - svoboda!” (film, 1972) (leytenant Kurilyov).
  6. 1001-ci qastrol (tammetrajlı bədii film, 1974) (kinorejissor).
  7. “Mezozoy əhvalatı” (film, 1976) (Arif).
  8. Qız qalası əfsanəsi (film, 1978).
  9. Toral və Zəri (film, 1979).
  10. Gümüşü furqon (film, 1982).

İstifadə edilmiş əsas mənbələr

  • Samirə (5 mart 2009). "Məşhur filmin haqqında az danışılan aktyoru". http://www.anl.az/ (azərb.). “Həftə içi” qəzeti. 19 Dec 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə