"Eldar Əliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 41: Sətir 41:
 
  |vikianbar      =  
 
  |vikianbar      =  
 
}}
 
}}
'''Eldar Əliyev''' (1936 – 1984) — teatr rejissoru, 1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrınında fəaliyyət göstərib. Həmçinin, bir sıra filmlərdə rol gedib, daha çox [[:az:Dəli Kür (film, 1969)|“Dəli Kür”]] filmindəki (1969) '''Rus Əhməd''' obrazı ilə yadda qalıb.
+
'''Eldar Əliyev''' (1936 – 1984) — teatr rejissoru, 1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrınında fəaliyyət göstərmişdir. Həmçinin, bir sıra filmlərdə rol getmiş, daha çox [[:az:Dəli Kür (film, 1969)|“Dəli Kür”]] filmindəki (1969) '''Rus Əhməd''' obrazı ilə yadda qalmışdır.
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==

11:02, 20 dekabr 2020 versiyası

Eldar Əliyev
Əliyev Eldar Həsən oğlu
İlk adı Elbert
Doğum tarixi 14 yanvar 1936(1936-01-14)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 fevral 1984 (48 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Tamara Əliyeva
Uşaqları Leyla, Eldarə
Atası Həsən Əliyev
Anası Zabiyə
Təhsili

M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu ( – 1959)

M.Əliyev adına Teatr İnstitutu, teatr rejissorluğu fakültəsi ( – 1966)
IMDb ID 3107848

Eldar Əliyev (1936 – 1984) — teatr rejissoru, 1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrınında fəaliyyət göstərmişdir. Həmçinin, bir sıra filmlərdə rol getmiş, daha çox “Dəli Kür” filmindəki (1969) Rus Əhməd obrazı ilə yadda qalmışdır.

Haqqında məlumatlar

14 yanvar 1936-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu,

1966-cı ildə M.Əliyev adına Teatr İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib.

Əmək və yaradıcılıq fəaliyyəti

1959-cu ildən Bakı şəhər 20 nömrəli orta məktəbində müəllim işləyib.

1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru olub. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalara quruluş verib. Bolqar dramaturgiyası festivalında Panço Pançevin “Dörd əkizin nağılı” pyesinin Komissarjevskaya adına Leninqrad Dram Teatrının səhnəsində tamaşaya qoyulmasında iştirak edib.

Həmçinin, 1965 – 1982-ci illərdə çəkilmiş 10-dan çox filmdə rol oynayıb.

Vəfatı

27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Atası: Həsən Əliyev – 1910-ci ildə Nuxada anadan olmuşdur. “Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyasında çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.

Anası: Zabiyə.

Həyat yoldaşı: Tamara Əliyeva – pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.

Uşaqları: Leyla və Eldarə.

Qardaşı qızı: Dinarə ƏliyevaBöyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.


Filmoqrafiya

  1. Yenilməz batalyon (film, 1965) (həbsxanadan qaçan).
  2. Sən niyə susursan? (film, 1966) (müfəttiş).
  3. Mən ki gözəl deyildim (film, 1968) (Çingiz).
  4. Dəli Kür (film, 1969) (Rus Əhməd).
  5. “Eto sladkoye slovo - svoboda!” (film, 1972) (leytenant Kurilyov).
  6. 1001-ci qastrol (tammetrajlı bədii film, 1974) (kinorejissor).
  7. “Mezozoy əhvalatı” (film, 1976) (Arif).
  8. Qız qalası əfsanəsi (film, 1978).
  9. Toral və Zəri (film, 1979).
  10. Gümüşü furqon (film, 1982).

İstifadə edilmiş əsas mənbələr

  • Samirə (5 mart 2009). "Məşhur filmin haqqında az danışılan aktyoru". http://www.anl.az/ (azərb.). “Həftə içi” qəzeti. 19 Dec 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə