"Dinarə Əliyeva" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 84: | Sətir 84: | ||
==İstifadə edilmiş mənbələr== | ==İstifadə edilmiş mənbələr== | ||
− | *{{cite web| | + | *{{cite web | last =|url=http://dinaraalieva.com/index.php?link=7 |title=Biography |author= |date= |website=http://dinaraalieva.com |publisher= Dinara Alieva |language=en |accessdate= |archiveurl =https://web.archive.org/web/20140209081250/http://dinaraalieva.com/index.php?link=7 |archivedate =27 Mar 2010 - 3 Oct 2016 |ref = harv}} |
− | |||
− | |||
[[az:Dinarə Əliyeva]][[ca:Dinara Aliyeva]][[en:Dinara Aliyeva]][[ru:Алиева, Динара Фуад кызы]][[uk:Дінара Алієва]] | [[az:Dinarə Əliyeva]][[ca:Dinara Aliyeva]][[en:Dinara Aliyeva]][[ru:Алиева, Динара Фуад кызы]][[uk:Дінара Алієва]] | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} |
23:45, 21 dekabr 2020 versiyası
Dinarə Əliyeva | |
---|---|
Əliyeva Dinarə Fuad qızı | |
Dinarə Əliyeva | |
Dinarə Əliyeva. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 dekabr 1980 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Peşəsi | opera ifaçısı |
Atası | Əliyev Fuad Həsən oğlu |
Anası | Naida Kazım qızı Əliyeva |
|
|
Mükafatları | |
http://dinaraalieva.com | |
Commonsda da Dinarə Əliyeva ilə əlaqəli mediafayllar var |
Dinarə Əliyeva – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya Federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti (2018).
Haqqında məlumatlar
17 dekabr 1980-cı il tarixdə Bakıda anadan olub.
Təhsili
1998-ci ildə fortepiano üzrə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib.
2004-cü ildə isə Bakı Musiqi Akademiyasını bitirib.
Daha sonra Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
2009-cu ildən Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.
Uğurları
1998-ci ildə Bülbül adına məktəbin şagirdi olarkən Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdur.
2005-ci ildə Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsində iştirak etmiş, üçüncü yer tutmuşdur.
2007-ci ildə Maria Kallas festivalının,
2009-ci ildə Yelena Obraztsova beynəlxalq mahnı müsabiqəsinin,
2010-ci ildə Plasido Dominganın mahnı müsabiqəsinin laureatı olub.
Təltif və mükafatları
- “Əməkdar İncəsənət Xadimi” – Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə (17 sentyabr 2010)[1];
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı – Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə (27 may 2018)[2];
Ailəsi
Atası: Əliyev Fuad Həsən oğlu – M.Əliyev adına Teatr/İncəsənət İnstitutunda qrim ixtisası üzrə müəllim olub.
- Ata babası: Həsən Hacıabdulkərim oğlu Əliyev – 1910-ci ildə Nuxada anadan olub. Müxtəlif illərdə Bakı Teatr texnikumunun direktoru, Teatr/İncəsənət İnstitutunda müəllim, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru vəzifəsində çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.
Anası: Naida Kazım qızı Əliyeva – əslən Dağıstandandır, uzun illər Bülbül adına Musiqi Məktəbində fortepiano müəllimi işləyib. Hal-hazırda (2020) Moskvada yaşayır.
- Ana babası: Kazım Əliyev – Dağıstan MSSR-in xalq artisti və Dağıstan Dövlət Rəqs Ansamblının bədii rəhbəri olub.
Filmoqrafiya
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az/ (azərb.). Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. 17 sentyabr 2010. 8 Sep 2020 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 12 Nov 2018 – 5 Mar 2020 tarixində arxivləşdirilib.
İstifadə edilmiş mənbələr
- "Biography". http://dinaraalieva.com (English). Dinara Alieva. 27 Mar 2010 – 3 Oct 2016 tarixində arxivləşdirilib.