"Fikrət Xalıqov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:F]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]][[Kateqoriya:Şəkinin tarixi haqqında məlumat verən müəlliflər]] | + | [[Kateqoriya:F]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]][[Kateqoriya:Şəkinin tarixi haqqında məlumat verən müəlliflər]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]] |
{{Alim | {{Alim | ||
|Piktoqram = <!--yalnız riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi variantlarından birini seçin--> | |Piktoqram = <!--yalnız riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi variantlarından birini seçin--> |
18:47, 3 yanvar 2021 versiyası
Fikrət Xalıqov | |
---|---|
Xalıqov Fikrət Ramazan oğlu | |
Fikrət Xalıqov, 26 noyabr 2009-cu il | |
Doğum tarixi | 28 mart 1949 |
Doğum yeri | Baş Layısqı, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji Universiteti, azərbaycan dili və onun tədrisi metodikası kafedrası |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu, Avropa dilləri fakültəsi, alman və azərbaycan dilləri ixtisası (1966 – 1971) |
Facebook səhifəsi |
Fikrət Xalıqov – dilçi və folklorşünas alim, filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru. 2013-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvüdür. 2007-ci ildən 2015/2016-cı tədris ilinə kimi Azərbaycan Müəllimlər İnstitutunun azərbaycan dili, ədəbiyyatı və onun tədrisi kafedrasının müdiri olub. Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifidir.
Haqqında məlumatlar
28 mart 1949-cu il tarixdə Nuxa rayonunun Baş Layısqı kəndində anadan olub.
Təhsili
1966-cı ildə Baş Layısqı orta məktəbini bitirib.
1966 – 1971-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsində alman və azərbaycan dilləri ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti
1971 − 1973-cü illərdə Qəbələ rayonunu Mirzəbəyli kənd məktəbində ixtisası üzrə müəllim,
1974-cü ildə Ağdam şəhərində Maarif işçiləri evində müavin,
1975-ci ildə Azərbaycan SSR EA-nın “Xəzər” Elmi Mərkəzində tərcüməçi,
1979 − 1992-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, elmi işçi, şöbə müdiri və s.
1989 − 2003-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda/Azərbaycan Texniki Universitetində müəllim, dosent vəzifəsində çalışıb.
2003-cü ildən Azərbaycan Müəllimlər İnstitutunun azərbaycan dili, ədəbiyyatı və onun tədrisi kafedrasının dosenti,
2007-ci ildən 2015/2016-cı tədris ilinə kimi həmin kafedranın müdiri olmuşdur.
15 sentyabr 2016-cı il tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin azərbaycan dili və onun tədrisi metodikası kafedrasında professor-müəllim kimi fəaliyyət göstərir.
Elmi fəaliyyəti
1984-cü ildə “Mil-Qarabağ düzü toponimiyası (Ağdam, Ağcabədi və Bərdə rayonlarının materialları əsasında)” mövzusunda namizədlik,
2004-cü ildə isə “Azərbaycan dilinin folklor onomastikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2011-ci ildə professor elmi adını alıb.
Azərbaycan dilinin tədrisi metodikası sahəsində də tədqiqatlar aparmış və N.Abdullazadə ilə birlikdə 2 cildlik Azərbaycan dili (didaktik materiallar) kitabını nəşr etdirmişdir.
Onun rəhbərliyi ilə filologiya üzrə 4, pedaqoji elmlər üzrə də 4 doktorant tədqiqat işi aparır.
Pedaqoji və elmi ədəbiyyatda Azərbaycan dili, onun tədrisi, dilçiliyin müxtəlif şöbələri ilə əlaqədar 80-dən çox əsəri çap olunub. 10 kitabı işıq üzü görüb.
Kitabları
- Folklor onomastikası (Bakı, 1998);
- Azərbaycan toponimləri (Bakı, 1999);
- Folklor onomastikası (Bakı, 2000);
- Şəki. Tarixi-etnoqrafik oçerklər (həmmüəllif) (Bakı, 2002);
- Elmi işçilər üçün rusca-azərbaycanca danışıq kitabçası (Bakı, 2002);
- Azərbaycan dili (didaktik materiallar), I c. (Bakı, 2006);
- Azərbaycan dili (didaktik materiallar), II c. (Bakı, 2006);
- Şəki. Tarixi-etnoqrafik oçerklər (həmmüəllif) (Bakı, 2007);
- Azərbaycan onomologiyası (Bakı, 2009);
- Nitqdə ifadəlilik yaradan vasitələrin öyrədilməsi (həmmüəllif) (Bakı, 2012).
İctimai fəallığı
1988 – 1990-cı illərdə Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar komitəsinin sədri olub.
2008 – 2010-cu illərdə AMEA-nın Folklor İnstitutunda,
2010 – 2013-cü illərdə isə Nəsimi adına Dilçilik İnstitutunda dissertasiya şuralarının üzvü olub.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü təyin edilib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Xalıqov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 256 – 258. — 1.000 nüsx.
- "Fikrət Ramazan oğlu Xalıqov". https://adpu.edu.az/ (azərb.). Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəsmi internet saytı. 21 oktyabr 2020-ci il tarixində arxivləşdirilib.
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- Şəkidən çıxmış şair və yazıçılar
- 28 martda doğulanlar
- Martda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr