"Faiq Çələbiyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 59: | Sətir 59: | ||
2009-cu ildə isə «Dəsgah morfologiyası» ({{Dil-ru|«Морфология даскяха»}}) mövzusunda doktorluq dissertasıyasını müdafiə edib. | 2009-cu ildə isə «Dəsgah morfologiyası» ({{Dil-ru|«Морфология даскяха»}}) mövzusunda doktorluq dissertasıyasını müdafiə edib. | ||
− | + | Sənətşünaslıq mövzusunda Peterburqda, Moskvada, Bakıda və dünyanın başqa şəhərlərində çap olunmuş çoxlu sayda məqalənin müəllifidir. | |
− | Azərbaycan muğam sənəti onun elmi maraq dairəsi olub. | + | Azərbaycan muğam sənəti onun elmi maraq dairəsi olub. |
===Konsertləri=== | ===Konsertləri=== |
15:23, 18 yanvar 2021 versiyası
Faiq Çələbiyev | |
---|---|
Çələbiyev Faiq İbrahim oğlu (rus.: Фаик Челебиев) | |
Faiq Çələbiyev | |
Doğum tarixi | 16 aprel 1948 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 30 iyul 2020 (72 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elm sahəsi | musiqişünas |
İş yeri | Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universiteti |
Elmi dərəcəsi | sənətşünaslıq elmləri doktoru |
Təhsili |
Asəf Zeynallı adına Musiqi Məktəbi (− 1980) Üzeyr Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1980 – 1985) Rusiya İncəsənət Tarixi İnstitutu, aspirantura (1985 – 1987) |
Faiq Çələbiyev (1948 – 2020) — musiqişünas alim-tarzən, sənətşünaslıq elmləri doktoru, professor, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi.
Haqqında məlumatlar
16 aprel 1948-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxa şəhər 10 saylı orta məktəbində oxuyub və tarzən İbad Salmanovdan tar dərsi alıb.
1980-cı ildə Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib.
1980 – 1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında,
1985 – 1987 ci illərdə isə Leninqradda (Sankt-Peterburq) – Rusiya İncəsənət tarixi İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
Rusiya İncəsənət Tarixi İnstitutunda (Leninqrad) işləmiş,
Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru olmuşdur.
Elmi fəaliyyəti
1999-cu ildə «Azərbaycan silsilələri: musiqi formalarının problemləri» (rus.: «Азербайджанские ренги: проблемы музыкальной формы») mövzusunda namizədlik dissertasiyasını,
2009-cu ildə isə «Dəsgah morfologiyası» (rus.: «Морфология даскяха») mövzusunda doktorluq dissertasıyasını müdafiə edib.
Sənətşünaslıq mövzusunda Peterburqda, Moskvada, Bakıda və dünyanın başqa şəhərlərində çap olunmuş çoxlu sayda məqalənin müəllifidir.
Azərbaycan muğam sənəti onun elmi maraq dairəsi olub.
Konsertləri
Rusiyada və Rusiya xaricində solist kimi konsert fəaliyyəti ilə də məşğul olmuş, vaxtaşırı olaraq, Avropanın akademik, eləcə də İran, Hindistan və Azərbaycan musiqiçilərinin müxtəlif ənənəvi layihələrində iştirak etmişdir.
Vəfatı
30 iyul 2020-ci il tarixdə – 72 yaşında, Sankt-Peterburqda vəfat edib.
Ədəbiyyat
- Азербайджанская община Санкт-Петербурга // Известные азербайджанцы-петербуржцы;
- Санкт-Петербургская филармония им. Д.Д.Шостаковича // Известные азербайджанцы-петербуржцы
- 1905.az //Retrospektiva – Tarda ifa edən yeganə elmlər doktoru Faiq Çələbi
- "Информация о составе педагогических (научно-педагогических) работников образовательной организации". https://herzen.spb.ru/ (русский). Российский государственный педагогический университет им. А.И. Герцена. 20 Sep 2020 tarixində arxivləşdirilib.