"Faiq Çələbiyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 41: | Sətir 41: | ||
===Təhsili=== | ===Təhsili=== | ||
− | Nuxa şəhər 10 saylı orta məktəbində oxuyub və tarzən [[İbad Salmanov|İbad Salmanovdan]] tar dərsi alıb. | + | Nuxa şəhər 10 saylı orta məktəbində oxuyub və həm də tarzən [[İbad Salmanov|İbad Salmanovdan]] tar dərsi alıb. |
1980-cı ildə Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib. | 1980-cı ildə Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib. |
16:05, 18 yanvar 2021 versiyası
Faiq Çələbiyev | |
---|---|
Çələbiyev Faiq İbrahim oğlu (rus.: Фаик Челебиев) | |
Faiq Çələbiyev | |
Doğum tarixi | 16 aprel 1948 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 30 iyul 2020 (72 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elm sahəsi | musiqişünas |
İş yeri | Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universiteti |
Elmi dərəcəsi | sənətşünaslıq elmləri doktoru |
Təhsili |
Asəf Zeynallı adına Musiqi Məktəbi (− 1980) Üzeyr Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1980 – 1985) Rusiya İncəsənət Tarixi İnstitutu, aspirantura (1985 – 1987) |
Faiq Çələbiyev (1948 – 2020) — musiqişünas alim-tarzən, sənətşünaslıq elmləri doktoru, professor, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi.
Haqqında məlumatlar
16 aprel 1948-ci il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxa şəhər 10 saylı orta məktəbində oxuyub və həm də tarzən İbad Salmanovdan tar dərsi alıb.
1980-cı ildə Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib.
1980 – 1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında,
1985 – 1987 ci illərdə isə Leninqradda (Sankt-Peterburq) – Rusiya İncəsənət tarixi İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
Rusiya İncəsənət Tarixi İnstitutunda (Leninqrad) işləmiş,
Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru olmuşdur.
Elmi fəaliyyəti
1999-cu ildə «Azərbaycan silsilələri: musiqi formalarının problemləri» (rus.: «Азербайджанские ренги: проблемы музыкальной формы») mövzusunda namizədlik dissertasiyasını,
2009-cu ildə isə «Dəsgah morfologiyası» (rus.: «Морфология даскяха») mövzusunda doktorluq dissertasıyasını müdafiə edib.
Sənətşünaslıq mövzusunda Sankt-Peterburqda, Moskvada, Bakıda və dünyanın digər şəhərlərində çap olunmuş çoxlu sayda məqalənin müəllifidir.
Azərbaycan muğam sənəti onun elmi maraq dairəsi olub.
Konsertləri
Rusiyada və Rusiya xaricində solist kimi konsert fəaliyyəti ilə də məşğul olmuş, vaxtaşırı olaraq, Avropanın akademik, eləcə də İran, Hindistan və Azərbaycan musiqiçilərinin müxtəlif ənənəvi layihələrində iştirak etmişdir.
Vəfatı
30 iyul 2020-ci il tarixdə – 72 yaşında, Sankt-Peterburqda vəfat edib.
Ədəbiyyat
- "Фаик Челеби:Биография". http://www.philharmonia.spb.ru (русский). «Санкт-Петербургская филармония им. Д.Д.Шостаковича». 25 Jul 2014 – 6 Sep 2019 tarixində arxivləşdirilib.
- "Информация о составе педагогических (научно-педагогических) работников образовательной организации". https://herzen.spb.ru/ (русский). Российский государственный педагогический университет им. А.И. Герцена. 20 Sep 2020 tarixində arxivləşdirilib.
- "Челебиев Фаик Ибрагим Оглы". https://web.archive.org/web/20181223150026/http://diaspora.spb.ru/ (русский). Азербайджанская диаспора Санкт-Петербурга. 17 May 2016 - 21 Feb 202 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
- "RETROSPEKTİVA – Tarda ifa edən yeganə elmlər doktoru FAİQ ÇƏLƏBİ". https://1905.az/ (azərb.). 1905.az. 07.11.2018. 9 Nov 2014 - 2 Feb 2020 tarixində arxivləşdirilib.