"Əbülfət Məmmədrəhimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 47: | Sətir 47: | ||
Ömrünün sonuna yaxın ağciyər xərçəngindən əziyyət çəkib. | Ömrünün sonuna yaxın ağciyər xərçəngindən əziyyət çəkib. | ||
− | 27 yanvar 2016-cı il tarixdə Bakıda vəfat edib | + | 27 yanvar 2016-cı il tarixdə – 64 yaşında, Bakıda vəfat edib. |
+ | |||
+ | 28 yanvar 2016-cı il tarixdə Şəkidə dəfn olunub. | ||
== Ədəbiyyat == | == Ədəbiyyat == |
20:19, 26 yanvar 2021 versiyası
Əbülfət Məmmədrəhimov | |
---|---|
Məmmədrəhimov Əbülfət Yaqub oğlu | |
Əbülfət Məmmədrəhimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1952 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 27 yanvar 2016 (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Şəki |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | tarzən |
|
|
Musiqi alətləri | tar, saz, ud, gitara, qarmon, nağara, qoşa nağara |
Əbülfət Məmmədrəhimov (Əbülfət Şəkili; 1952 – 2016) — tanınmış tarzən, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti. Tarla yanaşı, sazın və udun da əvəzsiz ifaçısı hesab edilirdi.
Haqqında məlumatlar
10 yanvar 1952-ci il tarixdə Nuxada anadan olub. Ələfsər Rəhimovun (Ələfsər Şəkilinin) qardaşı oğlu idi. Uşaq yaşlarından nağara çalmağı öyrənib, hətta toylara da gedib. Sonra qarmon, daha sonra tar çalmağa başlayıb.
Təhsili
Nuxa şəhər Uşaq Musiqi Məktəbində,
Şəki Orta İxtisas Musiqi Məktəbində musiqi təhsili alıb.
1980-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində daxil olub.
Əmək fəaliyyəti
Muğam Mərkəzində, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çalışmaqla yanaşı, Asəf Zeynallı adına Musiqi Kollecində və Bakı 6 saylı İncəsənət Məktəbində tar ixtisası üzrə müəllimlik də edib.
Vəfatı
Ömrünün sonuna yaxın ağciyər xərçəngindən əziyyət çəkib.
27 yanvar 2016-cı il tarixdə – 64 yaşında, Bakıda vəfat edib.
28 yanvar 2016-cı il tarixdə Şəkidə dəfn olunub.
Ədəbiyyat
- Məhəbbətoğlu Q. “Belə getsə, elə nəzərdə tutula-tutula qalacağam” // Zaman : qəzet. — 2015. — В. 4 noyabr. — Səh. 9. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 iyul 2019.
- "Tanınmış musiqiçi Şəkidə son mənzilə yola salındı (video)". “Şəki bələdiyyəsi” qəzeti (azərb.). https://sites.google.com/site/sekibelediyyesi/. 28 Oca 2016. 3 Nov 2020 tarixində arxivləşdirilib.
- Kərimov V. Yaddaşlarda yaşayan el sənətkarı // Mədəniyyət : qəzet. — 2012. — В. 21 dekabr. — Səh. 12. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Jul 2019 - 9 Jan 2021.