Əbülfət Məmmədrəhimov
Əbülfət Məmmədrəhimov | |
---|---|
Məmmədrəhimov Əbülfət Yaqub oğlu | |
![]() | |
Əbülfət Məmmədrəhimov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1952 |
Doğum yeri |
Nuxa (indiki Şəki), ![]() ![]() |
Vəfat tarixi | 27 yanvar 2016 (64 yaşında) |
Vəfat yeri |
Bakı, ![]() |
Dəfn yeri | Şəki |
Vətəndaşlığı |
![]() ![]() |
Peşəsi | tarzən |
|
|
Musiqi alətləri | tar, saz, ud, gitara, qarmon, nağara, qoşa nağara |
Əbülfət Məmmədrəhimov (1952–2016) — tanınmış tarzən, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti. Tarla yanaşı, sazın və udun da əvəzsiz ifaçısı hesab edilirdi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
10 yanvar 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Tanınmış zurna ifaçısı Ələfsər Rəhimovun (Ələfsər Şəkilinin) qardaşı oğlu idi. Uşaq yaşlarından nağara çalmağı öyrənib, toylara gedib. Sonra qarmon, daha sonra tar çalmağa başlayıb.
Təhsili[redaktə | HTML redaktə]
Nuxa şəhər Uşaq Musiqi Məktəbində,
Şəki Orta İxtisas Musiqi Məktəbində musiqi təhsili alıb.
1980-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində daxil olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Muğam Mərkəzində, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çalışmaqla yanaşı, Asəf Zeynallı adına Musiqi Kollecində və Bakı 6 saylı İncəsənət Məktəbində tar ixtisası üzrə müəllimlik də edib.
Vəfatı[redaktə | HTML redaktə]
Ömrünün sonuna yaxın ağciyər xərçəngindən əziyyət çəkib.
27 yanvar 2016-cı il tarixdə – 64 yaşında, Bakıda vəfat edib.
28 yanvar 2016-cı il tarixdə Şəkidə dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məhəbbətoğlu Q. “Belə getsə, elə nəzərdə tutula-tutula qalacağam” // Zaman : qəzet. — 2015. — В. 4 noyabr. — Səh. 9. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 iyul 2019.
- "Tanınmış musiqiçi Şəkidə son mənzilə yola salındı (video)". “Şəki bələdiyyəsi” qəzeti (azərb.). https://sites.google.com/site/sekibelediyyesi/. 28 Oca 2016. 3 Nov 2020 tarixində arxivləşdirilib.
- Kərimov V. Yaddaşlarda yaşayan el sənətkarı // Mədəniyyət : qəzet. — 2012. — В. 21 dekabr. — Səh. 12. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Jul 2019 - 9 Jan 2021.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |