"Ənvər Qarayev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 55: | Sətir 55: | ||
− | O, | + | O, 1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. Dünyanın bir çox ölkələrində – Almaniyada, Polşada, Avstryada, Macarıstanda, Rusiyada, Türkiyədə, Misirdə, təşkil olunmuş rəssamlıq sərgilərində iştirak edib. Moskvadakı Şərq Muzeyində “Çovqan”, Berlin Dekorativ İncəsənət Muzeyində “Cıdır”, Antalya Rəssamlıq Qalereyasında “Türkün sözü” əsərləri saxlanılır. |
− | |||
− | |||
+ | Rəssam dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, eləcə də [[batika]] sənətinə yiyələnmişdir. Onun əsərləri dünya muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. | ||
=== Təltif və mükafatları === | === Təltif və mükafatları === |
18:33, 29 yanvar 2021 versiyası
Ənvər Qarayev | |
---|---|
Qarayev Ənvər Vahid oğlu | |
Ənvər Qarayev | |
Doğum tarixi | 18 fevral 1947 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 29 yanvar 2011 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Ənvər Vahid oğlu Qarayev — Azərbaycanın dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).
Haqqında məlumatlar
18 fevral 1947-ci il tarixdə Nuxada, ziyalı ailəsində anadan olub.
Təhsili
1962-ci ildə Bakı şəhər 25 №-li orta məktəbiniin (Oktyabr rayonu, indiki Yasamal rayonu) 8-ci sinfini,
1967-ci ildə isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.
1967 – 1973-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
Hərbi xidmət
1973-cü ildə institutu bitirdikdən sonra hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1975 – 1977-ci illərdə Uşaqların təsviri yaradıcılığı üzrə metodik mərkəzin direktor müavini,
1977 – 1981-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində quruluşçu rəssam vəzifəsində çalışıb.
Yaradıcılığı
O, 1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. Dünyanın bir çox ölkələrində – Almaniyada, Polşada, Avstryada, Macarıstanda, Rusiyada, Türkiyədə, Misirdə, təşkil olunmuş rəssamlıq sərgilərində iştirak edib. Moskvadakı Şərq Muzeyində “Çovqan”, Berlin Dekorativ İncəsənət Muzeyində “Cıdır”, Antalya Rəssamlıq Qalereyasında “Türkün sözü” əsərləri saxlanılır.
Rəssam dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, eləcə də batika sənətinə yiyələnmişdir. Onun əsərləri dünya muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı — 30 may 2002[1]
Vəfatı
29 yanvar 2011-ci il tarixdə – 63 yaşında, Bakıda vəfat edib. Bakıdakı köhnə qəbiristanlıqda dəfn olunub[2].
İstinadlar
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 30 may 2002. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
- ↑ "Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib". apa.az. 2 fevral 2011. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Qarayev Ənvər // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 226 – 227. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- 1947-ci ildə doğulanlar
- 18 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 29 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2011-ci ildə vəfat edənlər
- Azərbaycan Respublikasının əməkdar rəssamları
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr