"Məhyəddin Abbasov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 5: | Sətir 5: | ||
|Şəkil = Məhyəddin Abbasov.jpg | |Şəkil = Məhyəddin Abbasov.jpg | ||
|Piktoqram = yazar | |Piktoqram = yazar | ||
− | |Şəkil məlumat = | + | |Şəkil məlumat = Məhyəddin Abbasov. |
|İlk adı = Məhyəddin Paşa oğlu Abbasov | |İlk adı = Məhyəddin Paşa oğlu Abbasov | ||
|Doğum tarixi = {{doğum tarixi|1910|2|10}} | |Doğum tarixi = {{doğum tarixi|1910|2|10}} |
23:03, 9 fevral 2021 versiyası
Məhyəddin Abbasov | |
---|---|
Abbasov Məhyəddin Paşa oğlu | |
Məhyəddin Abbasov | |
Məhyəddin Abbasov. | |
Anadan olub | 10 fevral 1910 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 28 dekabr 1974 (64 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Uşaqları | Nizami Abbasov, İlham Abbasov, İftixar Abbasov, Bakıxan Abbasov, Elxan Abbasov |
Atası | Paşa Abbasov |
Vətəndaşlıq | SSRİ |
İxtisası | jurnalist, pedaqoq |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu (1927 – ) |
Mükafatları | , , |
Məhyəddin Abbasov (1910 – 1974) — jurnalist və pedaqoq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi; “Şəki fəhləsi” qəzetinin redaktoru.
Haqqında məlumatlar
10 fevral 1910-cu il tarixdə Nuxada, fəhlə ailəsində anadan olub.
Kiçik yaşlarından valideynlərini itirib.
Təhsili
1927-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olub.
Əmək fəaliyyəti
Nuxadakı 1 №-li fabrikdə baramaaçan peşəsində əmək fəaliyyətinə başlayıb.
1928-ci ildən “Şəki fəhləsi” qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində çalışıb.
1931-ci ildən, əvvəl Nuxadakı müxtəlif orta məktəblərində, sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyib.
1944-cü ildə “Nuxa fəhləsi” qəzetinin şöbə müdiri,
1945 – 1974-cü illərdə isə redaktoru olub.
İkinci iş yeri
1974-cü ilədək Şəki şəhər Maksim Qorki adına 10 №-li orta məktəbdə fizika fənnindən dərs deyib.
Hərbi xidmətdə
Böyük Vətən müharibəsində iştirak etmiş, 1944-cü ildə qəlpə yarasından sol qolunu itirərək I qrup Böyük Vətən müharibəsi əlili kimi ordudan tərxis olunmuşdur.
Digər
Məqalə, oçerk, felyeton və məktubları yerli və respublika mətbuatında «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə dərc olunub.
Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması da ilk dəfə “Nuxa fəhləsi”ndə — onun redaktorluğu dövründə çap edilib.
Mükafatları
- II dərəcəli “Vətən Müharibəsi” ordeni;
- “Qırmızı Əmək Bayrağı” ordeni;
- “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adı (1971)[1];
- “Şərəf Nişanı” ordeni;
- 12 medal.
Vəfatı
28 dekabr 1974-cü il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib. Dəfnindən əvvəl, cənazəsi Şəki şəhər sovetinin iclas zalına qoyulmuş və mərhumla izdihamlı vida mərasimi təşkil olunmuşdur.
İstinadlar
- ↑ 1971-ci ilin dekabrında “Şəki fəhləsi” qəzetinin 50 ilik yubileyi ilə əlaqədar, qəzet Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, Məhyəddin Abbasova isə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1910-cu ildə doğulanlar
- 10 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 28 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1974-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- Şəxslər (ad sırası ilə)