"Məhyəddin Abbasov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 30: Sətir 30:
 
|Sayt            =  
 
|Sayt            =  
 
}}
 
}}
'''Məhyəddin Abbasov''' (1910 – 1974) — jurnalist pedaqoq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi; [[Şəki fəhləsi (qəzet)|“Şəki fəhləsi”]] qəzetinin redaktoru.
+
'''Məhyəddin Abbasov''' (1910 – 1974) — tanınmış jurnalist, pedaqoq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, [[Şəki fəhləsi (qəzet)|“Şəki fəhləsi”]] qəzetinin redaktoru.
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==

23:05, 9 fevral 2021 versiyası

Məhyəddin Abbasov
Abbasov Məhyəddin Paşa oğlu
Məhyəddin Abbasov
Məhyəddin Abbasov.
Anadan olub 10 fevral 1910(1910-02-10)
Anadan olduğu yer Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 28 dekabr 1974 (64 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Nizami Abbasov, İlham Abbasov, İftixar Abbasov, Bakıxan Abbasov, Elxan Abbasov
Atası Paşa Abbasov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İxtisası jurnalist, pedaqoq
Təhsili Azərbaycan Pedaqoji İnstitutu (1927 – )
Mükafatları

"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

II dərəcəli "Vətən Müharibəsi" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni

Məhyəddin Abbasov (1910 – 1974) — tanınmış jurnalist, pedaqoq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, “Şəki fəhləsi” qəzetinin redaktoru.

Haqqında məlumatlar

10 fevral 1910-cu il tarixdə Nuxada, fəhlə ailəsində anadan olub.

Kiçik yaşlarından valideynlərini itirib.

Təhsili

1927-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olub.

Əmək fəaliyyəti

Nuxadakı 1 №-li fabrikdə baramaaçan peşəsində əmək fəaliyyətinə başlayıb.

1928-ci ildən “Şəki fəhləsi” qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində çalışıb.

1931-ci ildən, əvvəl Nuxadakı müxtəlif orta məktəblərində, sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyib.

1944-cü ildə “Nuxa fəhləsi” qəzetinin şöbə müdiri,

1945 – 1974-cü illərdə isə redaktoru olub.

İkinci iş yeri

1974-cü ilədək Şəki şəhər Maksim Qorki adına 10 №-li orta məktəbdə fizika fənnindən dərs deyib.

Hərbi xidmətdə

Böyük Vətən müharibəsində iştirak etmiş, 1944-cü ildə qəlpə yarasından sol qolunu itirərək I qrup Böyük Vətən müharibəsi əlili kimi ordudan tərxis olunmuşdur.

Digər

Məqalə, oçerk, felyeton və məktubları yerli və respublika mətbuatında «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə dərc olunub.

Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması da ilk dəfə “Nuxa fəhləsi”ndə — onun redaktorluğu dövründə çap edilib.

Mükafatları

Vəfatı

28 dekabr 1974-cü il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib. Dəfnindən əvvəl, cənazəsi Şəki şəhər sovetinin iclas zalına qoyulmuş və mərhumla izdihamlı vida mərasimi təşkil olunmuşdur.

İstinadlar

  1. 1971-ci ilin dekabrında “Şəki fəhləsi” qəzetinin 50 ilik yubileyi ilə əlaqədar, qəzet Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, Məhyəddin Abbasova isə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir

Şablon:Yaxşı məqalə