"Məcid Rəsulov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 40: Sətir 40:
 
  |Commons              =  
 
  |Commons              =  
 
}}
 
}}
'''Məcid Rəsulov''' (1916 – 1993) — tanınmış tiyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin riyazi fizika tənlikləri kafedrasının mü­diri.
+
'''Məcid Rəsulov''' (1916 – 1993) — tanınmış riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin riyazi fizika tənlikləri kafedrasının mü­diri.
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==
Sətir 59: Sətir 59:
  
 
===Hərbi xidmətdə===  
 
===Hərbi xidmətdə===  
1939-cu ildə hərbi xidmətə orduya çağırılıb. Hərbi xidmətdə atıcı diviziyasının artilleriya alayının hesablayıcı bölməsinin komandiri vəzifəsində işləyib.  
+
1939-cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə əvvəl atıcı diviziyasının artilleriya alayının hesablayıcı bölməsinin komandiri vəzifəsində işləyib.  
  
1941-ci ildə Böyük Vətən müharibəsinin başlamasından sonra cəbhəyə göndərilib qızğın döyüşlərin iştirakçısı olub və bir dəfə yaralanıb. 1943-cü ildə baş leytenant rütbəsi alıb və Böyük Vətən müharibəsinin sonuna kimi artilleriya alayının batareya komandiri vəzifəsində xidmət edib iki medalla təltif olunub.
+
1941-ci ildə Böyük Vətən müharibəsinin başlamasından sonra cəbhəyə göndərilib, qızğın döyüşlərin iştirakçısı olub və bir dəfə yaralanıb. 1943-cü ildə baş leytenant rütbəsi alıb və Böyük Vətən müharibəsinin sonuna kimi artilleriya alayının batareya komandiri vəzifəsində xidmət edib. Hərbi xidmət dövründə iki medalla təltif olunub.
  
 
===Əmək fəaliyyəti===  
 
===Əmək fəaliyyəti===  
Sətir 89: Sətir 89:
 
1951-ci ildə dosent elmi adını alıb.
 
1951-ci ildə dosent elmi adını alıb.
  
1960-cı ildə  V.A.Steklov adına Riyaziyyat İnstitutunda (Moskva) “Xüsusi törəməli xətti differensial tənliklər üçün sərhəd və qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.   
+
1960-cı ildə  V.A.Steklov adına Riyaziyyat İnstitutunda (Moskva) “Xüsusi törəməli xətti diferensial tənliklər üçün sərhəd və qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.   
  
 
1961-ci ildə professor elmi adını alıb.
 
1961-ci ildə professor elmi adını alıb.

20:04, 11 fevral 2021 versiyası

Məcid Rəsulov
Rəsulov Məcid Lətif oğlu
Məcid Rəsulov
Məcid Rəsulov.
Doğum tarixi 6 iyul 1916(1916-07-06)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 11 fevral 1993 (76 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi riyaziyyat
İş yeri M.Rəsulzadə adına Bakı Dövlət Universiteti, riyazi fizika tənlikləri kafedrası, mü­dir
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili

Azsənaye Şurasının Nuxa Sənaye Texnikumu (1932 – )

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1934 – 1938)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura (1938, – ) və Ukrayna SSR Elmlər Akademiyasının Lvov filialı, aspirantura
Üzvlüyü AMEA-nın həqiqi üzvü
Mükafatları “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı
"Qırmızı Əmək Bayrağı" ordeni  — 1980II dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985
"Qafqazın müdafiəsinə görə" medalı — 1944"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970"Əmək veteranı" medalı — 1979

Məcid Rəsulov (1916 – 1993) — tanınmış riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin riyazi fizika tənlikləri kafedrasının mü­diri.

Haqqında məlumatlar

6 iyul 1916-cı ildə Nuxada anadan olub. Atası Hacı Lətif Rəsul oğlu o dövrün məşhur ipək sənayeçisi idi.

1928-ci ildə atası Hacı Lətif ailəsi ilə birlikdə Qazaxıstana sürgün olunub və

1930-cu ildə Qazaxıstanda vəfat edib. Bundan sonra ailəsi, o cümlədən Məcid Rəsulov, Nuxaya qayıdıb.

Təhsili

1923 – 1928-ci illərdə və 1932-ci ildə Nuxada, yeddiillik məktəbdə təhsil alıb[qeyd 1].

1932-cu ildə Azsənaye Şurasının Nuxa Sənaye Texnikumuna daxil olub[qeyd 2].

1934 – 1938-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb; institutu birinci dərəcəli diplomla bitirib.

1938-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olub, lakin bundan az sonra hərbi xidmətə çağırıldığına görə aspirant təhsilini yalnız Böyük Vətən müharibəsinin (1941 – 1945) bitməsindən sonra Ukrayna SSR Elmlər Akademiyasının Lvov filialında tamamla bilib[qeyd 3].

Hərbi xidmətdə

1939-cu ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə əvvəl atıcı diviziyasının artilleriya alayının hesablayıcı bölməsinin komandiri vəzifəsində işləyib.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlamasından sonra cəbhəyə göndərilib, qızğın döyüşlərin iştirakçısı olub və bir dəfə yaralanıb. 1943-cü ildə baş leytenant rütbəsi alıb və Böyük Vətən müharibəsinin sonuna kimi artilleriya alayının batareya komandiri vəzifəsində xidmət edib. Hərbi xidmət dövründə iki medalla təltif olunub.

Əmək fəaliyyəti

1945 – 1953-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi analiz kafedrasında işləyib, o cümlədən,

1945 – 1951-ci illərdə əvvəl müəllim, sonra baş müəllim,

1951 – 1953-cü illərdə isə dosent vəzifəsini tutub.

1953 – 1960-cu illərdə Lvov Dövlət Universitetinin mexanika-riyaziyyat fakültə­sində işləyib, o cümlədən,

1953 – 1959-cu illərdə dosent,

1959 – 1960-cı illərdə isə professor vəzifəsini tutub.

1960 – 1993-cü illərdə yenidən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/M.Rəsulzadə adına Bakı Dövlət Universitetində işləyib, o cümlədən,

1960 – 1964-cü illərdə ümumi riyaziyyat,

1964 – 1993-cü illərdə isə riyazi fizika tənlikləri kafedrasının mü­diri olub.

Elmi fəaliyyəti

1949-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Differensial tənliklər üçün bəzi qarışıq məsələlərin çıxıqlar üsulu ilə həllinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1950-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

1951-ci ildə dosent elmi adını alıb.

1960-cı ildə V.A.Steklov adına Riyaziyyat İnstitutunda (Moskva) “Xüsusi törəməli xətti diferensial tənliklər üçün sərhəd və qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.

1961-ci ildə professor elmi adını alıb.

1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü,

1983-cü ildə isə həqiqi üzvü seçilib.

20-dən çox elmlər namizədinin və elmlər doktorunun elmi rəhbəri olub.

Vəfatı

11 fevral 1993-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. Bakıda – Birinci Fəxri Xiyabanda dəfn olunub.

Qeydlər

  1. 1923-cü ildə Məcid Rəsulov Nuxada 7 illik məktəbin 1-ci sinfinə daxil olub. 1928-ci il martın 16-da beşinci sinifdə oxuyarkən atası Hacı Lətif həbs olunub və bütün əmlakı müsadirə edilib. Daha sonra ailəsi ilə birgə 8 il müddətinə Qazaxıstana sürgün olunub. Hacı Lətif 1930-cu ildə sürgündə vəfat edib. Bundan sonra ailəsi Nuxaya qayıdıb və Məcid Rəsulov Nuxada 7 illik məktəbin altıncı sinfində təhsilini davam etdirməyə başlayıb; bir il ərzində ikiillik tədris kursunu mənimsəyərək, məktəb şəhadətnaməsini alıb.
  2. Nuxa Sənaye Texnikumu 1934-cü ildə bakıya köçürülüb.
  3. Böyük Vətən müharibəsindən (1941 – 1945) sonra Məcid Rəsulovun elmi rəhbəri professor Y.B.Lopatinski Ukrayna SSR-nin Lvov şəhərinə köçüb və Məcid Rəsulova aspirantura təhsilini Ukrayna Elmlər Akademiyasının Lvov filialında davam etdirməsini təklif edib. Məcid Rəsulov bu təklifi qəbul edib və aspirant təhsilini Lvovda davam etdirib.

Ədəbiyyat