"Allahyar Əhmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 46: | Sətir 46: | ||
Daha sonra on il V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi vəzifəsində çalışıb. | Daha sonra on il V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi vəzifəsində çalışıb. | ||
− | 1967-ci ildən Ümumittifaq əhəmiyyətli fərdi pensiyaçı | + | 1967-ci ildən Ümumittifaq əhəmiyyətli fərdi pensiyaçı idi. |
===İctimai-siyasi fəaliyyəti=== | ===İctimai-siyasi fəaliyyəti=== |
00:26, 16 mart 2021 versiyası
Allahyar Əhmədov | |
---|---|
Əhmədov Allahyar Ramazan oğlu | |
Allahyar Əhmədov | |
Allahyar Əhmədov. | |
Anadan olub | 1896 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1980 | (84 yaşında)
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Mükafatları |
Allahyar Əhmədov (1896–1980) — sovet dövründə Şəkidə tanınmış partiya və dövlət məmuru; Şəki qəza İcraiyyə Komitəsi sədri, Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri, V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi və s. məsul vəzifələrdə çalışıb.
Haqqında məlumatlar
1896-cı ildə Nuxada, fəhlə ailəsində anadan olub.
Əmək fəaliyyəti
12 yaşından Nuxadakı ipək fabriklərində işləyib.
1923 – 1930-cu illərdə bir sıra məsul vəzifələrdə çalışıb; o cümlədən, zavod komitəsinin sədri, toxucular ittifaqının sədri, pedaqoji məktəbdə direktor müavini, xalq hakimi, prokuror köməkçisi, Şəki qəza İcraiyyə Komitəsi sədrinin müavini, sonra isə sədri olub.
1942 – 1946-cı illərdə Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri,
Daha sonra on il V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi vəzifəsində çalışıb.
1967-ci ildən Ümumittifaq əhəmiyyətli fərdi pensiyaçı idi.
İctimai-siyasi fəaliyyəti
1917 – 1920-ci illərdə Nuxa fəhlə tətillərinin fəal iştirakçısı və təşkilatçısı olub.
1920-ci ildən kommunist partiyasının üzvü olub.
Təltif və mükafatları
Ədəbiyyat
- A.R.Əhmədov (nekroloq) (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —20 fevral c. — № 5 – 6 (1363). — Səh. 3.