Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Salis Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Salis Məmmədov
Məmmədov Salis Məmmədsani oğlu
Salis Məmmədov
Salis Məmmədov, 2007-ci il.
Doğum tarixi 1 iyul 1932(1932-07-01)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 29 yanvar 2009 (76 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Uşaqları Vəfa Məmmədova, Aydın Məmmədov
Atası Məmmədsani Məmmədov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi jurnalist
Milliyyəti azərbaycanlı
İxtisası jurnalist
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, jurnalistika fakültəsi (1959–1964)
Mükafatları "Şərəf Nişanı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970"Tərəqqi" medalı — 2005

Salis Məmmədov (1932–2009) — “Şəkinin səsi”“İpəkçi” qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti.

Haqqında məlumatlar

1 iyul 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1959 – 1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alıb.

Əmək fəaliyyəti

1948 – 1951-ci illərdə Nuxa radio məlumatları redaksiyasında məlumatçı,

1952 – 1962-ci illərdə “Nuxa fəhləsi” qəzeti redaksiyasında,

1962 – 1965-ci illərdə isə Nuxa rayonlararası “Lenin bayrağı” qəzetində ədəbi işçi, fotoqraf, şöbə müdiri vəzifələrində çalışıb.

1965-ci ilin aprel ayında Azərbaycan KP Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə V.İ.Lenin adına Nuxa İpək Kombinatının çoxtirajlı “İpəkçi” qəzetinə redaktor təyin edilib və 2009-cu ilin yanvar ayına qədər – 44 il, həmin vəzifədə çalışıb.

Digər

1970-ci illərdən Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan “Müxbir” bülleteninin redaksiya heyətinin üzvü olmuşdur.

1993-cü ildə oğlu Aydın Məmmədovla birlikdə “Şəkinin səsi” qəzetini təsis etmiş və vəfatına qədər həmin qəzetin də baş redaktoru olmuşdur.

Təltif və mükafatları

Vəfatı

29 yanvar 2009-cu il tarixində – 76 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

İstinadlar

Ədəbiyyat

  1. Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 376-377. — 500 nüsx.