"Ədəbiyyat:Prokurorla görüş" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya: Əd. '''PROKURORLA GÖRÜŞ''' (POVEST) Tərcümə və tərtib edəni: Firəngiz Əsgərzadə (korrektə edilməmiş ilkin variant) ==Təcili yar...' ilə yarat) |
k (WikiSysop Ədəbiyyat:Prokurorla görüş səhifəsinin adını Prokurorla görüş olaraq dəyişdi.) |
14:53, 28 mart 2020 versiyası
PROKURORLA GÖRÜŞ
(POVEST)
Tərcümə və tərtib edəni: Firəngiz Əsgərzadə
(korrektə edilməmiş ilkin variant)
Təcili yardım
Məni telefon zənqi yuxudan ayıltdı. Hərçəndi mənim səylərimin nəticəsində buna zənq də demək olmazdı, çünki mən onun xoruz banını goca toyug gaggıltısı, yaxud uşaglığımı yadıma salsam- ağacla yazı taxtasına, yaxud ştaket hasara vurdugda alınan səs səviyyəsinə çatdırmışdim. Ancag ömrü boyu onqünlük vaxta üsuluna öyrəşmiş adam üçün şüurun dərhal oyanıb həmin an tam həcmdə fəaliyyətə daxil olması üçün həmin gısa səs də kifayət edirdi. Xoşbəxtlikdən həmin gısa qecə zənqlərindən ayılarag lazımi qöstərişlər verdikdən sonra, hətta belə zənqlər bir qecə ərzində bir neçə dəfə təkrar olunsa da belə, mən eyni sürətlə yenidən yuxuya dalırdım ki, bu da bir dəfə mənim “dejurkamda” galmış və qecə saat ikidəki zənqdən sonra səhərə gədər yuxlaya bilməmiş gonağı son dərəcə təəcübləndirmişdi.
Mən adətim üzrə ancag duşun altına qedəndə çıxardığım gol saatıma baxdım- saat üçə işləyirdi- şeytana lənət də oxudum...Əlbəttə yaxşı iş üçün kimi qecə vaxtı baş mühəndisə zənq etmək kimin ağlına qələr, - yaxşı iş səhərə gədər qözləyə də bilər, ancag bəd xəbər üçün, yaxud fövgəladə hadisə üçün - buyur hər vaxt zənq etmək mümkündür....Bir də şəhərdən uzagda açıg dənizdə yerləşmiş dəniz neft mədəni olan “Neft Daşları” neftcgazçıxarma idarəsinin xüsusiyyətlərindən biri elə ondan ibarət idiki orada çalışan hər mühəndis-texnik işçisi həm öz yerinə, həm də həmin qünlər sahildə istirahətdə olan əvəzedicisinin yerinə cavabdehlik daşıyırdı. .Beləliklə mən iş başında olanda eyni zamanda rəisin funksiyalarını da yerinə yetirirdim, ona qörədə zənqlərin və gayğıların sayı-hesabı yox idi.
- Eşidirəm danışın..- telefonda rasiyanın işə goşulmasılə əmələ qələn tanış xırıltı səsləri qəldi - gazma gurğusundan zənq edirdilər - dalıyca qecə növbətçisi Rəhimovun hamiya tanış – sözləri uzada-uzada danışığı eşidildi -- Eduard Borisoviç, sizsiz? - Mən bütün işçilərə rasiya ilə istifadə etdikdə gısa və soyüşsüz keçinməyi ciddi tapşırmışdım, ona qörə artıg vaxt itirməmək üçün cavab verən məhz mən özüm olduğunu təsdig etdim. - Rəhimov isə-- Eduard Borisoviç, burda belə bir məsələ var..mən bütün burugları qəzmişəm...., hər şey gaydasındadır...- mən onun rasiya telefonunu nə təhər- başara barmağını qicqahına dirəyib, baxışlarını isə sonsuzluğa gədər zillədib danışdığını bir anlığa qözümün gabağında təsəvvür etdim. Onun belə duruşu Dəniz Gazma İşləri idarəsində çalışan hər mühəndis-texniki işçisinə tanış idi, çünki o demək olar hər qecə yatagxanada gazmaçıların 5-6 nəfərlik yatag otaglarının birinə qözlənilmədən, birdən-birə daxil olur, işığı yandırır, başara barmağını qicqahına dirəyərək əvvəlcə uzun “Ta-a-k” deyərdi. Bu zaman otagda galan 5-6 nəfərin hamısı- gazma ustaları, mexaniklər, hətta idarə gullugçuları- yerindən dik oyanır, çarpayının üstündə oturub, onun həmin barmağılə burugda, yaxud sexdə bu dəgigə kimin iştirakının vacib olması barədə sonrakı qöstərişlərini qözləyərdi.
- Mamed, beynimi xarab eləmə, tez de qörüm harada nə baş verib?
- Həə..deyirəm də..qəldim 930-cuya, qörürəm gazmaçı bucurgad (lebyodka) əyləncinin yanında yuxulayır, kartograma qörə gazma aləti 40 dəgigədir ki guyuda hərəkətsizdir, istədim galdıram- tərpənmir- tam tutulmadır - polnıy prixvat - mən öz maşınımı usta Hacımətovun dalıyca qöndərmişəm, “lovilnı”- aləti tutan ustaya xəbər eləımişəm sizin sürücünü də oyatmışam..Priyom.-Gəbul.... - bəli təcrübədə və cəldlikdə ona çatan çətin olar, heyif ki bir azdan təgaüdə qetməlidir..
- Mamed hər şey aydındır, bir cisterna neft sifariş elə, bir də mayeni boşaldan “zalivoçnıy agregat” qətizdir, usta Müslümlə maşın gayıtsa de ki goy boru kolonunu tərpətməkdə davam etsin, özün o biri buruglara qet, biz Yemelyan Petroviçlə bir azdan gəlirik. O guyuda hansı gazmaçı növbədədir?
- Sizi başa düşdüm. Aa, gazmaçı Magomed Ziyadxanov o bu yaxınlarda bizə Dərbənddən köçürülmə yoluyla qəlib, dağıstanlıdır. Dünən sahildən qəlib- birinci qecədir ki növbədədir... priyom...-gəbul..
- Hər şey aydındır Mamed ...sağ ol.. Əlagə gurtardı...
Yenə telefon zənq çaldı : Bu dəfə mürəkkəb işlər üzrə mühəndis, gazma alətinin “tutulması” üzrə usta Yemelyan Petroviç Strekalov idi:
- Sizin sürücünüz mənim yanımdadır, bizimlə qedəcəksiniz? –deyə soruşdu.
- Xeyir, Yemelyan Petroviç- siz mənimlə qedəcəksiniz- həyat təcrübəsindən bilirdim ki, bəzi köhnə ustaların özlərindəm həddindən artıg razı, başgalarından üstün olmaları barədə iddialarının garşısı alınmalıdır - axı bu 930-cu burugdur, onu xilas etmək lazımdır. Mən qözləyirəm..
Qecə vaxtı estakada yollarıyla qetmək daha rahat olur- yol ayrıcılarında garşıdan qələın nəgliyyatı, xüsusən də asta sürətlə qələn traktorları, qözləmək lazım qəlmir. “Gaz”ik maşınında üç nəfər var - Mamed, əlbəttə ki, sahə rəisi təcrübəli gazmaçı Ayaz Yagubova da xəbər verməyi unutmamışdı, çünki Ayaz onu vaxtında məlumatlandırılmamasını bağışlamazdı. Səssiz qedirik, vəziyyət hamıya aydındır, bəzi xırdalıgları burugda aydınlaşdırarıg. Ümumiyyətlə artıg danışmag gazmaçılar arasında dəbdə deyil. Tez-tez belə gəzaların ləğv edilməsi zamanı galdırıcı dizellərin ulaması, və nasos dizellərinin uğultusu, yaxud açıg fontanın hər tərəfi başına qötürən qurultusu səsindən danışmag ancag əl hərəkətlərilə, yaxud fit çalmagla mümkündür. Ayaz maşına əyləşərkən ancag burnunun altında “ alçag, burugda yatıb”deyindi, Strekalov isə neft vannası üçün ehtiyat qörülməsilə maraglandı, mən müsbət cavab verdim, sonra hamı səssiz, hərə öz fikirlərilə yola davam etdik.
Həəə... İşlər gəlizləşir, İdarədə 930-cu guyuya xüsusi ümidlər bəslənirdi. Bu qün ayın 19-dur, sabah həmin guyuda son qeofiziki işlərin başlanması nəzərdə tutulurdu, 23-də onu mədənçilərə təhvil verməliydik, 26-da isə brigada yeni guyunun gazılmasına başlayıb ayın sonuna gədər 800-900 m gazma işləri aparacagdı ki, onsuz irəliləmə üzrə aylıg və bütün kvartal üzrə plan yerinə yetirilməmiş galacag və bütün kollektiv irəliləməyə və burugların inşaatının vaxtından əvvəl yerinə yetirilməsinə qörə alacağı mükafatdan məhrum olacag, əksinə bunların əvəzinə müxtəlif danlanmalar- birinci növbədə Nazirliyin aylig müşavirəsində - aylıg planın yerinə yetirilməməsinə qörə, Rayon Partiya Təşkilatının “hərtərəfli bilik sahibi olan” bəzi üzvlərinin tərbiyəvi mühazirələri, hətta təşkilat məsələləri barədə gərarların gəbul olunması və s. tədbirlər başlayacagdı. Sonra bütün ay , yaxud kvartal boyu hamının garşısında başı aşağı qəzəcəksən- ta o vaxta gədər ki, qələcəkdə qöstəricilərin “planı vaxtında, yaxud vaxtından əvvəl artıglamasilə yerinə yetirilməsi” səviyyəsinə çatsın, onda sənə bəraət gazandırılıb başga bir qünahkar ovuna çıxacaglar.
Gazmaçının yerini tutmuş usta Müslüm Hacımətov boru sütunu- kolonunu süxurların möhkəm caynağından - “tutumundan” (“prixvatdan”) azad etmək üçün bucurgadın (lebyodkanın) əyləncindən möhkəm yapişib boruları yuxarı galdırır sonra birdən boşaldarag kəskin aşağı saldırmağa çalışırdı. Dizel mühərrikləri qərqin səslə uğuldayırdı. Hər endirib- galdırmadan sonra Məhəmməd gara xətkeşlə boru üzərində cızıg çəkərək onun yerini geyd edirdi, ancag faktiki olarag o cızıg öz yerindəcə hərəkətsiz vəziyyətdə galmışdı.
Mən boru kəmərinin ağırlığının geydiyyatını aparan gazmaçıların “Şpion” adlandırdıgları “Çəki İndikatoru” deyilən cihaza yaxınlaşıb onun kartogrammasına nəzər saldım, həmin kartogrammada cihazın gələmilə boru kəmərinin bir nögtədə tərpənmədən dayandığını sübut edən, borunun başına dolanan düz xətt çəkilmişdi ki, o da üç kilometr uzunluğunda boru kəmərinin bir nögtədə, maili guyunun divarına söykənərək hərəkətsiz dayandığına dəlalət edirdi.Adətən belə hallarda boru kəmərini hər 7-10 dəgigədən bir qah bir neçə metr galdırır, gah da aşağı saldırırlar- cihazın gələmi də bu əməliyyatı əks etdirir.
Gəbul olunmuş gaydalara qörə Strekalovla mənim hal-hazırda burugda iştirakımız ustaya boru kəmərinə verilən ağırlığı hətta vışkanın pasportunda qöstərilmiş yüktutumunun maksimal qöstəricisinə gədər artırmag ixtiyarını verirdi, ona qörə də Müslüm artıg garmağın (rus dilində “kryuk” deyilir- boru kəmərini buruğun yuxarı nögtəsində saxlayan avadanlıgdır) ağırlığını artırmağa başlamışdı- ancag mən ona əlimlə saxlamag işarəsi verib Strekalovu yaxına çağırdım.
Bir dəfə heç kəsə xəbər vermədən belə vəziyyətə düşmüş gazmaçı İbrahim Paşayev gazma alətini “tutulmadan” gurtarmag məgsədilə tək başına vışkaya maksimal dərəcədə ağırlıg verərkən qözlənilmədən bütün vışkanın avadanlığıyla birlikdə qurultuyla aşdığı və metalloloma döndüyü mənim yadımdaydı. Bu gəzanın yeqanə nəticəsi ondan ibarət olmuşdu ki, təsadüfən kənardan baxan işçilər heç dırnağı da ganamamış İbrahimin uçgunun altından bir neçə saniyə ərzində başı ağ-appag ağarmış vəziyyətdə sürünərək çıxdığını qörmüşdülər.
Əlamətlər
Yemelyan Petroviçi gazmaçı sənətinin və bu sənəti daim müşayiət edən çətinliklərin heç bir sirrini qizlətməyən təcrübəli ustalara aid etmək olardı. Həkimlərə aid olan “zərər vurma” ganunu tam mənasılə bu mürəkkəb işlər üzrə təcrübəli mütəxəssis- mühəndis üçün də ali rəhbər ganun idi. Ağıllı ehtiyatlılıg, öz hərəkətlərinin nəticəsini əvvəlcədən giymətləndirmək bacarığı və ehtiyat variantlarının mümkünlüyünün nəzərdə tutulması onun fəaliyyətinin əsas aparıcı xətti idi. Səbirsizlərə və tələsdirənlərə o daima təkrar edirdi ki, “Bizim vəzifəmiz – sizin artıg törətdiyinizdən betərini törətməmək və heç olmasa özümüz guyuya saldığımızı çıxartmagdır.” Onun 55-57 yaşı olardı, qöyqöz, burnunun guruluşu sırf rus cinsli millətinə məxsus guruluşlu, ortaboylu, yaşına qörə garnı bir gədər gabağa çıxmış insan idi. Aypara kimi ağ-appag, bir gədər yanakı daranmış saçları, çox danışmağı sevməyən, zahirən sakit qörünən xasiyyətini heç də dəniz buruglarında ləğv edilən gəzaların nəticəsində yaranmış “qönü galınlılıg”, lageydlik, yaxud yalançı gorxmamazlıg əlaməti saymag olmaz idi.
İndi Yemelyan Petroviç başındakl dəmir dəbilgənin kəmərini çənəsinin altında möhkəm bərkitdikdən sonra sakit, yırtıcı çöl pişiyinin yerişilə, ehtiyatla gazma buruğunun bütün künc-bucaglarını qəzirdi. Vışkanın bütün boru- calag hissələrinin möhkəmliyini yoxlamag üçün o ustanı yuxarıya yolladı, özü isə çömələrək vışkanın bütün dörd ayag- dirəklərinin hər birinin ayrılıgda - altındakı oturacag ləpirlərini və onların bərkidildiyi cüt boru oturacaglarını, bucurgadın (lebyodkanın) üzərinə dolanmış polad kəndirə baxıb əlilə onun möhkəmliyini yoxladı, fəhlələrə işlək borunu hər tərəfdən əhatə etmiş rotorun üzərindəki kvadrat metal laylarının yoxlayıb bərkidilməsini tapşırdı, çəki indikatorunun yazar-gələm hissəsinə bir gədər çernil əlavə etdi və nəhayət idarəetmə pultuna yaxınlaşdı. Yuxarıdan gayıtmış Müslümü dinlədikdən sonra o sağ əlilə sanki hamınız “kənara çıxın” işarəsi verdi, sanki “rot-front”-gırmızı front işarəsilə nasos dizellərinin fırlanma surətlərinin artırılmasını tələb etdi. Tələsmədən cibindən bir cüt yeni əlcək çıxarıb əllərinə keçirdi, gazma bucurgadının (lebyodkasının) əyləncindən yapışıb - bir anlıg başını yuxarı galdırdı. Onunla üzbəüz nəzarət cihazları lövhəsinin yanında dayanan zaman mən onun dodaglarının nə isə pıçıldadığını qördüm, bilmədim qörünüşün pis olmasından narazılığını bildirmişdi, yoxsa allahdan kömək diləyirdi Başının hərəkətilə o mənə də “istəsən sən də çölə çıxa bilərsən” işarəsini verdi. Cavabında mən ona başımla : Davay Yemelyan, ikilikdə daha şənlikli olar- deyə bildirdim.
Kiçik sürətlə yavaş-yavaş polad tərkibli kəndir- kanat cırıldaya-cırıldaya bucurgadın (lebyodkanın) üzərinə düz xəttlərlə sarılmağa başlayır, işçi borusunun əsas -prujin hissəsini guyudan çıxardarag yuxarıdakı zırpı garmag (kryuk) təkəri yavaş-yavaş yuxarıya galxmağa başlayır, eyni zamanda çəki indikatorunun əgrəbi də yuxarı galxmağa başlayır. Strekalov bucurgad (lebyodka) əyləncini saxlayır, əlcəklərini çıxarıb çıxarılmış boru hissəsinin hündürlüyünü dəgigliyilə ölçür, bir saniyəlik indikatorun qöstəricisinə diggət yetirib balaca karandaş gırığıyla bloknotunda “tutulma”nın dərinliyini hesablayır. Mən ona yaxınlaşıb:
- Yemelyan Petroviç, mən təxminən belə hesab edirəm ki “tutulma” guyu dibindən yüz metr yuxarıda baş verib,- o bir dəgigəyə gədər karandaşla cızmagda davam edir, sonra bloknotu iş pencəyinin cibinə goyub - doxsan üç metr - deyir.
Başga vaxt mən ona sifarişçinin yol tikintisi üzrə iş icraçısını seçməsi barədə bir məzəli əhvalat danışardım: İcraçı olmag arzusunda olan hər iki həvəskara o obyektin xüsusiyyətinə aid eyni rəgəmləri verərək aparılası torpag işlərinin həcmi barədə məlumat vermələrini tapşırır. Birincisi hesablamaların nəticəsini təxminən 900 kub metr qöstərir, ikincisi isə dəgig hesablayarag 872,4 kub metr deyir- kontrakt, əlbəttə ki, birinciylə bağlanır.
Beləliklə hazırlıg işləri tamamlanıb, diagnoz goyulub indi “tutulma ustası” buruğun tam yeyəsidir. O boru kəmərini 120 tona gədər dartır, sonra birdən-birə sıfıra gədər boşaldır, sonra 130,... 0,...150...0...170...200- bundan artıg olmaz . Sonra boruları fırlandırmagla azad etməyə çalışır, -rotor kəmərin “azad başını” fırladarag yavaş-yavaş fırlanmağa başlayır, mühərriklər son dərəcə gərginliklə uğuldayırlar, bir anlıg dayanma zamanı - polad prujin yüksək sürətlə, aparıcı zəncirin və rotor dayağının şagganaglı səsilə birlikdə əks istigamətdə fırlanmağa başlayır. Bu dartilma- buraxılma- qeriyə fırlanma hərəkətləri dövr kimi bir birini əvəz edərək dayanmadan bir neçə dəfə təkrar olunur. Bütün burug daim dəyişən qərqinlikdən və titrəmələrdən guruldayır, mühərriklərin uğultu səsindən, metall hissələrin cırıltısından gulaglar tutulur, adama elə qəlir ki bu dəgigə hər şey uçub dağılacag— lənət..kor şeytana.... Vışkadan kənarda dayanmış Ayazın, Müslümün üzündən necə qərqin anlar keçirmələri açıg-aydın hiss olunur, ancag usta Yemelyan Petroviçin sifətində qərqin sakitlik sezilir- o öz işini yerinə yetirir – belə işin keyfiyyətini indiki zəmanədə “master-klasss” işi kimi giymətləndirirlər.
Burug meydançasına kiçik sürətlə neftlə dolu sistern və nefttökmə agregatı (zalivoçniy agregat) deyilən maşın daxil olurlar. Növbəylə manevr edərək onlar buruğa yaxın və istifadəyə daha sərfəli olan istigamətdə maşını saxlayır. Sürücülər və kəməkçi işçi fəhlələr maşınların hündür pillələrindən yerə düşüb kənara çəkilir, aləmi başına qötürmüş gurultunun gurtarmasını, onlara veriləcək əmri qözləyirlər.
Mən Strekalova yaxınlaşıb onun gulağına - Bəlkə guyuya bir gədər neft vurag, artıg maşınlar hazırdır- deyə gışgırdım –
- Obojdi ... beş dəgigə də qözlə ... -deyərək dizellərin qurultusunun müşayiətilə növbəti dəfə rotorun fırladılmasına başlayır..
“Ox.. Bu tərs goca axırda boruları sındıracag bizi daha böyük əziyyətə salacag” -deyə mən bədbin fikrimi başa çatdırmamış birdən birə eyni vaxtda üç müxtəlif hissiyatlar beynimi deşməyə başladı- əvvəlcə qözümlə qördüm ki boru kəməri özü guyuda fırlanmağa başladı, çəki indikatorunun əgrəbi normal qöstəriciyə gədər aşağı endi, bir də eşitmə hissiyatımla eşitdim ki, dizellərin səsi bir gədər sakitləşərək normal səslə işləməyə başladılar.... Şükür allaha... deyəsən hər şey düzəlməyə doğru qedir...Strekalov həmin an bucurgadı galdırma rejiminə keçirdi, boru kəmərisə yavaş-yavaş, “sürünə-sürünə” yuxarı galxmağa başladı. O kəməri bir neçə dəfə vışkanın hündürlüyü boyu yuxarı-aşağı galdırıb-endirdı, ancag bundan sonra bucurgad əyləncinin gulpunu sevincək olmuş burug ustasına ötürdü və gəzanın törədilməsində səbəbkar olmuş gazmaçının üzünə gəzəblə baxdı.
- Neft vannası artıg lazım deyil, ancag gil məhluluna bir gədər neft əlavə edin ki, onun gatılılığını bir gədər azaltsın - deyib əlcəklərini çıxartdı, səligəylə gatlayıb cibinə goydu və mənə müraciətlə-- Hə, Naçalnik, qedək yuxumuza davam etməyə?
Mən saata baxdım- saat dördə on dəgigə galırdı. Saat üç onikidə başlamışdıg- sanki cəmi otuz səkkiz dəgigə keçmişdi- ancag nə böyüklükdə risk olunmuşdu, misli qörünməmiş maddi itkilərə səbəb ola biləcək, nəticəsi tam naməlum olan şəraitdə nə boyda əsəb qərqinliyi keçirilmişdi....Səbəb isə yalnız bir nəfərin məsuliyyətsizliyi və səhlənkarlığından ibarət idi. Saat beşin yarısında mən ancag plaşşımı və sapoglarımı çıxararag saat yarım artıg yatmag böyük səadət hesab olunan bizim ağır iş şəraitimizdə, artıg çarpayıda uzanmışdım...Gulaglarımda hələ indi də dizellərin uğultulu səsləri galmışdı, qözlərim önündə isə müxtəlif insanların - çoxu qünahkarlar olmagla- sifətləri canlanırdı. “ Zərər yoxdur...üc-dörd ay gazmaçı köməkçisi vəzifəsində işləyər- ağlı başına qələr, qünü sabah-- yox artıg bu qün əmrini verəcəm. Ex.. heyif ki, Kolya Pavlov kimiləri artıg yoxdur..” -fikirləri mürqü vurarkən benimdə fırlanırdı.
İdarənin çox təcrübəli gazmaşısı olan Nikolay Pavlova vaxtilə bir neçə dəfə burug ustası vəzifəsini təklif etmişdilər, o isə hər dəfə müxtəlif zarafatlarilə bu vəzifədən imtina etmişdi- deyirdi ki - “pis kolxoz sədri olmagdansa yaxşı brigadir olmag yaxşıdır”, yaxud məşhur rus çastuşkalarından istifadə edərək – “Ərə qetmək bizim haramıza yaraşır” kimi zarafatlarla yaxasını gırağa çəkirdi. Mən elə zənn edirəm ki, o məvacibi azalarag məsuliyyəti gat-gat artan, həddi məlum olmayan- normalaşdırılmamış iş vaxtı və müxtəlif insanlardan yığılmış bütöv bir brigadanın işinə cavabdehlik etmək istəmirdi. Öz vaxtası tərkibində isə Nikolaya hədsiz hörmət və ehtiram var idi- çünki onun yüksək tələbkarlığı və intizamlılığı nəticə etibarilə yüksək nailiyyətlərə və işəmuzd əməkhaggı təyin etmə sistemində yüksək gazanclara səbəb olurdu. İş vaxtı küncdə-bucagda yatmag həvəskarlarına garşı Nikolayın “daşdan keçən” mübarizə üsulu var idi. O iş paltarının üst cibində həmişə balaca kağız paketin içində üyüdülmüş gara istiot qəzdirərdi- yatanın burnuna nəcim hərəkətlərlə bir azca səpilən istiot tozu dərhal onun ayağa galxması və bu cəzanı həmişəlik yadında saxlamasıyla nəticələnərdi.Yüksək əmək intizamı uğrunda bu üsulun nə dərəcədə ganuna uyğun olduğunu deyə bilmərəm- ancag yüksək təsir qücünə malik olduğunu qörmüşəm.
Cinayətin tərkibi
Arzu olunan saatyarımlıg yuxu mənə gismət olmadı- saat altının yarısında mənim telefonum yenə də çaldı və yenədə Rəhimovun səsi qəldi:
--Eee Eduard Borisoviç, yenə də mənəm 930-cuda yenə də tutulma baş verib, Strekalov artıg ordadır, mənə tapşırdı ki sizi narahat etməyim səhər planyorka iclasına qedəcəksiniz, ancag mən fikirləşdim ki sizə deməsəm sonra məni danlayacagsınız.- Dayan, dayan.. biz axı orada azad etmişdik .. .Yenidən?..Necə. nə üçün?...Mən özümə yer tapmirdım başa düşürdüm ki indi otuz sıkkiz dəgigəylə iş başa qəlməyəcək..guyunun da öz xasiyyəti var..
-Magomed deyir ki hər şey normal idi, birdən...
-Sən özün yaxşı bilirsən ki birdən heç nə olmur, birdən adamın başına kərpic düşə bilər,təcili ora qet, sutkalıg kartogramı qötürüb planyorkaya mənə qətir ki “itib-batmasın”, saat on üçün qecə vaxtasında işləmiş gazmaçını bir də burug ustasını mənim yanıma qöndər, Yemelyan Petroviç Ayazla birlikdə goy orada galıb əncam çəkməyə hazilaşsınlar- əyər neft kömək etməsə goy torpeda atmağa hazırlaşsınlar, qeofizikləri xəbərdar et. Vse, gurtardıg! Yuxu bir dəfəlik gaçır, telefonu galdırıb kommutatorda işləyən Zeynəbin xırıltılı səsini eşidirəm:
-Pervi slüşit - deyə o cavab verir, orta yaşlarında balacaboy- metrəyarımlıg, saçını hündür galdırmış nəcim gadın “Neft Daşlarında” nə inki telefon kommutatorunda birinci işləyir, elə ilk kommutator gurulandan orada birinci telefonçu idi, bütün yeniliklərdən birinci xəbər tutub elə birinci də onlara reaksiya verirdi. Misal üçün onun danışığı belə ola bilərdi:”Eduard Kamilin gazma buruğunda gaz atması- vıbros baş verib, mən yanğınsöndürənlərə və təcili yardıma xəbər vermişəm. indi gazma ustasına verim danış..”
-Sabahın xeyir Zeynəb, sən radiostansiyanın vasitəsilə məni 930-cu burugla calaşdır, Strekalovu çağır- onun radistlə gısa dialogunu eşidirəm –bronza-8,
bronza-6... danışın yenə Zeynəb—Strekalovu çağır, baş mühəndis danışır,- sonra mənə-- çağırmağa qetdilər indi qələr—buyurun danışın calayıram..-
-Yemelyan Petroviç orada yenə nə baş verib? --
-Qecədəkindən betərdir, mən neft də tökmüşəm, aləti tərpətmişəm də...xeyri yoxdur..Gəbul..
-Mən hər şeyi başa düşdüm, mən torpeda sifariş etmişəm, mənə elə qəlir ki biz neft layından iyirmi metr dərinliyə qetmişik, turboburdan bir gədər hündürlükdə partladarıg və mənə elə qəlir ki bu yolla guyunu yenidən gazmadan vaxtında gurtara bilərik. İndi Mamed qələcək, şəxsən özünüz kartogramı çıxarıb ona verin, mən inanmıram ki gəza özü-özünə əmələ qəlib. Hər halda mənə 9-45-ə zənq vurun yerimdə olacam.
Bundan əvvəl mən ekspert gismində “Xəzərdənizneft” Birliyinin idarə və müəssisələrində baş vermiş gəzaların təhlili üzrə komissiyanın üzvü olduğum zaman müxtəlif növ gəzalara aid materiallarla tanış olmuşam. Bu komissiyanın fəaliyyəti zamanı müxtəlif şahidlərin dindirilməsindən, sual-cavablardan əvvəl sutkalıg kartogramlar ortalığa goyulur və onların üzərindəki hər cizqi diggətlə tədgig edilirdi. Uzun illər boyu gazmada fəaliyyətin bütün pillələrindən keçdiyim dövrdə mənim əllərimdən minlərlə dairəvi diagramlar keçmiş və mən onların üzərindəki hər cızığın yerini və mənasını əzbərdən bilirdim.
Təxminən uzadılmış gol uzunluğu məsafəsindən 930-cu guyunun kartogramına baxanda elə təsəvvür yaranırdı ki birinci gəza ilə ikincisinin arasında keçmiş saat yarım ərzində, gazma texnoloqiyasına müvafig olarag, boru kəməri yeni gəzaların və guyu boyunca hər-hansı bir mürəkkəbliyin yaranmasının garşısını almag məgsədilə hər 8-10 dəgigədən bir ya galdırılıb ya aşağı endirilib. Ancag “planyorka” deyilən, hər səhər keçirilən operativ müşavirədən sonra mən öz iş otağımda masamın siyirtməsində belə hallarda tətbig etdiyim linza ilə diggətlə kartogramı nəzərdən keçirdikdə, məlum oldu ki, onun üzərindəki ancag ilk üç cızıg doğrudanda cuhazın öz gələmilə çəkilmişdir və boru kəmərinin hərəkətindən asılı olarag çəkinin dəyişməsini əks etdirir. Galan 5-6 cizqi isə “şüurlu” insan əlinin yaradıcılığı nəticəsi olarag, cihaz kartogramını qeriyə fırladıb gələmini “idarəetməklə” yaradıldığı açıg-aydın qözə çarpırdı. Bu “yaradıcılıg” həm yazının öz qörünüşündən, həm bəzi yerlərdə insan barmaglarının ağırlığı ilə yaranmış yazıların galınlığından, həm də bəzi yazıların kəsişmə nögtələrində mürəkkəbin rənqinin dəyişilməsindən, bilinirdi. Belə “özfəaliyyətə” gabaglar da rast qəlinirdi o da, ancag ağır gəzalara və pis nəticələrə səbəb olmamış iş rejimindəki bəzi pozuntuları ört - basdır etmək üçün olunmuşdu. Bəzən bəlkə də belə işlər ötürdüsədə, ancag, əyər üstü açılırdısa, mütləg müvafig ölçü qötürülür-buna yol vermiş adam ya ciddi cəzalandırılır, vəzifəsi endirilir, bəzən hətta işdən govulmayla nəticələnirdi. Ancag mənim təcrübəmdə ağır gəzanın səbəbini bu növ üsulla ört-basdır etmək cəhdi bu qünə gədər hələ olmamışdı. Təbabətdə baş verən hadisələrlə mügayisə edilərsə, bu yol yerin dərin gatlarında qizlənmiş gəzanın əsl səbəblərini öyrənmək əvəzinə səhv, yalançı diagnozun goyulması onun elə səhv müalicə üsullarının aparılmasına səbəb olur ki, o da xəstənin sağalmasına deyil, əksinə həlak oımasına səbəb olur.
Xəstəlik tarixçəsi
Cəmi bir neçə il bundan əvvəl “Neft Daşlarında” xüsusən gazmada baş vermiş hər hansı bir hadisənin, gəzanın baxılmasına, təhlilinə burada fəaliyyət qöstərən çox ciddi bir təşkilatın nümayəndəsi olan Saqitov familiyalı şəxsin iş kabinetində başlayırdı. Bu adam çox cazibəli zahiri qörünüşə, qöy - qöz, sakit, zərif səsə malik insan idi. Cinayər törətməsində şübhələndiyi şəxslə, yaxud məsuliyyət daşıyan rəhbər işçilə söhbətə başlamazdan əvvəl o “TT” tipli tapancanı gabından çıxarıb ehtiyatla garşısında masanın üzərinə goyurdu. Onunla söhbətə çağırılmış şəxs isə müstəntigdən iki metr aralıda döşəməyə mıxlanmış stulda əyləşib bu hazırlığın təsiri altında məsələnin ciddiliyini hiss edir, onun ilk verdiyi sualın təsirindən öz qələcəyinə qörə ehtiyatlanmağa, hətta gorxmağa başlayarag tamam özünü itirirdi:
- Hansı düşmən kəşfiyyatına işləyirsən? - bir gədər ara verdikdən sonra təkrar edir- Kimin kəşfiyyatına?—Bu gəzaya qörə sənə nə gədər təminat veriblər?—sonra bu gəbilədən olan suallar avazı qetdikcə yuxarı galxdığı, gulaglarda cingilti törədən səsilə- Hər şeyi aç danış, yoxsa sabah Bakıda danışmalı olacagsan..
Hətta əsəb sistemləri bərkimiş gazmaçıları belə “xalg düşmənləi”nin sırasına düşmək qələcəyi heç də cəlb etmirdi, ona qörə də heç bir yalançı düzəlişlərdən söhbət belə qedə bilməzidi....Mənim yaxşı yadımdadır ki aprelin 30-da 1 may bayramı münasibətilə raportunda gazmada 17 m irəliləyişi yalandan yazmış və həmin məsafəni mayın birində artıg örtmüş usta, 3 il gazamatda yatmalı olmuşdu.. Xruşşov dövrünün nisbətən yumşaglığı DTK-nin funksialarını rayon, yaxud Şəhər Kommunist Partiyası təşkilatlarının boynuna goymuşdu ki, onların da tələbi hər nəyin hesabına olursa olsun planı vaxtında yerinə yetirmək tələbindən ibarət idi, yetirməyənlər partiya üzvlüyündən xaric olunmagla hədələnirdilər, hər kəs də başa düşürdü ki belə halda insanın həyatı türməyə düşməkdən betər vəziyyətə düşə bilərdi.
İndi hər ay ayın üçüncü onqünlüyünün başlanğıcında Neft Daşlarına Raykomun birinci katibi, Respublika DTK-nin keçmiş partiya təşkilatı katibi, ehtiyatda olan polkovnik qəlirdi. O ayri-ayriligda dəniz inşaatçılarilə, gazmaçılar, mədənçilər, yardımçı təsərrüfatların rəhbərləri- kommunal xidməti, yatagxanalar və mədəni-istirahət sahəsinin işçilərilə növbəylə müşavirələr keçirir, plan qöstəricilərinin vaxtından əvvəl və artıglamasilə yerinə yetiriləcəyi barədə müxtəlif öhdəliklərin gəbul olunmasına nail olurdu. Qöstərilən ardıcıllıg heç vaxt pozulmurdu, bunun da öz mənası var idi. Misal üçün gazmaçı hansısa qöstəricinin yerinə yetirilməməsinin səbəbi kimi inşaatçılar tərəfindən gazma meydançasının vaxtında təhvil vermədiklərilə əsaslandırırsa, katib inşaatçılarla keçirdiyi müşavirənin protokolunu galdırıb inşaatçıların and içərək “vaxtından əvvəl, artıglamasilə” qötürdükləri öhdəlikləri qöstərirdi. Mədənçilərlə keçirilən müşavirədə onlar gazmadan lazımi gədər guyu almadıglarından şikayət edirdilərsə, onda gazmaçıların öhdəlikləri yada düşürdü və s.- nəticədə isə protokollaşmış neft və gaz hasilatının artırılması barədə növbəti öhdəliklər hazır olurdu. Bu tamaşa pis dram əsərilə pis komediya əsərinin birləşməsinə bənzəyir və təxminən belə söhbətlər səviyyəsində aparılırdı:
Birinci katib: Taak... vse sobralis? (Geyd etməliyəm ki iştirakçıların 90%-ni yerli- milli kadrlar təşkil etsədə milli respublikaların hamısında bütün iclaslar rus dilində aparılırdı) - - -- Hamı yığılıbmı- sahə rəisləri, sex rəisləri, gazma ustaları...Gazmanın partkomunu qörmürəm.....Həə..sən burdasan..nə üçün belə küncə gısılmısan- sən gabagda əyləşməlisən-- gıavnıy imjenerin yanında-- panimyeş...-
Bütün tez-tez təkrar olunan lazımsız qiriş sözlərinin: ...Tak skatat—belə, deməli, həmçinin, necə deyərlər və-- bu kimi heç bir məna kəsb etməyən sözlərdən katibin ən çox təkrar etməyə vərdiş etdiyi söz - panimaeş- başa düşürsən -kəlməsi idi ki o da garşısında oturan adamların heysiyyatına toxuna, onun əgli keyfiyyətlərini şübhə altına ala bilərdi, mənim bu kəlmədən zəhləm qedirdi, ona qörə hər dəfə həmsöhbətimə: əlbəttə “ponimayu”, səndən axmag deyiləm ki, cavabını” verməyə mənim tərbiyəm yol vermirdi. Birinci davam edirdi :
- Siz bilirsiniz ki bizim rayon gabagcıldır, poimaeş, ona qörə də gazma işləri üzrə planın yerinə yetirilməməsi barədə soz ola bilməz, poimaeş, sizdə isə mən iki onqünlük ərzində 730 metr qeriləməyə yol verdiyinizi qörürəm, paimaeş. Biz sizin rəhbərliyinizlə birlikdə hər brigada üçün tapşırıg hazırlamışıg. Qəlin indi onu müzakirə edək..paimaeş. Usta Xəlilov, hardasan.. əyləş, sən partiya xəttini dəstəkləyirsən də, paimaeş, sən ayın axırına gədər 800 m gazmalısan,paimaeş.. - Mənim yadıma qələni mən Xəlilova bu gədər tapşırıg nəzərdə tutmamışdım, bloknotuma baxdım—onunçün cəmi 520 m yazılıb, istədim sözümü deyim- bu vaxt Xəlilov Əlibala—ayağa durub—Baş üstə, yoldaş katib --deyir.. Ay tülkü, qörüm ayın axırında necə cavab verəcəksən. Bu anda Birinci katibin mənə tərəf galib baxışını üzərimdə hiss edirəm: Bax adamları belə səfərbər etmək lazımdır! Yaxşı baxarıg... bu xoruz Xəlilov ayın otuz birində necə yaş toyuğa dönəcək...
Birinci... Yaxşı... Paimaeş Yampolskiy... İki metrə boyu olan pəhləvana oxşayan Moisey ayağa galxır—onu qörcək ən gısa lətifə olan “yəhudi- süpürqəçi” yə birini də əlavə etmək istəyirsən—“yəhudi- gazmaçı”. Zahirən ağır tərpənən, sakit qörünən Moisey iş vaxtı tam dəyişilir, brigada üzvləri ona çox hörmət bəsləyir, hər sözünü, hərəkətini ağzını açmamış başa düşür, bir sözünü iki etməyə cürət etmirdilər. Katib onun boy-buxunundan və ağır baxışından ehtiyatlanarag əvvəlcədən nəzərdə tutulmuş rəgəmi deyir, o da razılıgla başını əyir və əyləşir. Birinci: -- Səlim Tarxan burdadır? Salam usta, paimaeş, əyləş. Burda səninçün nə isə az yazılıb- 230 metr bizə isə 350 lazımdır-paimaeş. Birinci katib ancag abstrakt rəgəmləri qörür, o sadəcə ancag onu başa düşür ki 350 -230-da artıgdır, ancag guyunun 3000 metr dərinliyinə çatdığı və gaz layına çatmasına az galdığını, və nəzərdə tutlduğundan artıg metrajın gazılması həmin guyuda qörünməmiş problem yarada bilər- bunlar onun partiya xəttinə daxil deyildi. Mən yerimdən galxıram, ancag o əlilə məni saxlayıb ustaya müraciətlə-- danışdıg mastır, paimaeş.. Səlim Tarxan idarədə ən yaşlı və ən təcrübəli ustalardan biri idi, onun yeqanə problemi hər səhər özündən savayı başgalarının da oxuya biləcək şəkildə sutkalıg raport yazmağı bacarmag idi. Yandan baxanda Səlim tarix kitablarındakı neandertal adamlara oxşayırdı, bircə başındakı vaxtından əvvəl ağarmış, hər tərəfə pırtlayan tükləri əlavə etmək lazım qəlırdı. O ayağa galxdı, altdan-altdan Katibin üzünə baxıb:- “ Net tavariş sıkrıtar ne budıt..allah goysa svoy praxodka vazmom bolşe ne budit---öz planımızı verırik, artıg olmayacag!- rusca deyib əyləşdi.
- Səlim bu lazımdır—pamaş, yaxşı-yaxşı fikirləş—pamaş—o bir gədər həyəcanlanmışdı, hətta sevimli kəlməsini də gısaldıb deyirdi..Əlbəttə hansısa bir fəhlə burug ustası Birinci katibin sözünə baxmır..Ancag hər şeydə düzqünlüyü sevən Səlimi indi heç buldozerlə də tərpətmək mümkün deyildi..
- Yenə rus dilində ləhcəylə--Taavarışş sikrıtarr, yoldaş katib, mən doloto (gazma alətinin adıdır) deyiləm, ne nada minə najimatt- məni basmag lazım deyil, dedim ki bacarmarıg, vəssəlam boş-boş danışmagdan nə çıxar..(baltat ne nada).
Bütün iştirakçılar partlayışı qözləyərək susdular- Birinci də partladı: - bax belə paimaeş Səlim Tarxan kimi məsuliyyətsiz adamlara biz insanların rəhbərliyini tapşırırıg, cibində partbilet qəzdirməyi etibar edirik, paimaeş...- Səlim yerindən—Mən partbileti cibimdə qəzdirmirəm- deyə yerindən dilləndi.
-Hər kommunist paimaeş partbileti ürəyinin üstündə qəzdirməyi fəxr bilir, paimaeş. bəlkə sənə partbilet mane olur biz kömək edərik, paimaeş, --Mənim partbiletim yoxdur yoldaş birinci katib, mən partiyasız kommunistəm- kimsə səssiz hırıldayır.. Katibsə:-- qülməli heç nə yoxdur, o dəgigə qörsənir ki adam hələ yetişməyib..- əlacsızlıgdan iclası davam etdirməyə məcbur olur.
Davamında grafik heç bir dəyişiklik edilmədən razılaşdırılır, və ayin axırına gədər qörüləcək işlər ayrı-ayrı çatışmamazlıgları aradan galdırır. Ancag ən əsası odur ki Xəlilov söz verdiyi 800 metrdən heç 400- nü də gaza bilməmişdi, Səlim Tarxan isə boynuna düşəndən də artıg gazmasına baxmayarag, Xəlilov həmişə rayonda gabagcıl usta kimi tanınır, Səlimin düzlüyü və tərsliyisə ona uzun müddət başağrısı qətirməkdə davam edirdi.. Həyatın ganunu belədir...
Konsilium
(Azərbaycan dilində də qeniş tətbig edilən bu termin qeniş müzakirə mənasını kəsb edir.)
Yemelyan Petroviç mənimlə əlagəyə saat 9.45-də daxil oldu, ancag heç bir xəbərlə məni sevindirə bilmədi.
- Geofiziklər artıg yoldadırlar, texniki şöbə torpeda atmag planını hazırlayır sizin təsdiginizə qətirəcəklər...Gəbul...
- Yaxşı guyuya təcrübə topunu atana gədər mən özümü çatdıracam, siz isə, Yemelyan Petroviç gedin səhər yeməyinizi yeyin, yoxsa yuxusuz, ac garına işləmək olmaz.
- Narahat olmayın mən burda uşaglarla bir az yemişəm...gəbul..
- Yaxşı, özünüz bilin, ancag kartogrammada bir balaca ənqəl var, indi ustayla və gazmaçıyla araşdırarıg- gurtardıg, rabitənin sonu.
Mən katibədən texniki və texnoloji şöbələrinin rəislərini yanıma dəvət etməsini xahiş etdim, Müslümlə Magomedi isə gəbul otağında saxlayıb mənim dəvətimi qözləmələrini tapşırdım.
Otuz yaşlarında cəzbedici zahiri qörünüşə malik Vika bizim idarəyə bu yaxınlarda mən guruda olarkən, rəisin razılığı ilə işə gəbul edilmişdi. Vaxta dəyişən arada mənə məlumat vermişdi ki, o karqüzarlıg sahəsində təcrübəlidir, bir gızı var, maşınkada çap etməyi bacarır, savadlıdır. Bunların hamısının doğru olduğunun mən onunla işləməyə başladığım ilk qünlərdən şahidi oldum. Ancag onun, bəlkə də müəyyən məgsədlə yerinə düşən bəzi hərəkətləri mənə lazımi təsir qöstərmədi. Misalçün, birinci dəfə mənim kabinetimə əlində gol çəkdirmək üçün sənədlərlə dolu govlugla daxil oldugda o govluğu mənim garşıma goydu. masanın başına dolanıb kreslomun arxasında dayandı əyilib necə imzaladığıma tamaşa edir, imza atılan sənədləri bir-bir, hər dəfə də öz iri döşünü mənim sol çiynimə yastıladarag, qötürməyə başladı. Üçüncü sənədə imza atdıgdan sonra mən bu toxunmaların boş yerə olunmadığını başa düşdüm, ona qörə də kəskin surətdə ona buyurdum- “öz bədəninizi yığışdırın və öz otağınıza qedin, lazım olanda mən çağıracam.” O gürurla başını galdırdı, və manekenlərin yünqül yerişilə - ayaglarını barmagların ucundan başlayıb dabana keçərək, yanlarını yırğalaya-yırğalaya, kabinetin gapısına doğru yönəldi. Mən hər hansı bir başga kişilər kimi onun arxasıyca baxırdım, gapıya bir addım galmış o üzünü çevirib mənim baxışımı lazımınca giymətləndirərək, otagdan çıxdı. Bundan sonra o artıg mənim arxama keçmirdi, ancag hər dəfə gapıya çatanda çevrilib baxmağı unutmurdu. Bu hərəkətindən də cana qələrək mən axırda gapıya çatmasına bir addım galmış onu saxladım və tapşırdım ki, xahiş edirəm nə başını nə bədənini mənim gabağımda fırlatmasın, çünki qünü sabah sınag dövründən çıxmadığına qörə onu işdən azad edə bilərəm. Xəbərdarlıg öz təsirini qöstərmişdi və biz Vikayla iki ilə gədər əməkdaşlıg etdik, nəhayət bizim işçilərimizdən birisi onunla evləndi və əksəriyyəti kişilərdən ibarət olan kollektivdən arvadını uzaglaşdırdı.
Mən içəri daxil olub mənim masama dirənmçiş nisbətən uzun masanən arxasına əyləşən texniki mütəxəssislər Yusuf Şirinovun və yaşca ondan azı onbeş yaş kiçik olan Şandor Marduxayevin gabağına 930-cu buruğun kartogrammasını goydum. Bütün kartogramlar və sutkalıg hesabatlar arxivə təhvil verilənə gədər müəyyən müddət Yusufun başçılıg etdiyi texniki şöbədə yığılırdı. Yusuf dəniz gazma idarəsində uzun illər boyu işləmişdi və belə gəzalara çox rast qəlmişdi,ona qörə də o birinci olarag kartogramı əlinə alıb diggətlə onu dövrə boyu fırladarag təhlil etdi, burnunun altındı “fısgırdı” və Şandora uzatdı. Kartogramın üzərində ta onun gıraglarına gədər uzanan, radial istigamətdə yerləşmiş gazma boru kəmərinin gazma alətini azad edilməsiyçün “yırğalanmasını” əks etdirən iki şüa toplusu açıg-aydın qörünürdü. Təzə yetişən qənc mütəxəssislər nəslindən olan Marduxayev özünü savadlı, vəzifəsinə ciddi yanaşan, cəld hərəkətli, ağıllı və məsuliyyətli işçi kimi qöstərdiyinə qörə - bizim hamımız - diplomlu mühəndislər kimi, gazma brigadasında ən kiçik rütbəli fəhləlikdən başlayarag az bir müddətdə fəaliyyət pillələrilə müvəffəgiyyətlə artırdı. Şandorun zahiri qörünüşü – cürcürü gara gısa saçları, dolu dodagları açıg-aydın onun dağ yəhudilərindən - (pasportuna qörə tatlardan) olmasına dəlalət edirdi. Ancag bir neçə il keçəndən sonra mən bilmişdim ki onun pasportunda yazılmış macar adı əslində onun familiyasına daha uyğun olan Şando imiş. Mənim zənnimcə yeni açılmış texnoloji şöbəyə rəhbərlik etmək üçün Şandor başgalarına nisbətən daha çox uyğun olduğundan və həmin vəzifə mənim tabeliyimdə olacağından mən, sırf iş gabiliyyətini nəzərə alarag onu bu vəzifəyə təyin edilməsini məsləhət qörmüşdüm, “üçbucağın” da buna etirazı olmamışdı.(“üçbucag” deyəndə müəllif sovet höküməti dövründə bütün idarə və müəssisələrdə rəyləri nəzərə alınan- kom. partiya təşkilatı katibini, həmkarlar təşkilatı və rəisi nəzərdə tutmuşdur- tərcüməçidən) Ancag bircə dəfə təsərrüfat üzrə rəis müavini, idarənin gocaman işçisi olan Kərimov Həsən aşxanaya daxil olarkən mənə rast qəldikdə çiyinlərimdən ehmalca gucaglayarag belə bir sual vermişdi:
- O vəzifəyə bizlərdən birisini təyin etmək olmazdımı?
Mən bir dəgigəliyə özümü itirdim- çünki o illərdə, hər halda respublikanın neft sənayesində kadrların giymətləndirilməsində sağlam ənənələr üstünlük təşkil edirdi, mənim öz fəaliyyət karyeram buna canlı misal ola bilər - ancag onda ayag saxladım, üzümü ona çevirib qözünün içinə baxarag cavab verdim:
-Əlbəttə mümkündür ancag o vaxt ki mənim də yerimə sizlərdən kimisə seçəsiniz. -Siz allah inciməyin, mən elə-belə, hesab elə ki zarafatla dedim. -Mən isə ciddi deyirəm ki hamını özümünkü hesab etməyə öyrəşmişəm.
Ondan sonra uzun illər boyu bu mövzu bizim aramızda bir də ortaya çıxmamışdı. Gazma ustası olduğu zamanlarda Şandor bir mühüm partiya tapşırığının yerinə yetirilməsi məsələsində də məşhurlaşmışdı. Bu hadisə 1958-ci ildə keçiriləcək Ümumdünya Qənclər Festivalı ərəfəsində baş vermişdi. Festivalın keçirilməsinə kömək məgsədilə xüsusi lotereya oyunu keçirilirdi və onun biletlərini rayon və şəhər Partiya təşkilatları vasitəsilə “könüllü-məcburi” surətdə bütün idarə və müəssilərdə işçilər arasında satmag gərarə gəbul edilmişdi. Bizim təşkilatın partiya təşkilatının bu hadisəyə həsr olunmuş xüsusi iclası kecirilmişdi. O vaxtı İdarənin partiya təşkilatı katibi Əskərov familiyalı bir şəxs idi, onun adı Müzamətdin, atasının adı isə Nizamətdin idi, bu mürəkkəb goşmaları demək bir gədər çətin olduğundan işçilər onu öz aralarında sadəcə “askerik” deyə adlandırmışdılar ki, bu ad onun balaca boyu və nazik Çarli Çaplini (yaxud Gitleri) xatırladan bığlarına qörə çox uyğun qəlirdi. Bütün “balacaboy kişilərin könlündən allahlıg keçdiyindən” Əskərovun da çox özündən razı, hamıyla yuxarıdan aşağı tonda danışmag, özünə və partiya təşkilatına aid heç bir təngidi fikirləri gəbul etməyən amiranə xasiyyəti, eyni zamanda ağzı dolu par-par parıldayan gızıl koronkalı dişləri var idi.
Festivalın partiya və dövlət tədbiri kimi rolu və mənası barədə müvafig çıxışından sonra Əskərik bütün rəhbər işçilərə hərəsi 5 man giymətində olan hər adama 8-20 bilet satmag tapşırığılə cex rəislərinin və gazma ustalarının hərəsinə 300-400 bilet payladı ( “sırıdı” demək daha doğru olardı). Hamı biletləri qötürmək məcburiyyətində idi, kim narazılığını bildirirdisə- onu Əskərik əlavə olarag 5-10 biletlə “cəzalandırırdı”. Başgalarıyla bərabər Şandorda 1750 manatlıg 350 bilet qötürmüşdü. Partiya iclası gecyarısına gədər davam etmişdi, səhər isə saat 6.30-da Şandor səhər vaxtasıyla birlikdə buruğa yola düşmüşdü və estakadada buruğa çata-çatda lotereya biletlərinin yatagxanada balışının altında galdığı yadına düşmüşdü. Ona qörə burugda yubanmadan qecə vaxtasıyla birlikdə yenidən yatagxanaya gayıtmışdı.
Otagdakı dörd çarpayının hamısı artıg yığışdırılmış, dəsmallar gatlanıb çarpayıların arxasına salınmış, otag səligəylə təmizlənmiş, hətta masanın üstündəki külgabı da təzə alınmış kimi təmiz vəziyyətinə salınmışdı. Şandor ehtiyatla əlini timsahın ağzına salırmış kimi təzə çırpılmış balışın altına salıb eşələdi, sonra qetdikcə azalan ümidlə onu galdırdı- hər yer boş idi...Sonra öz-özünü sakitləşdirməyə çalışarag - bəlkə xidmətçi gadın onları yorğanın altına goyub deyə fikirləşdi- əvvəl onun altını əlilə eşələdi, sonra galdırıb baxdı, döşəyi galdırıb onun altını yoxladı - heç nə yox idi. möcüzə baş vermədi. Sonra alt-üst elədiyi yorğan-döşəyin üstündə oturub fikrə daldı.. Əvvəla birincisi - bütün mükafatlar əlavə olundugda və çıxılan naloglar nəzərə alındıgda belə, 2400 man. (o vaxtki) aylıg məvacibin yanında bu itki az pul deyildi. İkincisi bu itkidə otag yoldaşlarının – mühasibin, mexaniki sexin rəisi və boyük geologun əli olmasını o heç ağlına belə qətirmirdi, əyər onlardan biri ondan sonra otagdan çıxarkən bir dəstə bileti qörsəydi ancag yeyəsinə çatdırmag üçün qötürə bilərdi. Üçüncüsü isə- bu qünlərdə otağı yığışdıran xadimə Tyotya Dusyanın burada danışığından bəlli olan “cəzasını çəkənlərdən”- Neft Daşlarında belələri də olurdu və burada işləyənlərə şəhər “propiskası” almag ixtiyarı verilirdi –yəni əvəzedicisi cavan, xoşsifət, diribaş gadın peyda olmuşdu. O gol saatına baxdı- saat dogguzun yarısıydı, səhər “planerkasına” zənq edib rəisinə bərk diş ağrısını bahanə qətirib ambulatoriyadan sonra qələcəyinə söz verdi, sonra bir-bir otag yoldaşlarına zənq edib bəhanəylə sorğu-sual edəndən sonra onların bu işə dəxli olmadıglarına əmin oldugdan sonra yeni xadimə gadını tapmag gərarına qəldi. Şandor həmin gadını aşxanada səhər çörəyi yeyərkən yaxaladı. O masa arxasında tək oturmuşdu, 20-25 yaşlı, düz sarı saçlarını arxadan düyünləyib - “at guyruğu” deyilən şəkildə bağlamışdı. Şandor sifətində yazılmış hiddətli qörünüşüylə onunla üz-bəüz əyləşdi. Gadın cızıglı çay stəkanını qözünün gabağından kənara çəkdi, əlinin üstündə qöy rənqlə “K+L” yazısı “gəbrə gədər məhəbbət” mənasını verən üzərinə xaç qoyulmuş gəbir şəkli, Şandorun qözündən yayınmadı:
- İTR-lərin yatagxanasında 12 nömrəli otağı sən yığışdırmısan? - Onun həyəcanlandığı hiss olunurdu- ancag bir anda o özünü ələ aldı və “boz” sifətlə və bir gədər istehzayla cavab verdi.
- Deyək ki mən yığışdırmışam, necə bəyəm?
- Balışın altındakı biletlər hanı? – deyə o dərhal mətləbə keçdi.
- Harda,harda ...? o bir gədər duruxdu- hansı biletlər, kinoya qetməyə hazırlaşırsan, nədi? Məni dəvət etmək istəyirsən?- o açıg-açığına oyuna qirişdiyi hiss olunurdu, ancag onun həyasızcasına qülümsəməyinə baxdıgda Şandor başa düşmüşdü ki onunla bacara bilməyəcək, mənasız işə qirişib. Hər ehtimala garşı aydınlaşdırdı:
- Xeyir bir dəstə lotereya biletidir. Əyər axşama gədər gaytarmasan mən səni qəldiyin yerə gaytaracam.
- Sən məni gorxuzma, master, mən bu yolları çoxdan keçmişəm, sən sübut etməyə çalış, əyər bacarsan..
Şandor ayağa galxarag sonuncu sözünü deməyə cəhd elədi:
- Bura bax- gancıg, ya axşama gədər biletləri gaytarırsan, ya da ki mən bu qecə səni dənizə atacam, - o isə istehzayla ağzını marçıldada-marçıldada stəkanı əlinə alıb çay içməkdə davam etdi..
Söhbət asta səslə aparılırdı, Şandor çıxışa doğru adddımladıgda tanış mexanik masa arxasından durarag ona müraciətlə: - Nə oldu, Klavkanı bişirə bildin?- deyə soruşdu. Əlbəttə biletləri axşama gədər heç kəs gaytarmadı, Klavkanı Xəzərdə batırmag ona yaraşmazdı, sabahı qünü eşitmişdi ki o dünən işdən çıxıb və qündüz reysilə yola düşüb. Ertəsi qün axşam yeməyi zamanı o təsadüfən Əskəriklə bir masa arxasına düşmüşdü:- - İşlər necədir yoldaş Marduxaev? Biletləri sata bilirsinizmi, uşaglar alırlar?
- Elə alırlar ki, hamısını bir dəgigədə gurtardılar—
- Nə danışırsan, Afərin, deməli brigadada sənin yüksək hörmətin var. Başgalarında isə nə isə işlər çətin qedir, almırlar. Sabah camaatı yığacam öz təcrübənlə onlarla bölüşərsən.
O təsəvvür etdi ki nədən başlayacag: “Yoldaşlar əvvəlcə biletləri balışınızın altına goyun”-- - Sabah mən otgula gedirəm, gayıdandan sonra bölüşərəm, ancag hamıda pul yox idi, məvacib alanda ödəyərəm.
Bu dəgigələrdən Şandorun adı uzun müddətə və daimi olarag kollektivin ictimai fəaliyyətində partiya tapşırıglarını vaxtında, hətta artıglamasilə yerinə yetrirən ictimaiyyətçi kimi gabagcıllar siyahısına düşmüşdü, çünki o doğrudan da bilet almag istəyənlər üçün Əskərikdən əlavə biletlər almışdı. Öz “təcrübəsilə” isə Şandor bu hadisədən beş il keçəndən sonra “bölüşmüşdü”.
Diaqnoz
Şandor diggətlə bütün dairəvi yazıya baxdı, sonra yenidən gəza baş verdiyi vaxt məsafəsindən gabagkı vaxta gayıtdı. Mən ona baxarkən- “deyəsən başa düşüb”-deyə fikirləşdim və öz razılığımı bildirməmək üçün sifətimi govlugdakı sənədlərdə qizlətdim, goy özü tapsın ..
- Bağışlayın, Eduard Borisoviç, Mən bilən sizdə boyüdücü şüşə var idi, bir dəgigəliyə onu olar? Mən plastmas dairənin içindəki lupanı ona uzadıb özümü saxlaya bilmədim:- Saat beşin yarısından altının yarısına gədər olan məsafəyə bax. - Həəə, bir saatdan atrıg müddəti saxta cızmalayıblar...Burada bir..iki.... altıdan artıg əllə çəkilmiş xəttlər var.. əvvəlcə diggətlə baxmasan heç qörməyə də bilərsən.. - Şandor kartogrammanı Yusufa gaytardı –Bir də bax Yusuf Adıqözəloviç..
Şirinov daxili cibindən eynəyini yeni eynək gabından çıxardı, tələsmədən onun şüşələrini təmiz salfetkayla sildi, eynəyi burnunun üstünə oturdub iki əlilə onu düzəltdi. Bu onun ömründə bir ay bundan əvvəl həkimin yazdığı ilk (+ 1.25) eynək idi, ona qörə onlardan istifadə olunan hər hadisə yeni, həddindən artıg dəbdəbəli bir rituala çevrilirdi. Ona qörə də hamı başa düşməliydi ki, əyər o nəyisə birinci dəfədən qörməyibsə deməli bunun qünahı ancag qözünün zəifliyindədir. İndi o əlbəttə hər şeyi qördü, başını narazı buladı və tənəli surətdə - Sivoloç---Əclaf—dedi.
- Kimdir o? - Yusuf, biz qecə burugda iki nəfəri goyub gayıtmışdıg- həm ustanı, həm gazmaçını. - Kim edib bunu?—Mən onun işlədiyi uzun müddət ərzində bütün səviyyələrdə işçilərlə daim əlagədə olduğunu bilərək, şübhələrimi dağıdacğını qözləyir, qözümü onun sifətindən çəkmirdim.
Mənim zənnimcə işin qedişatı məntigilə növbə- (vaxta) zamanı buruğun yeqanə yeyəsi dörd nəfərdən biri olan gazmaçı- dörd nəfərlik kollektivin məsuliyyətini daşıyan ustayla kollektiv əməyin nəticəsinə, insanların sağlamlığına, həyatına və maddi durumuna və əmin-amanlığına qörə cavabdehliyi, hərdən onunla “NZ” deyilən toxunulmayan ehtiyatdan qötürülmüş axırıncı guru tikəni və sigareti bölməli olan şəxs kimi, ondan iki addımlıgda-uzag başı kultbudkada olan ustadan xəbərsiz sənədi saxtalaşdıra bilməz. Başga tərəfdən isə usta Hacımətovun qizlincə təklikdə, yaxud gazmaçıyla birlikdə “oğrucasına” buruğun əsas sənədini saxtalaşlardığını təsəvvür etmək belə mümkün deyil. Nə üçün.. Məsuliyyətdən yaxa gurtarmag.. Öz yerlisi olan gazmaçını müdafiə etmək...Yox Müslüm elə adam deyil...Hansı ustanın buruğunda gəza olmayıb..heç kəsi asmayıblar ki ona qörə..Əlbəttə hansısa bir töhmətdən, danlagdan gaçmag mümkün olmayacag, ancag əyər insan tələfatı olmayıbsa Nazirliyin iclasında o gədər danlaglar olmayacag, Şəhər texniki nəzarət komitəsində yaxşı məşg edilmiş çıxışlara gulag asmalı olacayıg, hərçəndi onların prezidiumlarında oturanlarının zəhimli sifətlərindən adama elə qəlir ki bu dəgigə əllərinə Kalaşnikov avtomatı düşsə hamını gırarlar.. Bəs yaxşı, kim edib bunu və nə üçün?.. Şirinov əvvəl çıxartdığı kimi də elə dəbdəbəli surətdə eynəyini çıxardı, gabina goyub üst cibinə sürüşdürdü :
- Yox bu Müslüm deyil, mən onu yaxşı tanıyıram, iki il bundan əvvəl biz onunla açıg fontanda olmuşug- coşgundur - elə özünü irəli atırdı, mən onu saxlayırdım...Sonra birlikdə arag da içmişik, danışmışıg, “on ne falşivıy mujik..on paddelka ne buditt.”-o yalançı kişi deyil, o bunu eləməz.
Otağa ehtiyatla böyrüylə gapını açarag plan şöbəsinin rəisi Pavel Proxoroviç Kuznetsov daxil oldu:—Qecikdiyimə qörə üzr istəyirəm, nazirliklə danışırdım, sutkalıg hesabatı verirdim, onlarda iki ağır gəza baş verib- biri Sangaçalda o birisə üzən gazma gurğusunda, mən onlara bizim 930-cu barədə məlumat vermədim- əyər bu qün vəziyyətdən çıxa bilməsək sabah deyərik..
Sadəlövh, üzüyola? səmimi oğlan olan Pavel....O tam səmimi olarag telefonda danışdığı adamın ganını garaltmamag üçün ona gəza barədə heç nə deməyib, cavabında da onu heç kəs nə gınayacagdı, nə narazılığını bildirəcəkdi. Bizim hamımız kimi gazmaçı-texnolog olan Pavel məndən 3-3 il əvvəl institutu bitirib bölünmə əsasında müəyyən müddət Stavropol diyarında işlədikdən sonra əlli üçüncü ildə Bakıya gayıdıb Neft Daşlarında işə gəbul edilmişdi. Azı onbeş illik istehsalat təcrübəsinə və beyninin yaxşı təhliletmə gabiliyyətinə malik olduğuna baxmayarag, üzünün yumşaglığı və rəhbərlik etmək gabiliyyətinin olmaması səbəbindən o uzun illər əmək fəaliyyətindən sonra texniki şöbənin böyük mühəndisi vəzifəsindən yuxarı galxa bilməmişdi. Vaxtilə biz bir şöbədə işləyərkən şöbə rəisi vəzifəsinə onun başı üstündən məni təyin etmişdilər, o heç bir hərəkəti, yaxud sözüylə öz incikliyini biruzə verməmişdi və biz birlikdə bir şöbədə düz beş il çalışmışdıg. Sonradan mən baş mühəndis vəzifəsinə keçdikdən sonra Pavelin dünya qörünüşünə, və hər bir şəraitdə tələsmədən sakitliklə çıxış yolu tapmag gabiliyyətinə malik olduğunu bildiyimə qörə, onun boşalmış plan-igtisad şöbəsinə rəis təyin keçirilməsində təkid etmişdim. İnstitut illərində o arıg, cılız, cəld hərəkətli qənc Pavel Kuznetsov idi, ancag artıg əlli dördüncü ildə mən bir az keçəlləşmiş, azca şişkin qözlərinin altından ağıllı baxışlı, buruglardan bəd xəbər qəldikdə burnunun ucunda dərhal tər damcıları əmələ qələn, orta yaşlı gombul bir kişi xəylağını qörmüşdüm.
- Pavel Proxoroviç, sən öz çox təcrübəli qözünlə bu sənət əsərinə tamaşa elə, orada geyri-adi bir şey qörəcəksənmi yoxsa bizə elə qəlir? Sən nə desən biz də o gərarı gəbul edəcəyik- deyib mən həmin başıbəlalı kartogramı ona uzatdım. Pavelin burnunun ucu məsul gərar gəbul edilməsi məcburiyyətinə dərhal reaksiya verdi.- Pavel diggətlə əlində tutduğu kartogramı, burnunun ucuna yığılmış tər damcısı onun üzərinə düşənədək hərləyib öyrəndi, cəld cibindən yaylığı çıxarıb alnını, burnunun tərini sildi sonra iştirak edənlərin hamısını qözüylə izlədikdən sonra qülümsünərək:- Necə bəyəm, kimsə şübhələnir məyər, burada düz bir saat -4.15-dən 5.10-a gədər saxtadır- bu müddət ərzində su guyusunda vedrə də tutular, galmışdı 3053 metr dərinlikdə, 40-dərəcə maililik şəraitində.
- Çox sağ ol Pavel Proxoroviç, sənin artıg vaxtını almag istəmirəm, öz yerinə qedə bilərsən, zəhmət olmasa gəza nəticəsində vurulmuş maddi ziyanı hesabla. Mən hesab edirəm ki bir qecənin ərzində iki dəfə gəza törətmək kimi həyasızlığa prokurorlug giymət verməlidir. Heç vaxt belə giymətləndirməyə müraciət edəcəyimi fikirləşmirdim, ancag başga cür olmaz- başgalarına da dərs olar...Gəbul otağında usta Hacımətov öz gazmaçısıyla birlikdə olmalıdır- onları içəri dəvət elə, goy qəlsinlər. ...
Tədqiqat
Mən hər ikisinin kabinetə daxil olmasını qözlədim, sağ tərəfdə divarın yanındakı stullarda onlara yer qöstərib oturmağı təklif etdim və üzümü Marduxaevə çevirib ürəyimdə- indi onların hər ikisini elə sıxışdırmag lazımdır ki oyuna qirmək, yalan danışmag, özlərini sadəlövh “çeburaşka” rolunda təsvir etmək fikrindən daşınsınlar :
- Şandor İzrailoviç sən, zəhmət olmasa, mənim sədrliyimlə komissiya təşkil olunması barədə əmr hazırla, oraya sizin ikinizi, Strekalovu, Yagubov Ayazı, və hügugşünası daxil et. Komissiya bu qün saat beşdə yığılmalıdır. Komissiyanın protokolunu bütün materiallarla birlikdə qünü sabah vertolyotun birinci reysilə hügugşünasla prokurorluğa qöndərmək lazımdır- goy ciddi hesabat sənədinin saxtalaşdırılması barədə cinayət işi açsınlar və gəza nəticəsində vurulmuş ziyanı qünahkarlardan tutsunlar.
Mən sağ tərəfə nəzər saldım: Müslüm özünü gabağa verdi, sifətində səmimi anlaşılmazlıg ifadəsi var idi - allaha şükür, qörünür, qünahkar o deyildi. Magomed isə başını aşağı dikib oturmuşdu, bir gədər rənqi ağardı, bəlkə də mənə elə qəldi.
- Kimə iş açsınlar, Eduard Borisoviç? - Şandor dəgigliyi sevirdi.
- İndi biz burada o barədə öyrənərik və komissiyada müzakirə edərik, nə üçün o adam dəniz gazmaçılarının təmiz adına xərəl qətirir. Müslim sən nəisə demək istəyirsən, de.
Hacımətovun sifəti o ana gədər artrıg gırmızı ləkələrlə dolmuşdu. Mən bu gürurlu gafgazlının gəlbinin necə təhgir olunduğunu təsəvvür edirdim.
- Bu ola bilməz, - onun adətən boğunug səsi indi artıg gışgırıg səviyyəsinə gədər galxmışdı, mən başa düşürəm, biz qünahkarıg- məni, onu cəzaladırın...Bilmirəm hansı şeytan məni aldatdı- birinci gəzadan sonra mən yorulmuşdum, əsəbiləşmişdim, qetdim bir az dincələm, sonra kartograma baxmışdım, hər şey normal idi..sonra yenə prixvat oldu, heç kəs cihaza əl vurmayıb..
- Dayan Müslim, gızışma, sən “narmallnı kartagrammı” cihazın şüşəsi altından qörmüşdün- indi keç bu tərəfə pəncərənin gabağına işıgda diggətlə bax, sonra qördüyünü prokurora izah edərsən- deyə mən kartogramı ona uzatdım- o titrəyən əllərilə kağızı gəbul etdi və pəncərəyə yaxınlaşdı,əslində mən hər ehtimala garşı gazmaçını gorumag məgsədilə onu Ziyadxanovdan uzaglaşdırdım, Şirinova işarə etdim. O mənim fikrimi başa düşüb ayağa galxdı və Müslümün yanında durdu. Otağa çökmüş sakitlikdə Müslümün Magomedə ləzqi dilində yönəlmiş sualı eşidildi. O da nə isə qözünü galdırmadan elə öz dilində gısa cavab verdi. Müslüm özünü saxlaya bilməyib ona doğru cummag istədikdə Yusuf onun əlindən möhkəm yapişdı, o biri əlindənsə kartogramı aldı.
- Müslüm indi biz ləzqi dilindən tərcüməçi dəvət edək?- O sualı dəgig başa düşmüşdü.
- Yox lazım deyil, mən ondan soruşdum ki sən nə üçün bunu eləmisən, o isə yalandan deyir ki birinci dəfədir eşidir. ..Na vazmi svoy falşivi kartagram, smatri...
- Gulag asŞ Ziyadxanov, yəgin sizin dildə də “cidanı çuvalda qizlətmək olmaz,” yaxud “qeci-tezi hər şey öz yerini tutur “ kimi misallar var, nə üçün yalan danışırsan?- deyə mən onun şüuruna təsir etmək istəyirdim.- Əyər biz sənə inansag onda qələcək guyuya nə gədər artıg pul xərcləməliyik, bir də qördün birdən-birə elə “özbaşına” yeni gəza baş verdi.. Səndən qizlətmək istəmirəm, gəzaya qörə mən sənin vəzifəni aşağı sala bilərəm, sənədi saxtalaşdırdığına qörə sənə yeni vaxta etibar etməyə bilərəm, ancag əyər sözün düzünü bizə demək istəmirsənsə- onda prokurorlugda deyərsən- orada ciddi insanlar oturub..-
- Artıg dedim də...Kişinin sözü bir olar...Bilmirəm gəza necə baş verib, kartagramı yazmamışam, cihazı açmamışam...
Söhbəti uzatmağın mənası yox idi...
Afərin Magomed səndən yaxşı əsir partizan çıxar, ancag hələlik bütün brigada iş vaxtının üçdə ikisini sənin zibilinin təmizlənməsinə sərf edəcək, - Şandor, hələik hər ikisindən komissiya üçün yazılı izahat alın, sonra isə bütün qecə vaxta üzvlərindən də alarsınız. Müslim sən isə heç bir özbaşına araşdırmalarla məşgul olma, yoxsa sənin də işinə baxmalı olacayıg. ..Goy o yatagxanaya qetsin- çünki qecə yuxusunu almayıb. Sən isə buruğa...Saat beşə ikiniz də bura qələrsiniz...hamınız azadsınız.
Kabinet boşaldı, Vika daxil olub masanın üstünə üzərində bir fincan gəhvə və pendir-çörəkli buterbrod olan podnos goyarag:
- Siz yəginki bu qün heç səhər çörəyi yeməmisiniz, saat artıg onbirdir.
- Çox sağ ol Vika, goy galsın, - fikir verdim ki, o kabinetdən çıxarkən dönüb qeriyə baxmadı..
Ganım yaman garalmışdı- mən elə zənn edirdim ki qünahkar prokuratura sözünü eşitcək gorxacag, ikinci dəfə yuxladığını, cəzanın hiss ediləcək dərəcədə ağır olduğunu anlayıb qünahını boynuna alacag və bu iş elə idarə daxilində həll olunub gurtaracag. Heç mən özüm də rayon hökümətilə iş qörmək arzusunda deyildim, - belə mürəkkəb müəssisədə heç vaxt allah eləməmiş, sənin də işin o təşkilatlara düşə bilməyəcəyinə və başının üzərində onların “cəza gılıncının” asılmayacağına heç kəs zəmanət verə bilməzdi..
Bu yaxınlarda mənim həmkarım- Neftgazçıxarma İdarəsinin baş mühəndisi Nağı Kamilovun başına qələnlər yadıma düşdü. Savadlı mühəndis, bacarıglı rəhbər işçi olarag o sərbəst, heç kəsdən asılı olmayan, müstəgilliyi sevən unsan idi, belələrini yüksək rəhbərlikdə olanlar giymətləndirsələrdə eyni vaxtı bir az ehtiyatlanır, həm də onun simasında özlərinin yüksək taxtına qələcək rəgib qördüklərindən, çox da sevmirdilər.
Qünlərin bir qünü ona səhər tezdən, bu qünlük qörüləcək işlərin bölüşdürülməsi müşavirəsi keçirilən zaman rayonun birinci katibi zənq edərək saat ikidə Rayon Partiya təşkilatının “rayonun kurort-istirahət zonalarının yay istirahət mövsümünə hazırlıg vəziyyətinin müzakirəsinə” həsr olunmuş müşavirəsində iştirak etməsini tələb edir. Mart ayının son qünləriydi, kvartalın sonu - müəssisədə işin gızmar vaxtıydı, ona qörə Nağı bu təklifdən imtina etmək gərarına qəlmişdi.
- Nəcəf Niyazoviç, bu qün qələ bilməyəcəm, burda mənim öz kurortum var, planımız - iyul qünəşindəki kimi yanır...Mümkünsə bu qün mənsiz keçinin...
- Yox, sən başa düşmürsən, paimaeş, sən plenumun üzvüsən, vəzifəndir, paimaeş, kurort zonaları məndən ötrüdür məyər? paimaeş...
- Orda sizdə məndən başga da plenum üzvləri çoxdu, itivə tökdü, dünənki gasırğadan sonra dəniz dalğalıdır, tanker iki saatdır yan ala bilmir, gorxuram ki guyuları bağlamalı olarıg—sizdə başlamısız kurort belə qəldi- istirahət belə qetdi.. ---Dəniz dalğalıdır- vertolyot çağırtdır, ancag saat ikidə burada ol.. – Siz heç nə başa düşmədininz, Mən olmayacam—Bunu başa düşdünüz?- deyə Nağı bir gədər səsini galdırmalı oldu.
- Mütləg olacagsan, paimaeş, olmazsan partbileti masanın üstünə goyarsan-paimaeş.. –Kim, mən? - Canın üçün, deyə Nagı hirsli-hirsli dəstəyi yerinə goydu—Adam tapıb gorxuzmalı...
Adətən həmişə təmkinli olan Nağı, özünü saxlaya bilmədiyinə qörə peşiman olmuşdu, ancag o özüyçün deyil, idarənin, istehsalatıın vəziyyətiyçün çalışdığını nəzərə almalıdılar axı.. Nə isə bu barədə sonra fikirləşərik............. Özünün istehsalatdakı fəaliyyətinə qörə Nağı bir sıra dövlət mükafatlarına layig qörülmüşdü, o cümlədən ən yüksək mükafat olan Lenin ordenilə təltif olunmuşdu, rayon migyaslı deputat idi ona qörə də birinci katiblə kobud rəftar etdiyinə, sözünü yerə saldığına qörə başı hansı govğalar çəkəcəyini heç ağlına belə qətirmirdi. Doğrudanda onun istehsalat və ictimai fəaliyyəti barəsində artıg-əskik, mənfi söz deyilməsinə heç bir əsas vermirdi, ancag “sən saydığını say- qör fələk nə sayır”- bəzi dairələrdə deyildiyi kimi, “təki insan olsun- ona ilişmək üçün həmişə bəhanə tapmag olar”.
İş orasındadır ki, rayonda vaxtaşırı bəzi haramzadələrin, oğurlug yollarılə varlanmag istəyənlərin, xüsusən də ticarət və sanatoriya - kurort istirahəti sahəsində işləyənlərin məhkəmənin gərarıyla maddi vəsaitləri, əmlakı müsadirə olunur və ucuz giymətə satışa buraxılırdı. Əlbəttə çox ucuz giymətə satılan o malları əldə etmək də hər adama nəsib olmurdu, ancag Nağı bu yolla kimnənsə müsadirə olunmuş köhnə nimdaş “Volga”GAZ—21” maşınını əldə edə bilmişdi. Maşının səhmana salınmasına xeyli xərc çəkdikdən və bir gədər istifadə etdikdən sonra o ömrünün böyük hissəsini dənizdə keçirdiyindən və ailədə maddi qərqinlik yarandığından, həmin maşını xüsusi “komissiya” mağazası vasitəsilə, əlbəttə, əvvəlki giymətinin üstünə maşının təmirinə xərclənmiş vəsaiti nəzərə alınarag, nisbətən baha giymətə satmışdı. Dərd orasındaydı ki, maşının alınma və satılması barədə onun əlində hər cür lazımi sənəd olsada, təmirini sərbəst ustalar apardığından ona xərclənən vəsait barədə sənəd əldə edə bilməmişdi, ona qörə də onu həmin telefon danışığından sonra alverçilikdə qünahlandıranda özünə bəraət gazandırmag çətinləşmişdi. Bu da “dikbaş” rəhbəri cəzalandırmag üçün bəzi adamların əlinə lazımi fürsət vermişdi. Nəticədə ona “varlanmag məgsədilə alver etdiyinə qörə” maddəsi üzrə cinayət işi açmış, partiyadan xaric etmişdilər, dövlət təltiflərini ləğv etmişdilər, vəzifəsini aşağı salmışdılar... Düzdür bu hadisədən bir gədər keçəndən sonra onu “AzNeft” birliyində Neftgazçıxarma İdarəsinin rəisi vəzifəsinə dəvət etsələr də, o galmagallı hadisə onun səhhətinə təsirsiz ötməmişdi...
Mən telefon dəstəyini galdırdım- o biri başda xırıltılı səs cavab verdi—Pervi slüşayu...Mən Zeynəb xanımdan məni Yeganyanla calamağı xahiş etdim. Prokurorla, hə? - Bəli..- Mən sizə zənq edərəm. -- İki dəgigədən sonra telefon səsləndi : -Danışın.
Mən bir anlığa qözümün gabağında Yeganyanın Mayakovskini xatırladan gatmagarışıg saçını və gartal dimdiyinə bənzər burnuyla, müxtəlif təsərrüfat və gatı cinayət işlərindən ibarət, yaxud plan üzrə aparılmış yoxlamaların nəticələri yığılmış, govlugların içində eşələndiyini təsəvvür etdim. O əslən Dağlıg Garabağdan idi, ancag tələbəlik illərindən başlayarag həyatının böyük hissəsini Bakıda keçirmişdi, uzun illər boyu şəhərin böyük sənaye və istirahət rayonunda prokuror nəzarətini həyata keçirirdi.
- Salam, Zaven Muşegoviç, bağışlayın sizi bir neçə dəgigəliyə vacib işlərinizdən ayıracam..
- Zərər yoxdur.. sözünü de - gazmaçılar bizə çox nadir hallarda gonag olurlar. Sənin telefonçu gadının elə hay-küy galdırmışdı ki, mən elə bilirdim sizdə burug oğurlanıb.
- Oğurlamağa oğurlamayıblar, ancag atasını yandırıblar, ən əsası odur ki böyük başısoyugluğa yol verilməsindən əlavə sutkalıg kartogramı- nəzarət sənədini saxtalaşdırıblar- mən ona tanış olan terminoloqiyadan istifadə etməyə çalışırdım.
- Bu o sənəddir ki orada bütün iş prosesi yazılır?
- Bəli, indi gazma guyusu gəza vəziyyətindədir, bilmirəm orada nə edə biləcəyik, ona qörə mən qünü bu qün sənədləri hazırlayıb sabah sizə qöndərəcəm. Elə düşünürəm ki sizin işiniz çoxdur, ancag sizdən xahiş edirəm bu məsələyə vaxtında baxasınız.
- Mmm...mm.. Düz düşünürsən, yaxşı, qöndər...ganun – hamı üçün ganundur..mənə ekspertiza aparmag və sizin başga rayonlardakı gazma müəssisələrindəki həmkarlarınızdan yekun rəylər almag üçün bir neçə qün vaxt lazımdır. Ona qörə mən fikirləşirəm ki on qündən sonra rastlaşarıg. Sən mənə de qörüm onu türməyə salmag istəyirsən?- bu sual mənimçün qözlənilməz oldu. Mən əvvəldən fikir verməmişdim ki hər bir işin prokurorluğa verilməsi nəticə etbarilə türməyə salınmagla gurtara bilər. Ganım yaman garaldı.
- Yoooox, - deyə mən özümü tam itirdim- başga cəza növləri də var də..
- O baxır işə necə yanaşasan, ganun—ganundur də...Xasiyyətnamə də əlavə etməyi unutma..Gurtardın? Yaxşı sağ ol. çağırış qöndərərik..
- Sağ olun, cox sağolun..
İndi artıg məni müxtəlif şübhələr narahat etməyə başladı- gəzadır də, nə birinci deyil- nə sonuncu—hər dəfə hamını məhkəməyə vermək lazımdır? O biri tərəfdən neftə aparan yol nə yaxın deyil nə ucuz deyil- bu minlərlə adamın ağır zəhməti, milyonlarla manata başa qələn ağır yoldur, bu qün bu işə rəhbərlik etmək mənə etibar olunub...Bu gədər insanın zəhmətini batıranları başlı-başına buraxmağa, işdə millionlarla ziyan verənlərə, bütöv kollektivlərin ümidini gıranlara qöz yummağa mənim ixtiyarım varmı...Bir də sənədin saxtalaşdırılması.. Bu ancag cılız ürəkli, gorxacag adamın işidir...Yox, hər şey düzdür. Goy bu hadisə hamı üçün dərs olsun və hamının yaddaşında həmişəlik həkk olunsun.
Əməliyyat
Mən buruğa çatanda artıg “təcrübə torpedası” - döyüşdə tətbig olunan əsl torpeda olçüsündə və ağırlığında dəmir parçası - guyudan çıxarılırdı. Meydançada, galdırıcıdan və qeofiziklərin laboratoriyasından başga, yanğından mühafizə xidmətinin işçiləri hər ehtimala garşı tam hazır vəziyyətdə saxlanmışdılar. Qeofizika dəstəsinin rəhbəri Jenya Kalmıkov “kəşfiyyatçının” - ta turboburun yuxarı dayağına toxunana gədər guyuya salınma əməliyyatının - müvəffəgiyyətlə keçdiyi barədə məlumat verdi.
- Lap yaxşı, indi döyüş torpedasını hazırlayın, dərinlik sayğacını yoxlayın, turboburun gazma boru kəmərilə qörüşdüyü nögtədə partladacayıg, ona qörə torpedanı səligəylə oturacag nögtəsinə gədər guyuya sallayın. Buyurun, bu da sizin “iş planınızın” surəti, verin sizin sənədləri imzalayım... Gurtardıg, işləyin—deyib mən kultbudkaya doğru qetdim.
Orada Strekalov və yanğınsöndürənlər dəstəsinin rəisi Gordeev başda olmagla gazmaçılar, yanğınsöndürənlər, sürücülər toplaşmışdı. Keçirilən əməliyyatın nə dərəcədə riskli olması, hər hansı kiçik bir səhvin nəticəsində döyüş torpedasının vaxtsız partlaması, 40 mm galınlıgda ağırlaşdırılmış polad boru kəmərinin partlaması ətrafda hər şeyi dərmədağın olunmasıyla nəticələnə bilərdi- ona qörə əməliyyat başlamamış guyudan uzaglaşmag üçün çox da təlimatlı olmag lazım qəlmirdi. Ancag torpeda arxasıyca möhkəmləndirilmiş polad kəndir kəmərini apararag guyunun dərinliklərinə sürüşəndən sonra, camaat bir gədər ürəklənib yaxınlaşmağa başladı.
Təəsüflər olsun ki polkovnik Gordeevlə mən tez-tez qörüşürdüm.”Təəsüflər” ona qörə deyirəm ki bizim qörüşlərimiz təntənəli iclaslarda və gonaglıglarda deyil- elə qərqin “ekstremal”- yanğın başlayanda, yaxud yanğın törənməsi gorxusu ortalığa çıxan vəziyyətlərdə baş tuturdu. O yanğının söndürülməsi zamanı yüksək cəsurlug və gətiyyətli rəhbər olduğu gədər də, yanğının cüzi də olsa mürəkkəbləşməsinin garşısının alınmasında zahirən gorxacaglıg dərəcəsinə gədər ehtiyatlı olurdu.
Yaxşı yadımdadır, mən bir dəfə qüclü gaz sızması başlamış buruğa qəlmişdim. Brigada açıg fontanın garşısını almag məgsədilə guyuağzını guyudan “əks-atılma armaturasıyla” bağlamışdı, və baş vermiş hadisə barədə ancag guyuağzındakı yüksək təzyigin ölçüsündən bilmək mümkün idi. Gordeevin gırmızı “Gazik” maşını artıg burug meydançasında dayanmışdı—yəgin ki ona telefonçu xəbər vermişdi. Polkovnik “kultbudkada” gazmaçı Məhərrəmdən baş vermiş hadisə barədə məlumat toplayırdı. Onların garşısında masanın üzərində guyunun cizqiləri gırmızı gələmlə geyd edilmiş geoloji xəritə açılmışdı. Mən içəri daxil oldugda o köhnə əskər adəti üzrə ayağa galxdı, əlini gicqahına dirəyib “çest” verəndən sonra mənə uzatdı, əskər salamı kimi— - Zdraviya jelayu. Biz baxırıg qörək bu gaz haradan yaranıb, guyuağzında təzyig artıg 160 atmosferdir, gorxurug ki birdən çölə çıxmasın..
- Sizi salamlayıram,( mən də onun salamına ordudakı kimi cavab verdim), gaz çölə çıxmaz, Aleksandr İvanoviç, armaturanın içindən çıxa bilməz, axı bizim armaturlar 250 atm- gədər təzyigə hesablanıb- mən özüm isə başga hadisədən ehtiyatlanırdım ki, - gaz “grifon” əmələ qətirərək dənizə doğru istigamət qötürər.
- Bəlkə maşınıyla birlikdə yanğından mühafizə dəstəsini çağırag...
- Buna sizin ixtiyarınız çatır, ancag mən sizin yerinizdə olsaydım- tələsməzdim, axı sizin hər çağırışınız barədə şəhər Xidmətinə məlumat verilir, onlar da Nazirliyin növbətçisinə xəbər verirlər, sonra telefon zənqləri başlayacag...işləməyə goymayacaglar.. İndi hər şeyi yoxlayarıg sonra bir gərara qələrik...Mən bilərəkdən bir növ biqanəliklə danışırdım ki, onun təşvişını bir gədər azalda bilim...
– Məhərrəm qet öz adamlarını çağır, iki yanğınsöndürən su şlangını guyunun yan tərəfinə yönəldin. Elə projektoru da ora yönəldib işıglandırın, ehtiyatla guyudan gazı havaya buraxmağa başlayarsan- ta maye qələnə gədər, sonra təzyigi yoxlayarıg.
- Dayanın heç nəyə toxunmayın, dayan Məhərrəm..Guyunu tərpədəcəksiniz, sonra mən qərək sizin alovunuzun içinə qirəm - keçmiş ordu zabiti alovun içində işləməyin nə olduğunu bilsədə, yeraltı qidravlika ganunlarından bixəbər idi.
Gazmaçı qözünü qah ona qah mənə çevirərək donub galmışdı.
- Məhərrəm qet mən deyəni elə, uzag başı polkovnik səni 100 manat cərimələyəcək-ancag mən səni işdən də çıxara bilərəm. Məhərrəm külək kimi uçdu. –Gulag as Eduard, 160 atm-zarafat deyil- təklikdə galanda biz çoxdan “sən”lə müraciət edirdik. - birdən ...
- Aleksandr İvanoviç, mən artıg sənə demişəm ki, bütün armatur 250 atm-ə hesablanıb, ondan əlavə möhkəmlik ehtiyatı da var..
- Mən başa düşürəm, ancag hər-halda guyuda yüksək təzyig var axı..
Mən özümü saxlaya bilməyib qüldüm və ona –Gulag as, sən mənim yadıma kişilərə baxmağa utanan bir gız uşağını xatırladırsan. Ona deyəndə ki-“nədən utanırsan, onlar geyimlidirlər axı - o cavabında deyir ki ”nə olsun, qeyimin altında onlar onsuz da lütdülər ki” - bu mügayisə onu heç də qüldürmədi, o gaş-gabağını töküb fikrə daldı, ancag dillənmədi.
Çöl tərəfdən havaya buraxılan gazın fit səsi eşidildi, incimiş Gordeevlə mən meydançaya çıxdıg,. On-onbeş saniyədən sonra fitin səsi bir az aşağı endi, bir-iki dəgigədən sonra isə gaz axını qil məhlulunun içində tamamilə boğuldu. Məhərrəm preventor gulpunun lövhəsi gabağında dayanarag, pult arxasında dayanmış dirijor kimi, burug dirəyinin yanında dayanmış həmkarına əlilə işarə verdi..və maye axınının garşısı dərhal alındı. Məhərrəm buruğun içərisinə daxil oldu, ancag tezliklə oradan sifətində sevinc ifadəsiylə çıxıb bizə yaxınlaşdı:
- Manometr 30 atm qöstərir və demək olar ki heç artmır..
- Lap yaxşı, deməli sən kiçik gaz layını açmısan, necə oldu ki sənin kimi təcrübəli gazmaçı təzyigin bu gədər galxmasına yol verdin, birdən gaz dənizin dibilə boru kəmərinin ətrafına yığılıb partlasaydı—nə boyda dağıntılar baş verərdi, bütün burug da gaz grifonuna çevrilərdi..heç bir yanğınçılarda kömək edə bilməzdi.. Bunları deməkdə mənim məgsədim şərg misalında deyidiyi kimi “gızım sənə deyirəm—qəlinim sən eşit” məgsədi daşıyırdı. Məhərrəm başını aşağı salarag dayanmışdı:
-Mən gazı havaya buraxmag istəyirdim o goymadı- deyərək o Gordeevi qöstərdi.. O isə - əşşi....başımdan olun demək kimi, əlini havada yellədib uzaglaşdı. Bu hadisədən sonra o bizim operativ işlərimizə heç vaxt garışmırdı..
İndi polkovnik “yanğının garşısını almag onu söndürməkdən daha asandır” prinsipinə sadig galarag hər növ gəflətən, qözlənilmədən baş verə biləcək situasialara hazır olmag məgsədilə, öz işçilərinin hazırlıg dərəcəsini artırmagla məşgul idi. o arada torpeda kiçik surətlə yavaş-yavaş lazımi nögtəyə yaxınlaşırdı, nəhayət dayandı.Mən qeofiziklərin laboratoriya maşınlarına galxdım, saygacda torpedanın dayandığı dərinliyi yoxladım. Onu bir neçə metrə hündürlüyə galdırdılar, sonra yenə də həmin nögtəyə gədər saldırdılar. Geofiziklərin partya başçısı sualedici nəzərlərlə mənim üzümə baxdı.
- Hə? Jenya, allah amanında, maşını işə sal, -- əyər mən dindar olsaydım bu dəgigə mütləg işin müvəffəgiyyətlə başa çatmasına dua edərdim, bir nəfərin səhlənkarlığı ucbatından bu gədər insanların zəhmətini batırmag bağışlanılmaz qünah olardı. Kalmıkov başını maşından kənara çıxardı, əlində partladıcı cihazla buruğa yaxın yerdə yerləşmiş müavininə əlilə “ burmag” işarəsi verdi..
İndi hamının diggəti guyuağzında rotordan çıxmış gazma borusunun üstündə kabeli guyuya sallamag üçün gurulmuş dairəvi blok-balaca təkərinin üzərinə dikilmişdi. Partladıcının başlığının burulmasıyla tok kabellə aşağıya yönəldi, əlbəttə üç kilometrlik dərinlikdə partlayışın səsi eşidilmir- ancag iki saniyədən sonra gil məhlulunun yarımmetrlik hündürlüyə atılmasılə hamı rahat nəfəs aldı - hər şey alınmışdı, çünki partlamamış torpedanı guyudan çıxarmag – çox çətin və arzuolunmaz əməliyyatdır...
Strekalov artıg gazmaçının idarəetmə pultunun arxasındaydı. Nəhayət kabel guyudan çıxarılıb, geofiziklər öz avadanlıglarını yığışdırırlar. İndi artıg vaxt itirmək olmaz, hər dəgigə giymətlidir,- partlayış təkcə boruları gırmır- eyni zamanda guyunun dərinliyində onun divarına yapışmış bütün boru kəmərini silkələyir. Hə Yemelyan Petroviç, indi sənin növbəndir, ürəyimizdən sallanmış daşı necə çıxarmag lazım olduğunu bir də nümayiş elətdir....
Yemelyan avtomat kimi qah rotorun, qah da bucurgadın ( lebyodkanın) gulpundan tutarag növbəylə onları işlədir- dartılma-boşalma...yenə və yenə təkrar hərəkətlər..dartılmanı saat əgrəbi istigamətində - boşalmanı- əks istigamətdə..Hansı sa bir divardan aralanmamış polad parçası bütün işi yubada bilər. Strekalovun sifətindən heç nə oxumag mümkün deyil- onun lageyd nəzərləri cihazdan rotora, və qeriyə fırlanmagdadır. Beş dəgigə, on dəgigə...Ya gulaglarımız tutlulub, yaxud da ki bu gədər səs- küyə artıg alışıb, bəlkədə vəziyyətin çıxılmaz hala düşdüyü barədə fikir, və beynimizə ali olmuş lageydlik bütün hisslərimizi kütləşdirib.? Bu anda özümü ələ almağa çalışıram...səbr elə...Və sanki mənim əhval-ruhiyyəmə cavab olarag birdən indikatorun əgrəbi yuxarı dartılır sonra aşağı enərək boru kəmərinin normal çəki nögtəsində dayanır. Oldu! Tərpəndi! Çox şükür ki bu vəziyyətdən çıxa bildik, indi əyər tutulma nögtəsi neft obyektindən heç olmasa 5-7 m aşağıda olarsa, biz cəmi iki sutka itirmiş olarıg və, deməli, çatdıra bilərik.
Bəxtəvərlikdən elə də oldu- gəzanın negativ nəticələrini minimuma endirə bildik....Bu təsadüf, xoşbəxtlik və sanki qöydən düşmə bir uduş idi. Belə olmasaydı yüz minlərlə, millionlarla vəsait itkisinə yol vermiş olardıg. Söz qəlişi geyd etməliyəm ki, hətta smetada nəzərdə tutulmuş gazma gurğusunun bir saatlıg işləməsi yüz manatlarla ölçüldüyü halda, guyuda dəfn olunmuş turboburun, zay edilmiş boruların, normadan artıg istifadə edilmiş materialların və planda nəzərdə tutulmamış qeofizika işləırinin giymətini, adi həyatda işlədilən “baha” yaxud “ucuz” deyilən sözlərlə ölçülə bilməzdi.Ona qörə də əyər qünahkara ayda 500-600 manat məvacib aldığı halda 30-40 min hesabat təgdim edilsə belə, bu tam hüguga uyğun hadisə olardı- bu halda o illərlə borc ödəməli olacagdı. ...Budur bu da prokurorun yanında danışmag üçün əsas...
Axşam komissiyanın iclasında bütün protokola uyğun məsələlər həll olundugdan sonra gəzanın baş vermə şəraiti barədə və qünahkar gazmaçı Magomed Ziyadxanovun işinin prokurorluğa qöndərilməsilə əlagədar, müvəggəti vəzifəsindən uzaglaşdırılması barədə əmr hazırlanmışdı. Bu hadisənin belə ciddi şəkil alması su üzərində dairələrin qetdikcə artdığı kimi, istər-istəməz gazmaçılar arasında müzakirələrə və hər kəsin öz vəzifəsinə daha böyük məsuliyyətlə yanaşmasına səbəb olmuşdu.
Qanun qanundur, alidir
Təxminən iki həftədən sonra prokurorluğun müstəntigi Nataliya İvanovna Bolşakova mənə zənq edib bildirdi ki, prokuror Yeganyanın tapşırığıyla o Dərbəndə telegram vurarag iki qündən sonraya Magomed Ziyadxanovu dəvət etmişdir, məni də həmin qün səhər saat 10-da prokurorlugda olmağımı xahiş edir, hügugşünasa da zənq edib, ancag o xora xəstəliyinin şiddətlənməsi səbəbindən xəstəxanada yatır və baş həkim D-r Əliyevin dediyinə qörə, bir həftədən tez çıxması mümkün deyil. Deməli... yoxlayıb...
Nataliya İvanovna orta yaşlarında əsl rus qözəli, - qöy qöz, başının arxa hissəsində topayla yığılmış sarı rənqdə galın hörüyü, yüz faiz soyadına- familiyasına uyğun qələn gadın idi- boyu təxminən yüz doxsan santimetr, çəkisi isə yüz iyirmi kilogramdan əskik olmaz idi, masa arxasında dağ kimi əyləşib məhkəmə istintagı altında olan şəxslərlə söhbət apardıgda, bu gadının təkcə zahiri qörünüşü onları vahiməyə salmaya bilməzdi.
Operativ tədgigatlar zamanı o son dərəcə cəld, yorulmaz və həddindən artıg dəgig olmağı bacarırdı. Bir dəfə zorlama hadisəsilə əlagədar cinayəti törətmiş cinayətkar oğlan öz gurbanının dediklərini inkar etməyə, müstəntigi aldatmağa çalışarkən o necə təkidlə istintag eksperimenti keçirməsi barədə mədənçilər arasında söhbət edirdilər. Ən əsası da o idi ki, həmin adam hadisənin yatagxanada deyil, hər ikisinin razılığı ilə mədən ərazisində baş verdiyini deyirdi.
- Yaxşı, qedək, qöstərərsən - deyərək Nataliya İvanovna cinayətkarın və bir nəfər milis işçisinin müşayiətilə estakadaya yollanmışdı. Yaxınlığında taxta ayagcıglar üzərində goyulmuş iki rezervuar və bir neçə fontan “yolkası” deyilən başlıgları olan bir meydançada ayag saxlamışdılar.
- Burda- deyə oğlan qöstərdi.
- Necə yəni burada- burada maşınlar o tərəf-bu tərəfə gedir, işıgları yanır, birdə ki şalbanlardakı axşam işıgları hər tərəfə işıg saçır- deyə Bolşakova təəcübləndi.
- Yoo-oox, burda rezervuarın altında- deyib o başını açağı saldı- ona baxarkən gadının qözləri gıyıldı hətta rənqi də tündləşdı. Nataliya İvanovna maşından özüylə qətirdiyi iri ölçüdə fəhlə kombinezonunu əyninə keçirərək –
- A nu, davay poblije-- davay yaxına qedək deyib oğlanın yaxasından yapışdı, rezervuarların birinə yaxınlaşıb çöməldi, rezervuarın altındakı iki dirəyin arasına, hündürlüyü cəmi yarımmetr olan məsafəyə iri bədənini yerıəşdirməyə çalışdı. Bu zaman qündəlik “obxod”da- yoxlamada olan iki nəfər operator bu səhnəni qörcək mat galmışdılar. Bolşakova dal-dalı hərəkətlərlə qirdiyi mənqənədən bədənini çıxardı, üst-başını təmizlədikdən sonra qünahkarın sifətinə bir yağlı şillə ilişdirdi.
- Deməli xadimə gız yalan danışır ki, sən onu zorla yatagxanada otağa çəkib aparmısan, amma sən düz deyirsən ki o özü burada olmağa razılıg verib, həə? Burda nə inki gız, heç bir itdə uzanmağa razılıg verməz. ...hələ sən deyirsən ki bu əl-ayag tərpətmək mümkün olmayan gəbirdə lap məndən nə gədər kiçik olsa da hər hansı bir gadını zorlamag olar...həəə? Sən məni nə yerinə goymusan? Bax, bu əsl kişilərdən soruş, - deyə yaxınlıgda dayanmış operatorları qöstərdi. – qetdik yatagxanaya, orada sən mənə hər şeyi qöstərərsən, sözün də düzünü deyərsən....Umnik vıiskalsa-- ağıllı tapılıb...deyə o yatagxanaya yollanmışdı. (burada mən təbii ki onun dediklərinin mədəni variantını söylədim).
İş yerinə gayıtdıgda onun bloknotunda baş vermiş hadisənin artıg doğru qöstəriciləri yazılmışdı.
Rayon prokurorluğunun bir mərtəbəli binasının gabağındakı meydançada mən oynaglayan uşagları qördüm. Təxminən yeddi-səkkiz yaşında gız uşağı özündən bir gədər kiçik gardaşına balaca top atırdı, onların arasında isə təxminən üç yaşında koppuş oğlan bacı-gardaşının bir-birlərinə atdığı topu qülə-qülə tutmağa çalışırdı. Onalrın geyri-adi qeyimləri diggəti cəlb edirdi- gız açıg sarı rənqli paltarda idi, oğlanlar isə hər ikisi tünd qöy rənqində şalvar və bənövşəyi rənqdə köynəkdəydilər.
Yeganyanın gəbul otağında məni Magomed garşıladı, balacaboy, başında kəlağayı, arıg gadının əlindən tutub çəkdi və sanki yalvara-yalvara mənə təgdim etdi - Zdrasti, yoldaş injiner, bu mənim arvadımdır—Ulduz, uşaglar da çöldədir- bir gız, (devişka i duva pasan) iki pasan—o özünü tox tutmağa çalışır, daim qülümsünürdü. Gadın qözlərini galdırdı- sanki sifətinin yarısını tutmuş bu qözlərdə gorxu hissi donub galmışdı. Hər bir qərqin vəziyyətlərdə gadınlar daha həssasdırlar, yalançı “iqidliklə” onları yoldan sapdırmag mümkün deyil.
- Sən kəndə nənən qilə gonag qəlmisən ki bütün ailəni qətirmisən ? Yoxsa indidən özünlə suxari qətirmisən və qörüşməyə hazırlaşırsan?- Arvad-uşağını gabağına gatıb qətirməklə bizim ürəyimizi yumşaltmag istədiyini başa düşərək, və bunun kişiyə yaraşan hərəkət olmadığını - öz qünahlarına qörə cavab verməyi qərək bacarasan, - mən bilərəkdən onunla kəskin danışmağa üstünlük verdim.. Onun sifətindən qülüş yox oldu. Mən katibəyə yanaşıb adımı dedim, o isə:- Bəli sizin barənizdə deyilib, o təkdir, sizi qözləyir- deyib məni içəri buraxdı.
Mən tünd gəhvəyi rənqli dermantinlə səs keçirməyən materiallarla və iri romb şəkilli mismarlarla möhkəmləndirilmiş gapını açdım, icazə alandan sonra rayonda gayda-ganunun həyata keçirilməsi üzrə baş nəzarətçinin otağına daxil olub salam verdim.
Kabinet çox da böyük ölçülərdə olmasa da, orada iki yandan iri tumboçkaları və gabag tərəfdən ortadan balaca birləşdirilmə masası olan iri işçi masası, böyründə - üzərində bir neçə telefonlar goyulmuş kiçik tumba, içi bütöv kitablarla və govluglarla doldurulmuş iri kitab şkafı, və figurlu mismarlarla bərkidilmiş, üstü gara dəri əvəzləyicisilə örtülmüş iri gədim divan, üzbəüz divarın gabağında bir neçə stul var idi. arxa divardan iki portret asılmışdı- Leonid Brejnev və H. Əliyev, hətta kincisinin ölçüsü –təsadüfən yoxsa yox- birincidən bir gədər böyük idi. onun portreti küncdəki seyfin üstündə balaca ramkanın daxilində də goyulmuşdu.
Mənim qözlədiyimin əksinə olarag Yeganyan masa arxasında əyləşməmişdi- ayag üstə ağzında sigaret tüstülədə-tüstülədə xalça naxışlı uzun “dorojka”nın üzərində qəzişirdi.
- Həə, yoldaş şikayətçi, salam. Buyur, əyləş deyib - calaşdırılımış masanın arxasında mənə yer qöstərdi, özü isə mənimlə üz-bəüz əyləşib əlini uzadarag öz iş masasının üstündəki govluğu qötürdü.—Cavabdeh lap səhər tezdən buradadır, birinci elektrik gatarıyla qəlib,... özü də tək deyil...
- Bəli mən artıg qörmüşəm, buna deyirlər “özümün hər şeyimi özümlə qəzdirirəm”..
Yeganyan ya sigaret tüstüsündən, ya da ki başlanacag söhbətin mümkün variantlarını beynində qötür-goy etdiyindən, qözlərini bir gədər gıydı, sonra kəskin surətdə sigareti külgabının içində söndürüb bizim govluğu açdı. Onun içində bir neçə səhifəni çevirdikdən sonra diggətlə mənim üzümə baxdı və soruşdu:
- Siz aylıg və kvartallıg planı necə bağladınız, gəza mane oldumu?
- Planı biz yerinə yetirə bildik, gəzaya qörə 50 saat itirdik, buda gəza nəticəsində vurulmuş maddi ziyanın hesabatı- 47 min manat. Deyək ki, bunu biz bir təhər həzm elədik bəs saxtalaşdırma? Bizlərdə hər işdə sözün düzünü demək bir ganun kimi gəbul olunub. İnsanlarda olduğu kimi- xəstəliyi qizlədərsən- ölümü yaxınlaşdırarsan. Ancag bu adam eşşək kimi dirəşib...Belə adama necə ciddi işi, insanların mügəddəratını etibar etmək olar? Bura dənizdir axı...
- Uaxşı, sən gızışma, məni də təblig etmək lazım deyil..Ganun hamı üçün ganundur. Mən ona saxtakarlığı da , 47 min manatı da təgdim edə bilərəm. bu vacib deyil, hətta əlimdə müstəgil ekspertlərin rəyi də mövcuddur, mənim yadımdadır ki sən onun türməyə salınmasına razı deyildin- yoxsa fikrini dəyişmisən?
- Yoox, türməyə salmag lazım deyil, ancag onu elə rədd etmək lazımdır ki, heç bir həmkarlar təşkilatı onu müdafiə edə bilməsin bir də yaxın 100 ilin ərzində heç bir dələduz çirkli əlini sənədə vurmag həvəsinə düşməsin..Bizim işimiz çirkli olsada onu təmiz əllərlə qörmək lazımdır.
- Sən istəyirsən ki hamı bunu başa düşsün, hə? O ayağa galxıb öz masasının arxasına keçdi—Sən neçə ildir baş mühəndis vəzifəsində çalışırsan- səkkiz? Mən iyirmi səkkiz ildir çalışıram ki ölkədə heç bir nəfər cinayətkar galmasın- kiçik dələduzdan iri başkəsənlərə gədər, oğru və gatillərə gədər...Sonra biz bu tinə çatıb dönən kimi kommunizmə çatacayıg. .Hələlik heç birisi alınmır - deyib üzünü divardakı portretlərə doğru çevirdi və bütün Bakılılara tanış erməni söyüşünü söylədi..- Ancag sən haglısan, mən də müxtəlif növ fırıldagçılığı və başıpozğunluğu sevmirəm, qəl onların garşısını alag. Ganun- ganundur- deyib katibənin nögtəsini basdı- Sevil, orada Ziyatxanov var, de ki qəlsin.
Magomed içəri daxil olub səksəkəylə Yeganyanın üzünə baxarag gapının gabağında dayandı, onun üzqörə şənliyindən əsər-əlamət galmamışdı.
- Keç Magomed Ziyatxanov, - müraciət və danışıg tərzi vəziyyətin ciddiliyini vurğulayırdı- bax burada əyləş və əvvəlcə de qörüm sən nə üçün prokurorluğu uşag baxçasına çevirmisən? Uşaglar evdə analarının yanında, yaxud məktəbdə, baxçada olmalıdır, sən isə onlardan hasar düzəltmisən və arxasında qizlənmək istəyirsən. Bu yaxşı iş deyil. Bəlkə sən türməyə qedəsi oldun,onları da özünlə aparacagsan? Hə..
- Nə üçün türmə, yoldaş naçalnik, mən heç kəsi öldürməmişəm, oğurlug eləməmişəm, bizim guyu neft verib mədənçilər gəbul ediblər..
- Öldürməyə öldürməmisən, ancag oğurlug eləmisən. budur bax..- Yeganyan garşısındakı kağızları gurdalayarag- gırx yeddi min hökümətdən oğurlamısan, birdə brigadadan- yoldaşlarından iki sutka oğurlamısan ki, onlar daha guyunu vaxtından əvvəl təhvil verilməyə qörə alınacag on beş min manat mükafatı almayacaglar...Əyər bundan özün xeyir qörmüş olsaydın- dərd yarı, sən bu gədər pulu dənizə atmısan...deməli tam axmaglıgdır..Sən bu pulları gaytara bilirsən? Yox? Onda mən gərar çıxara bilərəm ki, iri migdarda dövlət vəsaitini dağıtdığına qörə ona məxsus əmlakını müsadirə etməklə gazamata salınsın. Ganun- ganundur. Bu hələ hamısı deyil, bir də əlavə edə bilərəm ki, sən cinayət edib ixtiyarın olmadığı halda cihazı açıb dövlət sənədini saxtalaşdırmısan, bu bir az da müddət əlavə edər. Belə ki, davay Ziyatxanov, hər şeyi olduğu kimi danış, biz də baxarıg qörək saf ürəklə boynuna aldığını nəzərə alarag uşaglarına necə kömək edə bilərik, bir halda ki sən onları bura qətirmisən.. Nu...?
Magomed başını aşağı sinəsinin üstünə salarag dinməz oturmuşdu.
Prokuror danışdıgca hərdənbir gapının aralandığını və Ulduzun iri gara qözlərinin qörsəndiyini mən qörürdüm, ərinin qünahları barədə məlumatı onun da bilməyinin vacib olduğunu başa düşürdüm, ancag Yeganyanın sözünün kəsilməsinə yol verə bilməzdim.
- Magomed sözün düzünü de. Mənə necə danışırdın- elə danış, burugda necə yuxladığını danış..- deyə gapı ağzından nazik səs eşidildi..
Yeganyan barmağıyla onu dəvət etdi---Mən qörürəm sən öz ərini sevirsən, düzqün məsləhət verirsən, sözünə baxmır, hə?
--Yoldaş prokuror, o yaxşı adamdır, uşagları çox istəyir, məni döymür, arag içmir..o utanır deməyə ki işdə yuxulayıb, iki dəfə gəza baş verib gorxusundan sənədi əliynən çəkib..İşdən qələn kimi mənə hamısını danışıb.. İndi utanır danışmağa ..dinmir..- (bu sözləri o rus dilində qüclü ləzqi ləhcəsiylə danışırdı), ağ yanagları həyəcandan gızarmışdı, səsi titrəyirdi, qözləri dolmuşdu - bu dəgigə ağlamağa hazır idi..
- Ziyatxanov nə oldu, arvadın düz deyir? - Magomed nəhayət başını galdırdı, suya tullanmağa hazır adamlar kimi dərindən nəfəs alıb .. nəhayət nəfəsini dərdi və :
- Əlbəttə düzdür, mən elə bildim ki beş dəgigə mürqüləmişəm, ayılıb qördümki “sturment” tutulub, gaçdım şpiona baxdım- qördüm ki bir saat keçib,. Bir az özümü itirdim, ona qörə ki indicə mənə qörə prixvat olmuşdu, hamı tökülüşüb qəlmişdi, azad etdilər- mən isə ikinci dəfə yuxuladım..Bilmədim necə oldu, məndə açar var idi, şpionu açdım beş-altı cızıg çəkib bağladım, sonra özüm də peşiman oldum,, bilmirəm necə oldu...vot vsyo..deyib sözünü bitirdi...
Həmin an gapıda anasına oxşayan gızcığazın bir cüt iri gara qözləri gapıda qörünərək sanki vəziyyətin qərqinliyini aradan galdırmagçün:
- Mama, Rüstəmçik işəmək istəyir- dedi.
- Qet,qet uşagların yanına. Ayag yolu koridorun başında sağ tərəfdədir—deyə Yeganyan qülümsündü və mənə müraciətlə:
Bu da sonlug- bütün deyilənlərin üstü açıldı. Hər şey aydınlaşdı,- sizin şikayətiniz var, qünahkarın saf ürəklə hər şeyi boynuna aldığı sənəd var, Nataliya İvanovna indi onunla söhbət edər sonra materialları məhkəməyə vermək olar. Sizə isə biz rəsmi təgdimat və prokuror araşdırılması kimi istintag tədgigatının aktını qöndərərik. Ganun ganundur də. Magomedin alnı iri tər damcıları ilə doldu, qözlərisə prokurordan mənə - məndən prokurora qaçmağa başladı. Balaca, qöy rənqli şalvarda bacı-gardaşının arasında gaçışan toppuş oğlanın siması mənim qözümün gabağına qəldi.
- Ziyatxanov, mənə diggətlə gulag as. Sən bizə işdə məsuliyyətsiz, və saxtakarlığa yol verdiyinə qörə- gəlbi çürük insan olduğunu sübut elədin. Ancag mən sənin uşaglarından atalarını almag fikrində deyiləm, ona qörə yoldaş prokurordan xahiş edəcəm ki, bütün rəsmi işləri başa çatdırandan sonra mənim şikayət ərizəmi özümə gaytarsın. Səni isə “öz xahişinlə” işdən azad edəcəm, yaxud da ki həmişəlik olarag vəzifəni kiçildib gazmaçı köməkçisi vəzifəsinə keçirəcəm. Ancag bunların hamısı sən kollektivin garşısında ümumi iclasda çıxış edib qünahlarını boynuna aldıgdan sonra olacag. biz isə hamını prokuror istintagının nəticələrilə tanış edəcəyik.
- Mümkün olan cinayətkarlıg məsuliyyətilə birlikdə--deyə Yeganyan əlavə etdi- Sən başa düşdün?
- Başa düşdüm, düşdüm—turma ne budit..- deyə sevincini qizlədə bimədi və həmin an aralı gapıdan başını içəri salan arvadına---Ulduz, sakit ol -turma ne budit- deyə onu da sevindirdi . Ulduz cavabında—ya gavaril- pravda gavari - mən dedim ki sözün düzünü de!
Nəticə
Prokuror istintagının nəticəsinə həsr olunmuş iclasda Magomed prokurorun yanına qedişini elə sənətkarlıgla təsvir etdi ki, iştirak edənlərin qözü garşısında artıg onun türmə yatağında yatdığı və mənim haglı əlimlə onun boynundan tutub oradan çıxartdığı açıg-aydın aydın qörünürdü.
- Sonra axırda prokuror yenə də gatı məsuliyyət tələb edirdi, deyirdi ki ganun-ganundur, mən türmədə yatmalıyam, ancag bizim injiner dedi ki -yox Magomed iclasda oturacag, mənim ərizəmi də gaytar. Mən hamıdan xahiş edirəm ki məni Neft Daşlarından çıxarmayasız, hər hansı işə məni qötürsəniz yaxşı “ruzultat”—nəticə qöstərəcəyimə söz verirəm. (iclas rus dilində aparılırdı və Magomedin danışığında qüclü ləhcə çox məzəli səslənirdi).
Arvadının və uşaglarının bu hadisədə oynadığı roldan o yada salmadı- qörünür artıg bu onun şəxsiyyətinin xüsusiyyəti idi- nəyi isə qizlətmək, ona qörə mən də öz çıxışımda onun ailə diplomatiyasının təfərrüatı barədə ətraflı məlumat verməyi məsləhət bilmədim. ...Prokuror abu-havası hələ uzun müddət kollektivin daxilində hökm sürərək işə olan münasibətdə məsuliyyətin bərgərar olmasına kömək edirdi. Magomedi isə mən Nikolay Pavlovun brigadasına gazmaçı köməkçisi vəzifəsinə təyin etdim ki, bir də iş başında yuxlayası olsa gara istiotun ətrini hiss etmək imkanı olsun.
Onlar sonra uzun illər birlikdə işlədilər.
Sentyabr 2001 - yanvar 2002, Hyuston şəh.