"Azər Tağıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 32: | Sətir 32: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 15 aprel 1948-ci il tarixdə Nuxada (indiki | + | 15 aprel 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. |
===Təhsili=== | ===Təhsili=== |
19:06, 24 aprel 2021 versiyası
Azər Tağıyev | |
---|---|
Tağıyev Azər Cabir oğlu | |
Azər Tağıyev. | |
Anadan olub | 25 aprel 1948 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 30 aprel 2018 (70 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Atası | Cabir Tağıyev |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşələri | hüquqşünas, vəkil |
İxtisası | hüquqşünas |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1976–1983) |
Fəaliyyət illəri | 1974–1918 |
Mükafatları |
Azər Tağıyev (1948–2018) — tanınmış hüquqşünas, peşəkar vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü. 1989–1991-ci illərdə SSRİ vəkillər İttifaqının katibi, 2004–2017-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olmuşdur.
Haqqında məlumatlar
15 aprel 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Nuxa Fəhlə-Gənclər Məktəbini bitirib.
1976 – 1983-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Hərbi xidmət
1973 – 1974-cü illərdə Sovet ordusunda hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1963-cü ildən Nuxa Təmir-Tikinti İdarəsində fəhlə işləyib.
1969-cu ildən Azərbaycan SSR Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisədə,
1971-ci ildən Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda işləyib.
1974-cü ildən Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında vəkil işləyib; o cümlədən,
1980-cü ildən həmin məsləhətxananın müdiri olub.
Müxtəlif təşkilat və komissiyalarda üzvlüyü
1974-cü ildən Azərbaycan SSR/Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, o cümlədən,
1980-ci ildən Rəyasət Heyətinin üzvü,
1987-ci ildən Rəyasət Heyətinin sədr müavini,
1995-сi ildən Rəyasət Heyətinin sədri olub.
1989 – 1991-ci illərdə SSRİ vəkillər İttifaqının katibi olub.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olub. Həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq İslahatı Komissiyasının və Qara dəniz İttifaqı Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Beynəlxalq Vəkillər Birliyinin Ali Şurasının da üzvü idi.
2004-cü ildən yeni təsis olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olub; 2017-ci ildə səhhəti ilə bağlı olaraq sədr vəzifəsindən istefa verib.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı (2008).
Vəfatı
30 aprel 2018-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Tağıyev Azər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 531 – 533. — 1.000 nüsx.
- "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri, vəkil Azər Tağıyevin vəfatı ilə bağlı nekroloq". https://barassociation.az/ (azərb.). Azərbaycan Respublikası Vəkillər Kollegiyasını. 3 May 2018 – 15 Aug 2020 tarixində arxivləşdirilib.