"Vahid Qəniyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 32: | Sətir 32: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Vahid Qəniyev''' — Şəki şəhərinin və Şəki rayonunun sabiq meri; 1971–1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, 1975–1991-ci illərdə | + | '''Vahid Qəniyev''' — Şəki şəhərinin və Şəki rayonunun sabiq meri; 1971–1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, 1975–1991-ci illərdə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985–1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
18:08, 25 aprel 2021 versiyası
Vahid Qəniyev | |
---|---|
Qəniyev Vahid Hüseyn oğlu | |
Vahid Qəniyev, 2019-cu il. | |
Anadan olub | 26 aprel 1929 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, hidromeliorasiya fakültəsi (1948–1953) |
Mükafatları |
Vahid Qəniyev — Şəki şəhərinin və Şəki rayonunun sabiq meri; 1971–1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, 1975–1991-ci illərdə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985–1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Haqqında məlumatlar
26 aprel 1929-cu il tarixdə Nuxada anadan olub.
Təhsili
1947-ci ildə Nuxa M.Qorki adına 10 №-li orta məktəbi bitirib.
1948 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1953-cü ildə Nuxa Suvarma Sistemləri İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonrakı illərdə həmin idarənin baş mühəndisi olub.
1965-ci ilin əvvəllərində bir müddət Qax Suvarma Sistemləri İdarəsinin rəisi,
1965-ci ilin ilin iyul ayından 1971-ci ilin mart ayınadək isə Nuxa/Şəki Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyib.
1971-ci ilin mart ayından Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,
1975-ci ilin aprel ayından isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub və 1991-ci ilədək həmin vəzifədə çalışıb.
1992-ci ildə Şəki-İsmayıllı zonası İstismar İstehsalat birliyinin rəisi vəzifəsinə təyin edilib.
2005-ci ilin dekabr ayında Əyriçay SAİİ-nin rəisi vəsifəsində əmək fəaliyyətini tamamlayıb.
İctimai-iyasi fəaliyyəti
1958-ci ildən Sov.İKP üzvü,
1971, 1976, 1981, 1986-cı illərdə Azərbaycan KP-nın XXVIII, XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi,
1985 – 1990-cı illərdə XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1990-cı ildə 330 nömrəli Şəki rayon Cəfərabad seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülüb, lakin seçilməyib.
Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədridir.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni.
- “Şərəf Nişanı” ordeni, 2 dəfə.
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970).
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları.
- Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı, anadan olmasının 90 illiyi münasibəti ilə (26 aprel 2019)[1].
İstinadlar
- ↑ "Şəkidə Ağsaqqallar Şurasının rayon təşkilatının sədrinin yubileyi qeyd olunub". http://sheki-ih.gov.az (azərb.). www.sheki-ih.gov.az. 2019-04-27. 22 Dec 2019 – 20 Feb 2020 tarixində arxivləşdirilib.
Ədəbiyyat
- Vahid Hüseyn oğlu QƏNİYEV (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960). — Səh. 2.