"Pərvin Muradova-Dilbazi" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
| Fəxri ad = | | Fəxri ad = | ||
| Şəkil = Pərvin Muradova-Dilbazi2.jpg | | Şəkil = Pərvin Muradova-Dilbazi2.jpg | ||
− | | Şəklin izahı = | + | | Şəklin izahı = Pərvin Muradova-Dilbazi |
| Şəklin ölçüsü = 240 | | Şəklin ölçüsü = 240 | ||
| Fəaliyyəti = | | Fəaliyyəti = |
19:04, 2 aprel 2020 versiyası
Pərvin Muradova-Dilbazi – azərbaycanlı kompozitor, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi[1][2].
Haqqında məlumatları
1954-cü ildə Bakı şəhərində anadan olub.
1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb.
1972 – 1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib.
.
1977 – 1981-ci illərdə indiki Sumqayıt Musiqi Məktəbində fortopianodan dərs deyib.
1981 – 1990-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləyib.
1990-cı ildə ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb.
1994 – 1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb.
1995-ci ildə “Muradov Piano Studio” təsis edib. Bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib.
1996 – 1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib (müəllimlərin ali attestasiya müsabiqəsindən yüksək balla keçdiyindən ABŞ-ın hər yerində müəllim işləmək hüququ əldə etmişdir).
2013-cü ildə Florida Texnologiya Universitetinə dəvət olunub və orada fortepiano kafedrasını yaradıb.
2018-ci ildə atası Cövdət Hacıyevin yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlmiş, o cümlədən ata yurdu Şəkini də ziyarət etmişdir[3].
Xeyriyyəçilik fəaliyyəti
ABŞ-ın bir sıra ştatlarında, o cümlədən, İsveç, İspaniya, Almaniya, İngiltərə və Avstriyada xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib.
2017-ci ildə “Musiqi, Təhsil və Autizm Fondu”nu təsis edib. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinin həyata keçirib. 2018-ci ildə Nyu-Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert verib.
Xeyriyyə işlərinə görə adı 1999-2000-ci illər üzrə ABŞ-da dərc olunmuş məşhur “Kim kimdir?” kitabına salınıb.
Ailəsi
- Atası – Cövdət Hacıyev, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
- Anası - Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti
Evlidir, 2 övladı var.
İstinadlar
- ↑ Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub (“Mədəniyyət” qəzeti)
- ↑ Cövdət Hacıyevlə Əminə Dilbazinin ABŞ-da yaşayan canlı əsəri - Pərvin Muradova- Dilbazi (Modern.az)
- ↑ Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi ata yurdunu - Şəkini, ziyarət etdi, tələbələrlə görüşdü ("İpəkçi" qəzeti)