Cövdət Hacıyev
Cövdət Hacıyev | |
---|---|
Hacıyev Əhmədcövdət İsmayıl oğlu | |
![]() | |
Cövdət Hacıyev, 1962-ci il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyun 1917 |
Doğum yeri |
Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, ![]() |
Vəfat tarixi | 18 yanvar 2002 (84 yaşında) |
Vəfat yeri |
Bakı, ![]() |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı |
![]() |
Peşəsi | bəstəkar |
Uşaqları | İsmayıl Hacıyev, Pərvin Muradova-Dilbazi |
|
|
Üslub | simfoniya, opera |
Musiqi aləti | skripka |
Fəaliyyət illəri | 1935 – 2002 |
Təhsili |
L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyası (1935 – 1938) P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası (1938 – 1941; 1946 – 1947) |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Cövdət Hacıyev (1917 – 2002) — görkəmli sovet və Azərbaycan bəstəkarı, ikiqat “Stalin” mükafatı laureatı, Azərbaycan SSR xalq artisti, Azərbaycan musiqi simfoniyasının banilərindən biri, professor. 1957 – 1969-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasın rektoru olmuşdur.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
18 iyun 1917-ci il tarixdə Nuxada anadan olub.
Təhsili[redaktə | əsas redaktə]
1935 – 1938-ci illərdə L.M.Rudolf adına Azərbaycan Dövlət Konservatoriyasında,
1938 – 1941-ci və 1946 – 1947-ci illərdə isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb[1].
Əmək fəaliyyəti[redaktə | əsas redaktə]
1947-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957 – 1969-cu illərdə isə konservatoriyanın rektoru olub.
Yaradıcı fəaliyyəti[redaktə | əsas redaktə]
Hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı simli kvartet və sair əsərlərini bəstələmişdir.
Səkkiz simfoniyanın müəllifidir; “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. “Onu zaman seçib” adlı səkkizinci simfoniyası isə Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.
Bir sıra simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün əsərlərin də müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir.
Mükafatları[redaktə | əsas redaktə]
- İkinci dərəcəli “Stalin” mükafatı (1946) — 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı «Vətən» operasına görə (1945);
- Üçüncü dərəcəli “Stalin” mükafatı (1952) — «Sülh uğrunda!» simfonik poemasına görə (1951);
- “Azərbaycan SSR əməkdar incəsənət cadimi” fəxri adı (1958);
- “Qırmızı Əmək Bayrağı” ordeni (1959);
- “Azərbaycan SSR Xalq Artisti” fəxri adı (1960);
- “Şərəf nişanı” ordeni (1961);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı (1972) – uzun illər səmərəli işlədiyinə görə və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının yaradılmasının 50 illiyi ilə əlaqədar olaraq;
- “Lenin” ordeni (1986);
- medallar;
- Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü (1997) – Azərbaycan xalqı qarşısında böyük xidmətlərinə görə.
Vəfatı[redaktə | əsas redaktə]
18 yanvar 2002-ci il tarixdə – 84 yaşında, Bakıda vəfat edib.
Ailəsi[redaktə | əsas redaktə]
- Həyat yoldaşı: Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti;
- Oğlu: İsmayıl Hacıyev, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor;
- Qızı: Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru.
Xatirəsi[redaktə | əsas redaktə]

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].
Filmoqrafiya[redaktə | əsas redaktə]
İstinadlar və qeydlər[redaktə | əsas redaktə]
- ↑ 1941-ci ildə Almaniyanın SSR-yə hücum etməsi nəticəsində Moskva Dövlət Konservatoriyasında təhsilini yalnız müharibədən sonra davam etdirə bilib, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib
- ↑ president.az (07.02.2017). ""Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli, 2657 nömrəli Sərəncamı" (azərb.). e-qanun.az. İstifadə tarixi: 2018-09-30.
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış alimlər
- 18 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1917-ci ildə doğulanlar
- 18 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Stalin mükafatı laureatları
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə