"Əmanət Abbasova" səhifəsinin versiyaları arasındakı fərqlər
(dd) |
|||
Sətir 35: | Sətir 35: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Əmanət Abbasova''' (1953 – 2019) — sovet dövründə [[Şəki İpək kombinatı|Şəki İpək kombinatının]] əmək qabaqcılı olmuş tanınmış toxucu | + | '''Əmanət Abbasova''' (1953 – 2019) — sovet dövründə [[Şəki İpək kombinatı|Şəki İpək kombinatının]] əmək qabaqcılı olmuş tanınmış toxucu fəhləsi; [[Azərbaycan SSR Dövlət mükafatı]] və [[Azərbaycan SSR Lenin komsomolu mükafatı]] laureatı. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dörd dəfə Azərbaycan {{KP MK}}-nın üzvü seçilmişdir. |
== Haqqında məlumatlar == | == Haqqında məlumatlar == |
16:54, 7 may 2021 versiyası
Əmanət Abbasova | |
---|---|
Abbasova Əmanət Əsabəli qızı | |
Əmanət Abbasova, 1975-ci il. | |
Anadan olub | 18 iyun 1953 |
Anadan olduğu yer | Kiş, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 8 may 2019 (65 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Dəfn yeri | Kiş, Şəki rayonu, Azərbaycan |
Təhsili |
Bakı Ali Partiya Məktəbi (1985 – 1987) Şəki Texnologiya Texnikumu ( – 1987) |
Mükafatları |
|
Əmanət Abbasova (1953 – 2019) — sovet dövründə Şəki İpək kombinatının əmək qabaqcılı olmuş tanınmış toxucu fəhləsi; Azərbaycan SSR Dövlət mükafatı və Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dörd dəfə Azərbaycan KP MK-nın üzvü seçilmişdir.
Haqqında məlumatlar
18 iyun 1953-ci il tarixdə Nuxa rayonunun Kiş kəndində anadan olub.
1965 – 1967-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatı nəzdindəki Fabrik-Zavod Şagirdliyi məktəbində (sonrakı 69 №-li peşə-texniki məktəbi) peşə təhsili alıb.
1972-ci ildə axşam məktəbində orta təhsilini tamamlayıb.
1985 – 1987-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
1987-ci ildə Şəki Texnologiya Texnikumunu bitirib.
Əmək fəaliyyəti
1967-ci ildən – 14 yaşından, V.İ.Lenin adına Nuxa İpək Kombinatının toxucu istehsalatında toxucu peşəsində əmək fəaliyyətinə başlayıb.
1999-cu ildən əmək təqaüdünə çıxıb.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1973);
- Azərbaycan SSR Dövlət mükafatı (1974);
- Azərbaycan SSR Lenin komsomolu mükafatı (1975);
- “Lenin” ordeni (1977).
Siyasi fəaliyyəti
1972-ci ildən Sov.İKP üzvü olub.
1976, 1981, 1986 və 1990-cı illərdə Azərbaycan KP MK-nın üzvü seçilib.
Dəfələrlə Azərbaycan KP Şəki şəhər partiya komitəsinin plenum üzvü seçilib.
İctimai fəaliyyəti
1975-ci ildə 144 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən IX çağırış Azərbaycan SSR Ali Sovetinin,
1980-cu ildə isə 166 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Bir neçə dəfə Şəki şəhər sovetinin deputatı olub.
Vəfatı
8 may 2019-cu il tarixdə – 65 yaşında, Bakıda vəfat edib.
9 may 2019-cu il tarixdə anadan olduğu Kiş kəndində dəfn edilib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Abbasova Əmanət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 23 – 24. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1953-cü ildə doğulanlar
- 18 iyunda doğulanlar
- İyunda doğulanlar
- 8 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2019-cu ildə vəfat edənlər
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatları
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Lenin ordeninin kavalerləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr