"Əfsər Abdullayev" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Ailəsi) |
|||
Sətir 71: | Sətir 71: | ||
===Ailəsi=== | ===Ailəsi=== | ||
*''Həyat yoldaşı'': '''Abdullayeva Lətifə Mustafa qızı''' (1949 – 1962-ci illərdə), '''Abdullayeva Firuzə Məmməd qızı''' (1962-ci ildən sonra). | *''Həyat yoldaşı'': '''Abdullayeva Lətifə Mustafa qızı''' (1949 – 1962-ci illərdə), '''Abdullayeva Firuzə Məmməd qızı''' (1962-ci ildən sonra). | ||
− | *''Övladları'': Vaqif, Nəzakət, Rafiq, Nazim, Sevda, Azər. | + | *''Övladları'': Vaqif, Nəzakət, [[Rafiq Abdullayev|Rafiq]], Nazim, Sevda, Azər. |
==Həmçinin, bax:== | ==Həmçinin, bax:== |
22:25, 7 may 2021 versiyası
Əfsər Abdullayev | |
---|---|
Abdullayev Əfsər Məmməd oğlu | |
Əfsər Abdullayev, 2000-ci il | |
Anadan olub | 17 dekabr 1926 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 6 may 2010 (83 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
Nuxa İkiillik Müəllimlər İnstitutu (1943–1945); Azərbaycan Dövlət Universiteti, (1948–1953) |
Əfsər Abdullayev (1926–2010) — sovet dövründə Şəkidə ticarətin və mühasibat uçotunun təşkili sahəsində məsul vəzifələr tutmuş şəxs; Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.
Haqqında məlumatlar
17 dekabr 1926-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
1933 – 1943-cü illərdə Nuxa şəhər 12 №-li orta məktəbində,
1943 – 1945-ci illərdə isə Nuxa İkiillik Müəllimlər İnstitutunda,
1948 – 1953-cü illərdə Azərbaycan Dövlət Universitetində (qiyabi, mühasibat uçotu ixtisası üzrə) təhsil alıb.
Əmək fəaliyyəti
1945 – 1953-cü illərdə Nuxa rayonunun kənd məktəblərində və şəhər 11 №-li orta məktəbində coğrafiya fənnini tədris edib.
1953 – 1960-cı illərdə Nuxa rayonunun Baltalı, Aşağı Küngüt, Çapağan və Baş Zəyzid kəndlərindəki kolxozlarda mühasib və baş mühasib vəzifələrində çalışıb.
1960 – 1968-ci illərdə Nuxa rayon Kooperativlər İttifaqının İdarə heyətinin sədri olub.
1968 – 1977-ci illərdə Qışlaq kənd İstehlak cəmiyyətinin və Şəki rayon İctimai İaşə Birliyinin direktoru olub.
1977 – 2002-ci illərdə Şəki rayon “Aqrar-sənaye Birliyi”/“Aqrokombinat” da mühasib, təftişçi-mühasib və təftiş-nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.
2002-ci ildə təqaüdə çıxıb.
İctimai fəaliyyəti
Nuxa/Şəki Rayon Xalq Deputatları Sovetinin deputatı olub. Yeni Azərbaycan Partiyası Şəki təşkilatının yaradıcılarından biridir, vəfatına qədər keçirilən YAP-ın qurultaylarının və Şəki təşkilatının bütün konfranslarının nümayəndəsi olub.
Mükafatları
- “Azərittifaq”ın, “Sentrosoyuz”un və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanları;
- “Əla ticarətçi” döş nişanı (1966).
Vəfatı
6 may 2010-cu il tarixdə – 83 yaşında, Şəkidə vəfat edib.
Ailəsi
- Həyat yoldaşı: Abdullayeva Lətifə Mustafa qızı (1949 – 1962-ci illərdə), Abdullayeva Firuzə Məmməd qızı (1962-ci ildən sonra).
- Övladları: Vaqif, Nəzakət, Rafiq, Nazim, Sevda, Azər.
Həmçinin, bax:
(“El ağsaqqalı – Əfsər Abdullayev” televiziya filmi. ARB Şəki, yanvar-2017-ci il.)
Ədəbiyyat
- Qafar Cəfəroğlu, Əfsər kişi – şəkililərin inandığı və güvəndiyi insan. Miras (elmi-kütləvi jurnal). Mart, 2012.