Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Əfsər Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əfsər Abdullayev
Abdullayev Əfsər Məmməd oğlu
Əfsər Abdullayev
Əfsər Abdullayev, 2000-ci il
Doğum tarixi 17 dekabr 1926(1926-12-17)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 6 may 2010 (83 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Nuxa İkiillik Müəllimlər İnstitutu (1943–1945);

Azərbaycan Dövlət Universiteti, (1948–1953)

Əfsər Abdullayev (1926–2010) — sovet dövründə Şəkidə ticarətin və mühasibat uçotunun təşkili sahəsində məsul vəzifələr tutmuş şəxs; Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

17 dekabr 1926-cı il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1933 – 1943-cü illərdə Nuxa şəhər 12 №-li orta məktəbində,

1943 – 1945-ci illərdə isə Nuxa İkiillik Müəllimlər İnstitutunda,

1948 – 1953-cü illərdə Azərbaycan Dövlət Universitetində (qiyabi, mühasibat uçotu ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1945 – 1953-cü illərdə Nuxa rayonunun kənd məktəblərində və şəhər 11 №-li orta məktəbində coğrafiya fənnini tədris edib.

1953 – 1960-cı illərdə Nuxa rayonunun Baltalı, Aşağı Küngüt, ÇapağanBaş Zəyzid kəndlərindəki kolxozlarda mühasib və baş mühasib vəzifələrində çalışıb.

1960 – 1968-ci illərdə Nuxa rayon Kooperativlər İttifaqının İdarə heyətinin sədri olub.

1968 – 1977-ci illərdə Qışlaq kənd İstehlak cəmiyyətinin və Şəki rayon İctimai İaşə Birliyinin direktoru olub.

1977 – 2002-ci illərdə Şəki rayon “Aqrar-sənaye Birliyi”/“Aqrokombinat” da mühasib, təftişçi-mühasib və təftiş-nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2002-ci ildə təqaüdə çıxıb.

İctimai fəaliyyəti[redaktə | HTML redaktə]

Nuxa/Şəki Rayon Xalq Deputatları Sovetinin deputatı olub. Yeni Azərbaycan Partiyası Şəki təşkilatının yaradıcılarından biridir, vəfatına qədər keçirilən YAP-ın qurultaylarının və Şəki təşkilatının bütün konfranslarının nümayəndəsi olub.

Mükafatları[redaktə | HTML redaktə]

  • “Azərittifaq”ın, “Sentrosoyuz”un və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanları;
  • “Əla ticarətçi” döş nişanı (1966).

Vəfatı[redaktə | HTML redaktə]

6 may 2010-cu il tarixdə – 83 yaşında, Şəkidə vəfat edib.

Ailəsi[redaktə | HTML redaktə]

  • Həyat yoldaşı: Abdullayeva Lətifə Mustafa qızı (1949 – 1962-ci illərdə), Abdullayeva Firuzə Məmməd qızı (1962-ci ildən sonra).
  • Övladları: Vaqif, Nəzakət, Rafiq, Nazim, Sevda, Azər.

Həmçinin, bax:[redaktə | HTML redaktə]

(“El ağsaqqalı – Əfsər Abdullayev” televiziya filmi. ARB Şəki, yanvar-2017-ci il.)

Ədəbiyyat[redaktə | HTML redaktə]

  • Qafar Cəfəroğlu, Əfsər kişi – şəkililərin inandığı və güvəndiyi insan. Miras (elmi-kütləvi jurnal). Mart, 2012.