"Əbdüləli bəy Əmircanov" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Vəfatı) |
|||
Sətir 34: | Sətir 34: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | (18) 30 may | + | (18) 30 may 1874-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. |
===Təhsili=== | ===Təhsili=== |
21:11, 29 may 2021 versiyası
Əbdüləli bəy Əmircanov | |||||||
---|---|---|---|---|---|---|---|
Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu | |||||||
Əbdüləli bəy Əmircanov. | |||||||
|
|||||||
Sələfi | vəzifə təsis edilib | ||||||
Xələfi | Məmmədhəsən Hacınski | ||||||
Doğum tarixi | (18) 30 may 1874 | ||||||
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 1948 | (74 yaşında)||||||
Vəfat yeri | İstanbul, Türkiyə | ||||||
Atası | Şirləli bəy Əmircanov | ||||||
Anası | Fatma xanım (Mustafa ağa Şəkixanovun qızı) | ||||||
Həyat yoldaşı | Səltənət xanım | ||||||
Uşaqları | Valiyə, Məryəm, Murad, Fuad | ||||||
Təhsili | Aleksandrovsk Müəllimlər İnstitutu (–1888, Tiflis) |
Əbdüləli bəy Əmircanov (1874–1948) — Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü; həmçinin, cümhuriyyətin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət edib.
Haqqında məlumatlar
(18) 30 may 1874-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1876 – 1883-cü illərdə Nuxa şəhər məktəbində təhsil alıb.
1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1888-ci ildən Nuxa şəhər məktəbində müəllim işləyib.
XIX əsrin axırlarında Lənkərana köçüb və orada müəllim işləyib.
XX əsrin əvvəllərində Bakıya köçmüş və rus-tatar məktəblərində dərs deyib; həmçinin, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışıb, “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin və “Nəşri-Maarif” cəmiyyətinin işlərində yaxından iştirak edib.
1918-ci ilin 17 iyunundan 6 oktyabrına qədər – Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri vəzifəsini tutub.
1918-ci ilin 6 oktyabrdan – 7 dekabrına qədər Dövlət Müfəttişi vəzifəsində çalışıb.
İctimai-siyasi fəaliyyəti
XIX əsrin axırlarında Lənkəranda yaşayarkən o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862 – 1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdir.
1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olub və mart-aprel aylarında daşnak-bolşeviklər tərəfindən həyata keçirilmiş müsəlman qətliamının qarşısını almağa çalışan ziyalılardan biri idi.
1918-ci ilin dekabrın 7-də fəaliyyətə başlamış Azərbaycan Cümhuriyyətinin parlamentində bitərəflər qrupunun üzvü olub.
1919-cu ildə Behbud xan Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri qurmaq üçün Bakıda “Dəyanət” şirkəti yaradıb.
1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.
Digər
1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbud xan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.
Vəfatı
1948-ci ildə – 74 yaşında, İstanbulda vəfat edib. İstanbuldakı Fəriköy məzarlığında – ailəvi qəbirdə, dəfn olunub.
Ailəsi
Atası: Şirləli bəy Əliəşrəf bəy oğlu Əmircanov (1847-1922) quberniya katibi(ru) mülki məmur rütbəsinə malik idi və və bir sıra məsul vəzifələrdə işləmişdir.
Anası: Fatma xanım, Mustafa ağa Şəkixanovun qızı.
XIX əsrin axırlarında Lənkəranda yaşayarkən ailə qurub. Murad və Fuad adlı oğulları, Valiyə və Məryəm adlı qızları olub. Valiyənin qızı Alev Ebuzziya-Siesbye bədii keramika sahəsində dünyada tanınmış rəssam və dizaynerdir.
Ədəbiyyat
- Mərdanov M, Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).. — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 455-463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
Aidiyyəti linklər
- Yaqublu N. Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov (azərb.) // 525-ci qəzet : qəzet. — Bakı, 1918. — В. 18 oktyabr. — № 182. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2018 - 3 Nov 2018.
- ƏMİRCANOV Əbdülәli bәy Şirәli bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. ?. — ISBN 978-9952-441-13-0.
- Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.