"Çingiz Mustafayev" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Ölümü) |
|||
Sətir 54: | Sətir 54: | ||
[[Şəkil:Chingiz mezar.jpeg|thumb|Çingiz Mustafayevin Bakıdakı Şəhidlər Xiyabanında məzarı]] | [[Şəkil:Chingiz mezar.jpeg|thumb|Çingiz Mustafayevin Bakıdakı Şəhidlər Xiyabanında məzarı]] | ||
− | 15 iyun 1992-ci il tarixdə Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan ( | + | 15 iyun 1992-ci il tarixdə Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və 31 yaşında halak olmuşdur. |
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. | Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. |
14:59, 14 iyun 2021 versiyası
Çingiz Mustafayev | |
---|---|
Mustafayev Çingiz Fuad oğlu | |
Çingiz Mustafayev. | |
Anadan olub | 29 avqust 1960 |
Anadan olduğu yer | Kapustin-Yar, Axtyubinsk rayonu, Həştərxan vilayəti RSFSR, SSRİ |
Vəfat edib | 15 iyun 1992 (31 yaşında) |
Vəfat etdiyi yer | Naxçivanik, Xocalı rayonu, Azərbaycan |
Vəfat səbəbi | Qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsi |
Dəfn yeri | Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan |
Uşağı | Fuad Mustafazadə |
Atası | Fuad Mustafayev |
Anası | Naxış Mustafayeva |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1977–1983) |
Mükafatları | |
Commonsda da Çingiz Mustafayev ilə əlaqəli mediafayllar var |
Çingiz Mustafayev (1960–1992) — tanınmış mülki və hərbi jurnalist, Azərbaycan Dövlət Televiziyasının reportyoru; Dağlıq Qarabağdakı müharibə səhnələrini, o cümlədən Xocalı qətliamından az sonrakı hadisələri işıqlandırması ilə yadda qalıb. Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və həlak olmuşdur. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Haqqında məlumatlar
29 avqust 1960-cı il tarixdə Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində, hərbçi ailəsində anadan olub.
1964-cü ildə ailəliklə Bakıya köçüblər.
Təhsili
1977-ci ildə Bakı şəhərindəki 167 saylı orta məktəbi bitirib.
1977 – 1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1983 – 1986-cı illərdə Dəvəçi rayonunda,
1986-cı ildən İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında həkim işləyib.
1991-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.
Reportyor fəaliyyəti
1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri həvəskar reportyor kimi lentə alıb. Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları başlandıqdan sonra isə öz karyerasını tam olaraq hərbi jurnalistikaya həsr edib. Onun reportajları Azərbaycanın müharibə əməliyyatlarına məruz qalan regionlarında öz yaxınlarının taleyi barədə məlumat almaq istəyən sadə camaat üçün ən etibarlı və dürüst məlumat mənbəyinə çevrildi. Çingiz Mustafayev öz kiçik heyəti ilə birlikdə cəbhə bölgələrinə səfərlər edir və bu bölgələrdə real vəziyyət barədə birbaşa olaraq dəyəri olmayan məlumatlar yayırdı. Məhz bu video və foto materiallar sayəsində dünya münaqişənin həqiqi xarakterini öyrəndi və Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı qəddarlıqlarının şahidinə çevrildi. Çingizin reportajları Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında və erməni nəzarətində olan media strukturları tərəfindən qərəzli məlumatların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır.
Ölümü
15 iyun 1992-ci il tarixdə Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və 31 yaşında halak olmuşdur.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Ailəsi
- Atası: Fuad Mustafayev (d. 16 avqust 1927-ci il, Bakı – ö. 8 aprel 2019-cu il, Bakı, Bakı) Leninqrad Dövlət Hərbi Akademiyasının məzunu idi, 1958 – 1964-cü illərdə hərbi qulluqda olmuş, daha sonra Bakıya qayıtmış, Bakıda müxtəlif mülki vəzifələrdə işləmişdir.
- Anası: Naxış Mustafayeva (d. 18 yanvar 1940-cı il, Nuxa – ö. 19 Fevral 2015, Bakı).
- Həyat yoldaşı: Rəfiqə Mustafayeva.
- Oğlu: Fuad Mustafazadə (d. 1991).
Xatirəsi
Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, “Palmali” şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.
2010-cu ildə ABŞ-ın CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb. Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub.
2011-ci ildə Almaniyada 3 min nüsxə ilə Çingiz Mustafayevin təsviri olan poçt markası buraxılıb.
2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.