"Ramazan Qafarlı" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 42: Sətir 42:
 
* [http://www.anl.az/down/meqale/zaman/zaman_fevral2009/70065.htm Ramazan Qafarlı - Bəxtiyar Vahabzadəni “çətin addım” atmağa nə vadar etdi? (2). Zaman.- 2009.- 21-23 fevral.- S. 11.]
 
* [http://www.anl.az/down/meqale/zaman/zaman_fevral2009/70065.htm Ramazan Qafarlı - Bəxtiyar Vahabzadəni “çətin addım” atmağa nə vadar etdi? (2). Zaman.- 2009.- 21-23 fevral.- S. 11.]
 
* [http://www.anl.az/down/meqale/xalqqazeti/2013/mart/300224.htm Ramazan Qafarlı: NOVRUZ – yaranış, oyanış və yeniləşmə bayramı. Xalq qəzeti.- 2013.- 20 mart.- S. 5.]
 
* [http://www.anl.az/down/meqale/xalqqazeti/2013/mart/300224.htm Ramazan Qafarlı: NOVRUZ – yaranış, oyanış və yeniləşmə bayramı. Xalq qəzeti.- 2013.- 20 mart.- S. 5.]
 
=== Video ===
 
* [http://www.youtube.com/watch?v=QSP9-Kg_KT8 Ramazan Qafarlı GunAzTv-də "Türk elləri" verilişində, I hissə] sayt [http://www.youtube.com YouTube]
 
* [http://www.youtube.com/watch?v=9Jl6CTRqRjg Ramazan Qafarlı GunAzTv-də "Türk elləri" verilişində, II hissə] sayt [http://www.youtube.com YouTube]
 
* [http://www.youtube.com/watch?v=Wq16Cl9A9A8 Ramazan Qafarlı GunAzTv-də "Türk elləri" verilişində, III hissə] sayt [http://www.youtube.com YouTube]
 
 
[[Kateqoriya:Azərbaycan alimləri]]
 
[[Kateqoriya:Azərbaycanlı alimlər]]
 
[[Kateqoriya:Azərbaycan folklorşünasları]]
 
[[Kateqoriya:Azərbaycanlı folklorşünaslar‎]]
 
[[Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları]]
 
[[Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar]]
 
[[Kateqoriya:Şəkidə doğulanlar]]
 
  
 
==Ədəbiyyat==
 
==Ədəbiyyat==

01:29, 16 iyun 2021 versiyası

Ramazan Qafarlı
Ramazan Qafarlı
Anadan olub 17 iyun 1951(1951-06-17)
Anadan olduğu yer Nuxa

Ramazan Oruc oğlu Qafarlı — folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor.

Həyatı

Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olub. Atası Oruc kişi dabbaq idi. O, bu qədim peşəni övladlarına ötürməklə davam etdirmək niyyətində idi. Lakin sovet rejiminin sərt və qeyri-insani qanunları ona mane oldu. Fəaliyyətini xüsusi mülkiyətçilik hesab edib xalq sənətkarını bir neçə dəfə həbs etdilər. Oruc kişi peşəsini yaşada bilmədi. Müharibədə yaralanandan sonra uzun müddət xəstə yatdı və 1956-cı ildə vəfat etdi. Böyük külfəti dolandırmaq həyat yoldaşı Zərifə Məhəmməd qızının üzərinə düşdü.

Ramazan Qafarlı beşinci sinfə qədər Şəki şəherində yerləşən 7 saylı orta məktəbdə oxumuşdur. 1961-ci ildə ailəsi Bakı şəhərinə köçmüş və o, orta təhsilini burada, 39 saylı orta məktəbdə başa çatdırmışdır. O, 1974-cü ildə N.Tusi adına ADPU-nun filologiya fakültəsini bitirdikdən sonra Elmi şuranın qərarı ilə həmin ali məktəbdə saxlanıldı. Estoniyada ordu siralarında qulluq edib bir müddət seçkili orqanlarda (əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) çalışdı. R.Qafarlı 1977-ci ildə ali məktəbi tərk edir və bir neçə il Rusiyada (Nikolayev, Xerson, Volqoqrad, Həştərxan, Kazan, Riqa və Leninqrad şəhərlərində) iş icraçısı vəzifəsini yerinə yetirir. 1981-ci ildə Bakışəhərinə qayıdıb Xətayi rayonunda yerleşən 204 saylı orta məktəbdə ixtisasıüzrə işləməyə başlayır.

Yaradıcılığı

O, 1984-cü ildə N.Tusi adına ADPU-nun əyani aspiranturasına daxil olur. 1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Həmin ildən pedaqoji universitetdəçalışır. O, 1989-91-ci illərdə filologiya elmləri üzrə Müdafiə şurasının üzvü və elmi katibi seçilir. Hazırda həmin təhsil ocağının “Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzi”nin müdiri vəzifəsində işləyir və Dünya ədəbiyyatı tarixi kafedrasının professorudur. R. Qafarlı 2003-cü ilin oktyabrdan 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq stajirovkası keçmiş, A. Gertsen ad. Rusiya Dövlət Pedaqoji Universitetin elmi şurasında “Мифологическая картина мира азербайджан­ского этноса” (“Azerbaycan xalqının təsəvvüründə mifoloji Dünya Modeli”) adli doktorluq dissertasiyası mövzusu tesdiqlətmişdir. R. Qafarlının tədqiqat işi həmin ali məktəbin “Etnokulturologiya” kafedrasında müzakirə olunub müdafiəyə buraxılmışdır. R. Qafarlı 2010-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun Müdafiə Şurasında “Azərbaycan türklərinin mifologiyası” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. R.Qafarlının müəllifi olduğu internet saytı (rus və Azərbaycan-türk dillerində) dünyanın bütün kataloqlarına düşmüşdür.

O, on altı dərs proqramının, səkkiz monoqrafiyanın, iki dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Azərbaycan uşaq folkloru və poetikası” (2002), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası” (2005), “Mif, nağıl və əfsanə” (epik ənənədə janrlararası əlaqə) (2004), eləcə də 300-dən şox elmi-publisistik məqalənin müəllifidir. R.QafarlıAMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6-cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin 1-ci cildinin (Bakı, Elm, 2004. - 8 çap vəreqi həcmində üç oçerkin: “Uşaq folkloru”, “Xalq dramları”, “Xalq mahnıları”) müəlliflərindən biridir. Bir sıra əsərləri xarici ölkələrdə – Türkiyədə, Rusiyada: Sankt-Peterburqda “Философия любви на деревнем Востоке и Низами” (“Şərqdə məhəbbət fəlsəfəsi və Nizami”) monoqrafiyası, Moskavada “Детская литература” jurnalında əsərləri çap olunub. Onun toplayıb tərtib etdiyi “Şəki folkloru” (2002) toplusunda Molla Cumənin indiyədək elm aleminə bəlli olmayan altı dastanı toplanmışdır.

R.Qafarlı folklor poetikası, mifologiya, “Kitabi-Dədə Qorqud”un poetik strukturu, uşaq folkloru, xalq dramları, atalar sözü, aşıq sənəti və sufizm, Nizami və “Avesta”, struktur poetikası və s. problemler üzərində tədqiqat işləri aparır. Onun ssenarisi əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bedii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilmişdir. R.Qafarlı “Ərən”,“Xəmsə” qəzetlərinin, “Qafqaz” və “Xəmsə” jurnallarını təsis etmişdir Onun tərtib və redaktorluq etdiyi “Heydər Əliyev-78”, “Bəxtiyar Vahabzadə-75”, “Akademik Bəkir Nebiyev-70 və 80”, “Ağayar Şükürov-55”xüsusi buraxılışları, dövlət rəhbəri və elm xadimlərimizin həyat səlnaməsinə güzgü tutmuşdur. Onun monoqrafiya ve kitabları haqqında xalq şairi, akademik B.Vahabzadə, akademik B.Nebiyev, akademik İ.Həbibbəyli, AMEA-nın müxbir üzvüləri Y.Qarayev, A.Nəbiyev, V.Əliyev ve b. respublika metbuatında məqalələrlə çıxış etmişlər.

R.Qafarlı 1990-cı ildə Soçidə keçirilən gənc tənqidçilərin Ümumittifaq müşavirəsində, 2000-ci ildə “Dədə Qorqud-1300” Beynelxalq elmi simpoziumunda, 2003 və 2004-cü illərdə Sank-Peterburq şəhərində IV və V “Реальность этноса” Beynelxalq elmi konfransında, Türkiyənin Ankara, İstanbul, Antaliya, Qazıantep, Fətiyyə, İzmir və b. şəhərlərində keçirilən Uluslararası elmi simpoziumlarda məruzələr oxumuşdur.

2003-cü ilin noyabr ayında R.Qafarlı respublikamızda ilk dəfə olaraq Azərbaycan folkloru və mifologiyasının müxtəlif problemlerini özündəəks etdiren www.azmif. net (“Азербайджанская тюркская мифология и фольклор” // “Azərbaycan türk mifologiyası və folkloru”) saytını yaratmışdır. Mədəniyyətimizi beynəlxalq səviyyədə yaydığına görə www.azmif.net saytı 2005-ci ildə “Netty” Beynelxalq İnternet Akademiyasının müsabiqəsinin qalibi elan olunmuşdur.

Ramazan Qafarlının xidmətlərindən biri də xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin külliyatının 12 cildliyini tərtib edib nəşrə hazırlamış, yaradıcılığına “Bəxtiyar Vahabzadə əbədiyyat yolunda” (2010) kinabını çap etdirmişdir.


Xarici keçidlər

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Qafarlı Ramazan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 322 — 324. — 1.000 nüsx.