"Eldar Zülfüqarzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 28: | Sətir 28: | ||
{{*}} {{Sov.İKP}} Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universiteti (–1978) | {{*}} {{Sov.İKP}} Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universiteti (–1978) | ||
− | |Elmi rəhbəri = [[:ru:Петров, Борис Николаевич|Boris Petrov | + | |Elmi rəhbəri = [[:ru:Петров, Борис Николаевич|Boris Petrov]] |
|Tanınmış yetirmələri = | |Tanınmış yetirmələri = | ||
|Tanınır = <!--Alimə fəaliyyətinə görə verilən ləqəb--> | |Tanınır = <!--Alimə fəaliyyətinə görə verilən ləqəb--> |
12:10, 11 iyul 2021 versiyası
Eldar Zülfüqarzadə | |
---|---|
Zülfüqarzadə Eldar Ənvər oğlu (rus.: Зульфугарзаде Эльдар Энверович/Энвер оглы) | |
Doğum tarixi | 27 noyabr 1938 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | baş elmi işçi |
Təhsili |
• “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1960) • Azərbaycan SSR EA Avtomatika və Telemexanika İnstitutunun aspiranturası (1962–1965) • Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universiteti (–1978) |
Evladı | Teymur Zülfüqarzadə |
Atası | Ənvər Zülfüqarov |
Elmi rəhbəri | Boris Petrov |
Mükafatları |
Eldar Zülfüqarzadə — tanınmış metroloq alim, texnika elmləri namizədi, 1989-cu ildə Ümumittifaq Metroloji Xidmət Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş, 1993-cü ildə isə ABŞ-a köçərək, əmək və elmi fəaliyyətini 2012-ci ilədək ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunda (ing. National Institute of Standards and Technology) davam etdirmişdir. ABŞ-da yaşayır. Rusiya Metroloji Akademiyasının həqiqi üzvüdür.
Haqqında məlumatlar
27 noyabr 1938-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1955-ci ildə Bakıda orta məktəbi (gümüş medalla),
1960-cı ildə “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (ixtisas: avtomatik, telemexaniki elektrik ölçmə cihazları və qurğuları) bitirib.
1962 – 1965-ci illərdə Azərbaycan SSR EA Avtomatika və Telemexanika İnstitutunun aspiranturasında təhsil alıb.
1978-ci ildə Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universitetini bitirib.
Elmi fəaliyyəti
1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
1960 – 1967-ci illərdə Azərbaycan SSR EA Kibertexnika İnstitutunda əvvəl mühəndis, sonra böyük mühəndis,
1970 – 1973-cü illərdə Ümumittifaq Texniki Məlumat, Təsnifat və Kodlaşdırma Elmi Tədqiqat İnstitutunda (rus.: Всесоюзный научно-исследовательский институт технической информации, классификации и кодирования) sektor müdiri,
1973-cü ilin iyunundan Ümumrusiya Elmi Tədqiqat Metroloji Xidmət İnstitutunda (rus.: Всероссийском научно-исследовательском институте метрологической службы) əvvəl sektor müdiri, sonra avtomatlaşdırılmış metrologiya informasiya-idarəetmə sistemi baş şöbəsinin müdiri və elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib.
1989-cu ilin iyun ayından Ümumittifaq Metroloji Xidmət Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib və bu vəzifədə 1993-cü ilin sentyabr ayınadək çalışıb.
1993 − 2012-ci illərdə ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunun (ing. National Institute of Standards and Technology) dəvət olunmuş tədqiqatçısı olub.
Digər
1985 – 1993-cü illərdə BMT-nin Avropa İqtisadi Komissiyasının rəsmi məruzəçisi olub.
1992-ci ildə Rusiya Metroloji Akademiyasının həqiqi üzvüdür.
Təltif və mükafatları
Ədəbiyyat
- Деятельность Европейской экономической комиссии ООН в сфере международно-правового регулирования процедур гармонизации стандартов (rus.). https://zakon.ru/. Информационно-правовой портал, создан ООО «Издательская группа «Закон». Arxivləşdirilib (11 iyul 2021).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |