"Cavanşir Feyziyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 101: | Sətir 101: | ||
# Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı – (2018); | # Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı – (2018); | ||
# [["Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı|“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı]] – (2019); | # [["Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı|“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı]] – (2019); | ||
− | # [["Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı|“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı]] – (2019) | + | # [["Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı|“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı]] – (2019). |
=== Digər === | === Digər === |
14:08, 11 iyul 2021 versiyası
Cavanşir Feyziyev | |
---|---|
Feyziyev Cavanşir Əyyub oğlu | |
Cavanşir Feyziyev | |
Cavanşir Feyziyev. | |
Doğum tarixi | 12 iyul 1963 |
Doğum yeri | Böyük Dəhnə, Vartaşen rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | fəlsəfə üzrə fəlsəfə doktoru |
Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, tərcümə fakültəsi (1986–1991) |
Atası | Əyyub Bəşir oğlu Feyziyev |
Mükafatları | |
Rəsmi saytı (saytın arxiv versiyası) |
Cavanşir Feyziyev — tanınmış xeyriyyəçi və Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Haqqında məlumatlar
1963-cü ildə Vartaşen rayonunun Böyük Dəhnə kəndində anadan olub.
Təhsili
1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində,
1977 – 1980-ci illərdə isə Orjonikidze (indiki Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbində,
1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1991 – 1992-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru,
1992 – 1994-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasında müəllim,
1994 – 1995-ci illərdə Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı,
1995 – 1998-ci illərdə ABŞ-ın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri,
2002 – 2010-cu illərdə “AvroMed” şirkətinin baş direktoru[qeyd 1] vəzifələrində çalışıb.
Milli Məclisdə
2010, 2015 və 2020-ci illərdə müvafiq olaraq, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
İctimai aktivliyi
- 2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur.
- “Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir.
- 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
- 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
- 2015-ci ildə Kolmar (Fransa) şəhərinin fəxri səfiri elan olunmuşdur.
- 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Elmi fəaliyyəti
2004 – 2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2010-cu ildən AMEA Fəlsəfə İnstitutunun doktorantıdır. “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı elmi işi siyasi elmlər üzrə elmlər doktoru dərəcəsi almaq üçün müdafiə ərəfəsindədir.
2002-ci ildə «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı ingilis dilində nəşr olunmuşdur.
2008-ci ildə «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı çapdan çıxmışdır.
2013-cü ildə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı monoqrafiyası Azərbaycan dilində və sonrakı illərdə türk, qazax, qırğız, rus, boşnak və macar dillərində çap olunmuşdur.
2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.
2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.
2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir.
2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin “Böyük Kör” romanını Azərbaycan dilinə tərcümə etmişdir.
2009 – 2019-cu illər arasında 60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur.
Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqalənin müəllifidir.
Təltif və mükafatları
- “Şöhrət çələngi” – 2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən təltif edilmişdir.
- “Qızıl qələm” – (2010);
- “Uğur” Milli Mükafatı – Regionların social-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə layiq görülüb (2010);
- Beynəlxalq Türk Akademiyasının qızıl medalı – (2016);
- “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı – (2016);
- “Türk Dünyasının Şərəf medalı” – (2018);
- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı – (2018);
- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – (2019);
- “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – (2019).
Digər
1983 – 1985 Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.
2004-cü ildən Şəkidə fəaliyyət göstərən «Tour-İnvest» şirkətinin təsisçisidir.
Azərbaycan, rus, türk, fransız və ingilis dillərini bilir.
Qeydlər
- ↑ 2007 – 2016-cı illərdə “AvroMed” şirkətinin səhmdarı olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Feyziyev Cavanşir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 147 – 150. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
- Bioqrafiya . http://cavansir.feyziyev.com/. Cavanşir Feyziyev. Arxivləşdirilib (14 Mar 2016 - 6 Jan 2021).
Həmçinin, bax:
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatları
- 113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)
- İşləməyən fayl keçidləri olan səhifələr
- 12 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1963-cü ildə doğulanlar
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr