"Hikmət Əbdülhəlimov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:H{{Şəxs |Adı = Hikmət Əbdülhəlimov |Orijinal adı = |Şəkil = Hikmət Əbdülhəlimov.jpg |Şəkil miqyası = 250px...' ilə yarat) |
(Fərqli deyil)
|
05:59, 11 aprel 2020 versiyası
Hikmət Əbdülhəlimov | |
---|---|
Hikmət Əbdülhəlimov | |
Hikmət Əbdülhəlimov | |
Anadan olub | 17 iyul 1937 |
Anadan olduğu yer | SSRİ, Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hikmət Əbdülhəlimov (Əbdülhəlimov Hikmət Əhməd oğlu; d. 17 iyun 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) —
Haqqında məlumatlar
1939-cu ildə Nuxanda anadan olub.
1956-cı ildə 3 saylı baramaaçan fabrikində fəhləliyə başlayıb.
1958 – 1961-ci illərdə hərbi xidmətdə olub.
1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi olub.
1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb.
1969 – 1992-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat, təşviqat və təşkilat şöbəsində müdiri, Şəki Şəhər İcra Hakimiyyəti aparatında ümumi şöbənin rəisi vəzifələrində işləyib.
Daha sonra Bakı Telefon Rabitəsi İstehsal Birliyinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
Yaradıcılığı
“Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), Şəki gülməçələri (Bakı, 1998) adlı kitabçaları nəşr olunub. Eləcə də, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin, “Şəki folkloru” kitabının toplayıcısı və tərtibçilərindən biridir. “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə folklora dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub.
Mükafatları
- “Qırmızı Əmək bayrağı” ordeni;
- “Şərəf nişanı” ordeni;
- “Rəşadətli əməyə görə” medalı.
Mənbə
- Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109.