Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Hikmət Əbdülhəlimov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Hikmət Əbdülhəlimov
Əbdülhəlimov Hikmət Əhməd oğlu
Hikmət Əbdülhəlimov
Hikmət Əbdülhəlimov.

Hikmət Əbdülhəlimov — ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Sovet dövründə Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və digər bir sıra məsul partiya və dövlət vəzifələrində çalışmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

17 iyul 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]

1958 – 1961-ci illərdə hərbi xidmətdə olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi təhsil alıb; məktəbi fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1956-cı ildə 3 saylı Nuxa baramaaçan və ipəkburan fabrikində fəhlə işləyib.

1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi,

1969 – 2014-cü illərdə, müxtəlif vaxtlarda, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətində ümumi şöbənin müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifəsində çalışıb.

İctimai fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir.

Ədəbi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1987 – 2020 illər ərzində 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən, “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), “Şəki gülməçələri” (Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası” – İV kitab və “Şəki folkloru” toplusu – I cildin həmmüəllifi, “Şəki folkloru” toplusunun II – III cildlərinin, “Şəki folklor örnəkləri” toplusunun I cildinin toplayıcısı və tərtibçisidir. Türkiyədə nəşr olunan “Türk Dünyası” jurnalında, Azərbaycanda nəşr olunan “525-ci qəzet”, “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. “Ünsiyyət körpüsü”, “Qəhrəman ana, qayğıkeş qadın”, “Əbədiyyətə qovuşan insan” kitabları da onun tərtibatında və ön sözü ilə işıq üzü görüb.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ...

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 108-109. — 1.000 nüsx.
  2. AZƏRBAYCAN FOLKLORU ANTOLOGИYASI (XVIII kitab ŞƏKИ FOLKLORU) / Toplayanı, tərtib edəni, söyləyicilər, toplayıcılar, qaynaqlar haqqında məlumatın, qeyd və şərhlərin müəllifi: Hikmət Əbdülhəlimov. — Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. — Bakı, 2008. — Səhifələrin sayı:  536. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 Sep 2018 - 24 Nov 2019.
  3. ...
  4. ...
  5. Orsər R. Hikmət Əbdülhəlimov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 418-422. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Bildiriş[HTML redaktə]

...