"Eldar Zülfüqarzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 38: | Sətir 38: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Eldar Zülfüqarzadə''' — tanınmış metroloq alim, texnika elmləri namizədi, Rusiya Metroloji Akademiyasının həqiqi üzvü. 1993-cü ildən ABŞ-da yaşayır və 1993-cü ildən 2012-ci ilədək ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunda ({{dil-en|National Institute of Standards and Technology}}) əmək və elmi fəaliyyətlə məşğul | + | '''Eldar Zülfüqarzadə''' — tanınmış metroloq alim, texnika elmləri namizədi, Rusiya Metroloji Akademiyasının həqiqi üzvü. 1993-cü ildən ABŞ-da yaşayır və 1993-cü ildən 2012-ci ilədək ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunda ({{dil-en|National Institute of Standards and Technology}}) əmək və elmi fəaliyyətlə məşğul olub. Daha əvvəl – 1989-cu ildə isə SSRİ-də Ümumittifaq Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə seçilmiş və 1993-cü ilədək həmin vəzifədə çalışmışdır. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
14:00, 14 iyul 2021 versiyası
Eldar Zülfüqarzadə | |
---|---|
Zülfüqarzadə Eldar Ənvər oğlu (rus.: Зульфугарзаде Эльдар Энверович/Энвер оглы) | |
Eldar Zülfüqarzadə. | |
Doğum tarixi | 27 noyabr 1938 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Təhsili |
• “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1960) • SSRİ EA Avtomatika və Telemexanika İnstitutunu (rus.: Институт автоматики и телемеханики (ИАТ) АН СССР), aspirantura (1962–1965) • Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universiteti (–1978) |
Evladı | Teymur Zülfüqarzadə |
Atası | Ənvər Zülfüqarov |
Elmi rəhbəri | Boris Petrov |
Mükafatları |
Eldar Zülfüqarzadə — tanınmış metroloq alim, texnika elmləri namizədi, Rusiya Metroloji Akademiyasının həqiqi üzvü. 1993-cü ildən ABŞ-da yaşayır və 1993-cü ildən 2012-ci ilədək ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunda (ing. National Institute of Standards and Technology) əmək və elmi fəaliyyətlə məşğul olub. Daha əvvəl – 1989-cu ildə isə SSRİ-də Ümumittifaq Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə seçilmiş və 1993-cü ilədək həmin vəzifədə çalışmışdır.
Haqqında məlumatlar
27 noyabr 1938-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1955-ci ildə Bakıda orta məktəbi (gümüş medalla),
1960-cı ildə “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (ixtisas: avtomatik, telemexaniki elektrik ölçmə cihazları və qurğuları) bitirib.
1962 – 1965-ci illərdə Moskvada – SSSR EA Avtomatika və Telemexanika İnstitutunun aspiranturasında (rus.: Институт автоматики и телемеханики (ИАТ) АН СССР) təhsil alıb.
1978-ci ildə Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universitetini bitirib.
Elmi fəaliyyəti
1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
1960 – 1967-ci illərdə Azərbaycan SSR EA Kibertexnika İnstitutunda əvvəl mühəndis, sonra böyük mühəndis,
1970 – 1973-cü illərdə Ümumittifaq Texniki Məlumat, Təsnifat və Kodlaşdırma Elmi Tədqiqat İnstitutunda (rus.: Всесоюзный научно-исследовательский институт технической информации, классификации и кодирования) sektor müdiri,
1973-cü ilin iyunundan Ümumrusiya Elmi Tədqiqat Metroloji Xidmət İnstitutunda (rus.: Всероссийском научно-исследовательском институте метрологической службы) əvvəl sektor müdiri, sonra avtomatlaşdırılmış metrologiya informasiya-idarəetmə sistemi baş şöbəsinin müdiri və elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
1989-cu ilin iyun ayında Ümumittifaq Metroloji Xidmət Elmi Tədqiqat İnstitutunun əmək kollektivi tərəfindən institutun direktoru vəzifəsinə seçilib və SSRİ Qosstandartı tərəfindən institutun direktoru olaraq təsdiqlənib. Bu vəzifədə 1993-cü ilin sentyabr ayınadək çalışıb.
1993 − 2012-ci illərdə ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunun (ing. National Institute of Standards and Technology) dəvət olunmuş tədqiqatçısı olub.
Digər
1985 – 1993-cü illərdə BMT-nin Avropa İqtisadi Komissiyasının rəsmi məruzəçisi olub.
1992-ci ildən Rusiya Metroloji Akademiyasının həqiqi üzvüdür.
Təltif və mükafatları
Ədəbiyyat
- Деятельность Европейской экономической комиссии ООН в сфере международно-правового регулирования процедур гармонизации стандартов : [arx. 11.07.2021] : [rus.] // Информационно-правовой портал, создан ООО «Издательская группа «Закон». — Müraciət tarixi: 13.07.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |