"Hikmət Əbdülhəlimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 27: | Sətir 27: | ||
|Sayt = | |Sayt = | ||
}} | }} | ||
− | '''Hikmət Əbdülhəlimov''' (''Əbdülhəlimov Hikmət Əhməd oğlu''; {{d.}} 17 iyun 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — təqaüdçü, sabiq dövlət məmuru, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra | + | '''Hikmət Əbdülhəlimov''' (''Əbdülhəlimov Hikmət Əhməd oğlu''; {{d.}} 17 iyun 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — təqaüdçü, sabiq dövlət məmuru, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra məsul vəzifələr tutub. “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), Şəki gülməçələri (Bakı, 1998) adlı kitabçaları nəşr olunub. Eləcə də, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin, “Şəki folkloru” kitabının toplayıcısı və tərtibçilərindən biridir. “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə folklora dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. |
==Qısa tərcümeyi-halı== | ==Qısa tərcümeyi-halı== |
07:09, 11 aprel 2020 versiyası
Hikmət Əbdülhəlimov | |
---|---|
Hikmət Əbdülhəlimov | |
Hikmət Əbdülhəlimov | |
Anadan olub | 17 iyul 1937 |
Anadan olduğu yer | SSRİ, Azərbaycan SSR, Nuxa |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hikmət Əbdülhəlimov (Əbdülhəlimov Hikmət Əhməd oğlu; d. 17 iyun 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — təqaüdçü, sabiq dövlət məmuru, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra məsul vəzifələr tutub. “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), Şəki gülməçələri (Bakı, 1998) adlı kitabçaları nəşr olunub. Eləcə də, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin, “Şəki folkloru” kitabının toplayıcısı və tərtibçilərindən biridir. “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə folklora dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub.
Qısa tərcümeyi-halı
1939-cu ildə Nuxanda anadan olub.
1956-cı ildə 3 saylı baramaaçan fabrikində fəhləliyə başlayıb.
1958 – 1961-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi vəzifəsində işləyib.
1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb.
1969 – 1992-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat, təşviqat və təşkilat şöbəsində müdiri, Şəki Şəhər İcra Hakimiyyəti aparatında ümumi şöbənin rəisi vəzifələrini tutub.
Daha sonra Bakı Telefon Rabitəsi İstehsal Birliyinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
Mükafatları
- “Qırmızı Əmək bayrağı” ordeni;
- “Şərəf nişanı” ordeni;
- “Rəşadətli əməyə görə” medalı.
Mənbə
- Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109.