"Fərrux Yusifov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 47: | Sətir 47: | ||
===Hərbi xidmət=== | ===Hərbi xidmət=== | ||
− | 3 oktyabr 1940-cı il tarixdə SSRİ Silahlı Qüvvələrində xidmətə götürülüb (Quba Rayon Hərbi Komissarlığından). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, 3 ordenlə təltif olunub. | + | 3 oktyabr 1940-cı il tarixdə SSRİ Silahlı Qüvvələrində xidmətə götürülüb (Quba Rayon Hərbi Komissarlığından). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, siyasi rəhbər ({{dil-ru|Полити́ческий руководи́тель (сокр. политрук)}})<ref name=Q1 group=qeyd/>, sonra isə kapitan hərbi rütbəsinə malik olub. Müharibə dövründə 3 ordenlə və bir neçə medalla təltif olunub. |
− | 31 dekabr 1945-ci il tarixdə | + | 31 dekabr 1945-ci il tarixdə ordudan tərxis olunub. |
===Əmək fəaliyyəti=== | ===Əmək fəaliyyəti=== |
21:49, 19 iyul 2021 versiyası
Fərrux Yusifov | |
---|---|
Yusifov Fərrux Oruc oğlu | |
Fərrux Yusifov, 1967-ci il. | |
Doğum tarixi | 17 aprel 1916 |
Doğum yeri | Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 2 iyul 1976 (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
İş yeri | SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, elmi kommunizm kafedrası (müdir) |
Elmi dərəcəsi | elmlər doktoru |
Təhsili | • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası |
Mükafatları |
Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır.
Haqqında məlumatlar
17 aprel 1916-cı il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub.
Təhsili
Nuxa Pedaqoji Texnikumunu bitirib(1940-ci ildən əvvəl).
1945-ci ildən, Böyük Vətən müharibəsindən sonra ali təhsil alıb və həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.
Hərbi xidmət
3 oktyabr 1940-cı il tarixdə SSRİ Silahlı Qüvvələrində xidmətə götürülüb (Quba Rayon Hərbi Komissarlığından). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, siyasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук))[qeyd 1], sonra isə kapitan hərbi rütbəsinə malik olub. Müharibə dövründə 3 ordenlə və bir neçə medalla təltif olunub.
31 dekabr 1945-ci il tarixdə ordudan tərxis olunub.
Əmək fəaliyyəti
1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor,
1950 – 1954-cü illərdə əvvəl Azərbaycan KP MK-da instruktor, sonra Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi,
1954 – 1957-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini,
1957 – 1960-cı illərdə Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi,
1960 – 1969-ci illərdə, müxtəlif vaxtlarda Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda mənədi-maarif kafedrasının müdiri vəzifəsində çalışıb.
1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləyib; o cümlədən,
1971-ci ildən elmi kommunizm kafedrasının müdiri olub.
Elmi fəaliyyəti
Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.
İctimai fəallığı
Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyasının XXII və XXIII qurultaylarının nümayəndəsi seçilib.
Mükafatları
- “Qırmızı Ulduz” ordeni (27.01.1944);
- “Qırmızı Ulduz” ordeni (22.04.1944);
- 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeni (26.05.1945).
Vəfatı
3 iyul 1976-cı il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.
Xatirəsi
Şəki şəhərində bir küçəyə adı verilib.
Digər
Ədəbiyyat
- Юсупов Фарух Аруззивич : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
- Ф.О.Юсубов (некролог) (rus.) // Бакинский рабочий : газета. — Баку, 1976.
- Юсубов, Фаррух Орудж оглы : [arx. 06.07.2020] : [rus.] // GreenZED.com. — 2019. — 15 июля. — Müraciət tarixi: 19.07.2021.
Şablon:Yaxşı məqalə
Sitat səhvi: <ref>
tags exist for a group named "qeyd", but no corresponding <references group="qeyd"/>
tag was found
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1916-cı ildə doğulanlar
- 17 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 2 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1976-cı ildə vəfat edənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- İstinad xətası olan səhifələr