"Hikmət Əbdülhəlimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 6: | Sətir 6: | ||
|Şəkil məlumat = Hikmət Əbdülhəlimov | |Şəkil məlumat = Hikmət Əbdülhəlimov | ||
|İlk adı = | |İlk adı = | ||
− | |Doğum tarixi = {{doğum tarixi və yaşı| | + | |Doğum tarixi = {{doğum tarixi və yaşı|1939|7|17}} |
|Doğum yeri = {{SSRİ}}, {{AzSSR}}, Nuxa | |Doğum yeri = {{SSRİ}}, {{AzSSR}}, Nuxa | ||
|Vəfatı = | |Vəfatı = |
13:05, 12 aprel 2020 versiyası
Hikmət Əbdülhəlimov | |
---|---|
Hikmət Əbdülhəlimov | |
Anadan olub | 17 iyul 1939 |
Anadan olduğu yer | SSRİ, Azərbaycan SSR, Nuxa |
Həyat yoldaşı | Hüsniyə Qafarova |
Uşaqları | İlqar, Gülnarə |
Atası | Əhməd Abduləlimov |
Anası | Firuzə Abduləlimova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşəsi | Dövlət qulluqçuçu |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Politoloq |
Təhsili | Ali |
Mükafatları | " Şöhrət" ordeni, " Qırmızı Əmək Bayrağı" ordeni, " Şərəf Nişanı" ordeni, " Rəşadətli əməyə görə" medalı. Azərbaycan Yazıçılar Birliyinin " Yaddaş" mukafatı. |
Hikmət Əbdülhəlimov (Əbdülhəlimov Hikmət Əhməd oğlu; d. 17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən hal - hazıradək). Sabiq dövlət məmuru, Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətinin ümumi şöbə müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifələrində işləmişdir. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Son 33 ildə 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), "Şəki gülməçələri "(Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı Azərbaycan folkloru antologiyası IV kitab, Şəki folkloru I cildinin müəlliflərindən biri, Azərbaycan folkloru antologiyası, VI kitab, Şəki folkloru II cildinin, Azərbaycan folkloru antologiyası, XVIII kitab, Şəki folkloru, III cildinin, Şəki folklor örnəkləri, I cildinin toplayıcısı və tərtibçisidir. " Türk Dünyası" ( Türkiyə) jurnalında," 525 -ci qəzet", “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub.
40 -dan artıq elmi və elmi puplisistik məqalələrin müəllifidir.
Qısa tərcümeyi-halı
1939-cu il iyulin 17 -də Nuxada anadan olub.
1956-cı ildə 3 saylı Nuxa baramaaçan və ipəkburan fabrikində fəhləliklə əmək fəaliyyətinə başlamışdır.
1958 – 1961-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi vəzifəsində işləyib.
1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi təhsil alıb. Məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat, təşviqat və təşkilat şöbələrində müdir, Şəki Şəhər İcra Hakimiyyəti aparatında ümumi şöbənin müdiri, Bakı Telefon Rabitəsi İstehsal Birliyinin kadrlar şöbəsinin rəisi, Bakı Telefon Rabitəsi İstehsal Birliyi Baş direktorunun müşaviri vəzifələrində çalışıb. Hazırda Respublika Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini vəzifəsində işləyir. Təltiflər== + " Şöhrət" ordeni
- “Qırmızı Əmək bayrağı” ordeni;
- “Şərəf nişanı” ordeni;
- “Rəşadətli əməyə görə” medalı.
Mukafatlar
- 2003-cü ildə “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin VI kitabına görə Azərbaycan Yazıçılar Birliyinin “Yaddaş” mükafatına layiq görülüb..
Mənbə
- Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109.