"Hikmət Əbdülhəlimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 29: | Sətir 29: | ||
'''Hikmət Əbdülhəlimov''' (''Əbdülhəlimov Hikmət Əhməd oğlu''; {{d.}} 17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən); sabiq dövlət məmuru (Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra məsul partiya və dövlət vəzifələrində işləyib), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən). | '''Hikmət Əbdülhəlimov''' (''Əbdülhəlimov Hikmət Əhməd oğlu''; {{d.}} 17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən); sabiq dövlət məmuru (Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra məsul partiya və dövlət vəzifələrində işləyib), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən). | ||
− | + | ==Haqqında məlumatlar== | |
− | |||
− | == | ||
1939-cu il iyulun 17-də Nuxada anadan olub. | 1939-cu il iyulun 17-də Nuxada anadan olub. | ||
Sətir 46: | Sətir 44: | ||
2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir. | 2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir. | ||
− | |||
− | == | + | ===Yaradıcılıq fəaliyyəti=== |
+ | |||
+ | 1987 – 2020 illərdə 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən, “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), “Şəki gülməçələri” (Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası”nın VI və XVIII kitablarının, “Şəki folkloru” toplusunun I cildinin həmmüəllifi, “Şəki folkloru” toplusunun II – III cildlərinin, “Şəki folklor örnəkləri” toplusunun I cildinin toplayıcısı və tərtibçisidir. Türkiyədə nəşr olunan “Türk Dünyası” jurnalında, Azərbaycanda nəşr olunan “525-ci qəzet”, “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. | ||
+ | |||
+ | ===Təltifləri və mükafatları=== | ||
* "Şöhrət" ordeni | * "Şöhrət" ordeni | ||
* “Qırmızı Əmək bayrağı” ordeni; | * “Qırmızı Əmək bayrağı” ordeni; | ||
* “Şərəf nişanı” ordeni; | * “Şərəf nişanı” ordeni; | ||
* “Rəşadətli əməyə görə” medalı. | * “Rəşadətli əməyə görə” medalı. | ||
− | + | *2003-cü ildə “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin VI kitabına görə Azərbaycan Yazıçılar Birliyinin “Yaddaş” mükafatına layiq görülüb. | |
− | |||
− | *2003-cü ildə “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin VI kitabına görə Azərbaycan Yazıçılar Birliyinin “Yaddaş” mükafatına layiq görülüb | ||
==İstifadə edilmiş əsas mənbələr== | ==İstifadə edilmiş əsas mənbələr== | ||
*''Ələşrəf Məmmədov, Fikrət Xalıqov''. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109. | *''Ələşrəf Məmmədov, Fikrət Xalıqov''. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109. | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} |
19:13, 12 aprel 2020 versiyası
Hikmət Əbdülhəlimov | |
---|---|
Hikmət Əbdülhəlimov | |
Anadan olub | 17 iyul 1939 |
Anadan olduğu yer | SSRİ, Azərbaycan SSR, Nuxa |
Həyat yoldaşı | Hüsniyə Qafarova |
Uşaqları | İlqar, Gülnarə |
Atası | Əhməd Abduləlimov |
Anası | Firuzə Abduləlimova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşəsi | dövlət qulluqçusu |
Milliyyəti | azərbaycanlı |
İxtisası | politoloq |
Təhsili | Ali Partiya Məktəbi |
Mükafatları |
Hikmət Əbdülhəlimov (Əbdülhəlimov Hikmət Əhməd oğlu; d. 17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən); sabiq dövlət məmuru (Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra məsul partiya və dövlət vəzifələrində işləyib), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən).
Haqqında məlumatlar
1939-cu il iyulun 17-də Nuxada anadan olub.
1956-cı ildə 3 saylı Nuxa baramaaçan və ipəkburan fabrikində fəhləliklə əmək fəaliyyətinə başlamışdır.
1958 – 1961-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi vəzifəsində işləyib.
1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi təhsil alıb; məktəbi fərqlənmə diplomu ilə bitirib.
1969-cu ildə Ali Partiya Məktəbini bitirdikdən sonra bir sıra məsul partiya və dövlət vəzifələrində – Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətinin ümumi şöbə müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifələrində çalışıb.
2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir.
Yaradıcılıq fəaliyyəti
1987 – 2020 illərdə 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən, “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), “Şəki gülməçələri” (Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası”nın VI və XVIII kitablarının, “Şəki folkloru” toplusunun I cildinin həmmüəllifi, “Şəki folkloru” toplusunun II – III cildlərinin, “Şəki folklor örnəkləri” toplusunun I cildinin toplayıcısı və tərtibçisidir. Türkiyədə nəşr olunan “Türk Dünyası” jurnalında, Azərbaycanda nəşr olunan “525-ci qəzet”, “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.
Təltifləri və mükafatları
- "Şöhrət" ordeni
- “Qırmızı Əmək bayrağı” ordeni;
- “Şərəf nişanı” ordeni;
- “Rəşadətli əməyə görə” medalı.
- 2003-cü ildə “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin VI kitabına görə Azərbaycan Yazıçılar Birliyinin “Yaddaş” mükafatına layiq görülüb.
İstifadə edilmiş əsas mənbələr
- Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109.