| 1987 – 2020 illərdə 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən, “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), “Şəki gülməçələri” (Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası”nın VI və XVIII kitablarının, “Şəki folkloru” toplusunun I cildinin həmmüəllifi, “Şəki folkloru” toplusunun II – III cildlərinin, “Şəki folklor örnəkləri” toplusunun I cildinin toplayıcısı və tərtibçisidir. Türkiyədə nəşr olunan “Türk Dünyası” jurnalında, Azərbaycanda nəşr olunan “525-ci qəzet”, “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. | | 1987 – 2020 illərdə 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən, “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), “Şəki gülməçələri” (Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası”nın VI və XVIII kitablarının, “Şəki folkloru” toplusunun I cildinin həmmüəllifi, “Şəki folkloru” toplusunun II – III cildlərinin, “Şəki folklor örnəkləri” toplusunun I cildinin toplayıcısı və tərtibçisidir. Türkiyədə nəşr olunan “Türk Dünyası” jurnalında, Azərbaycanda nəşr olunan “525-ci qəzet”, “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. |