"Elmira Atayeva" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) |
(Fərqli deyil)
|
18:26, 11 sentyabr 2021 versiyası
Elmira Atayeva | |
---|---|
Atayeva (Mövlazadə) Elmira Zahid qızı | |
Elmira Atayeva. | |
Doğum tarixi | 23 avqust 1935 |
Doğum yeri | Nuxa (indiki Şəki), AzSSR, SSRİ |
Elm sahəsi | geologiya |
İş yeri | AMEA Geologiya və Geofizika İnstitutu (aparıcı elmi işçi) |
Elmi dərəcəsi | geologiya-minerologiya elmləri namizədi |
Elmi adı | dosent |
Mükafatları |
Elmira Atayeva — geologiya-minerologiya elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi.
Haqqında məlumatlar
23 avqust 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1942 – 1944-cü illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,
1944 – 1952-ci illərdə Bakı şəhər 190 №-li orta məktəbdə,
1953 – 1958-ci illərdə Azərbaycan Sənaye İnstitutunun geoloii-kəşfiyyat fakültəsində,
1961 – 1963-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
1967-ci ildə akademik Q.Ə.Əlizadənin rəhbərliyi altında “Qərbi Azərbaycanın Kür və İori çaylararası sarmat çöküntülərinin stratiqrafiyası və mollyuska faunası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
18-i xaricdə çap olunmaqla 59 elmi məqalənin müəllifidir.
Əmək fəaliyyəti
1958-ci ildə Azərbaycan SSR EA Geologiya İnstitutunda kiçik elmi vəzifəsində işə qəbul edilib. Sonra bu institutda əvvəl elmi işçi, sonra böyük elmi işçi, daha sonra aparıcı elmi işçi vəzifəsini tutub.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı (2008).
Ədəbiyyat
- Geologiya və Geofizika İnstitutunun fəlsəfə doktorları : Atayeva Elmira Zahid qızı : [arx. 11.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 11.09.2021.
- Məmmədov Ə., Xalıqov F. Atayeva Elmira // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 44-47. — 1.000 nüsx.
- Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Xalq qəzeti : qəzet. — 2008. — В. 19 mart. — Səh. 2. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 9 Nov 2018 - 6 Feb 2020.