"Hikmət Əbdülhəlimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 45: | Sətir 45: | ||
1969-cu ildə Ali Partiya Məktəbini bitirdikdən sonra bir sıra məsul partiya və dövlət vəzifələrində – Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətində ümumi şöbənin müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifələrində çalışıb. | 1969-cu ildə Ali Partiya Məktəbini bitirdikdən sonra bir sıra məsul partiya və dövlət vəzifələrində – Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətində ümumi şöbənin müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifələrində çalışıb. | ||
− | Rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub<ref> | + | Rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub<ref>{{cite web|url=http://president.az/articles/3715 |title=Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı |author=İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti |date=1 dekabr 2011|work= |publisher=president.az |accessdate= |language=az}}</ref>. |
2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir. | 2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir. |
14:59, 15 aprel 2020 versiyası
Hikmət Əbdülhəlimov | |
---|---|
Hikmət Əbdülhəlimov | |
Anadan olub | 17 iyul 1939 |
Anadan olduğu yer | SSRİ, Azərbaycan SSR, Nuxa |
Həyat yoldaşı | Hüsniyə Qafarova |
Uşaqları | İlqar, Gülnarə |
Atası | Əhməd Abduləlimov |
Anası | Firuzə Abduləlimova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşəsi | dövlət qulluqçusu |
Milliyyəti | azərbaycanlı |
İxtisası | politoloq |
Təhsili | Ali Partiya Məktəbi |
Mükafatları |
Hikmət Əbdülhəlimov (Əbdülhəlimov Hikmət Əhməd oğlu; d. 17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən); sabiq dövlət məmuru (Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra məsul partiya və dövlət vəzifələrində işləyib); Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən).
Haqqında məlumatlar
1939-cu il iyulun 17-də Nuxada anadan olub.
1956-cı ildə 3 saylı Nuxa baramaaçan və ipəkburan fabrikində fəhləliklə əmək fəaliyyətinə başlayıb.
1958 – 1961-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi vəzifəsində işləyib.
1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi təhsil alıb; məktəbi fərqlənmə diplomu ilə bitirib.
1969-cu ildə Ali Partiya Məktəbini bitirdikdən sonra bir sıra məsul partiya və dövlət vəzifələrində – Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətində ümumi şöbənin müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifələrində çalışıb.
Rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub[1].
2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir.
Yaradıcılıq fəaliyyəti
1987 – 2020 illər ərzində 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən, “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), “Şəki gülməçələri” (Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası” – İV kitab və “Şəki folkloru” toplusu – I cildin həmmüəllifi, “Şəki folkloru” toplusunun II – III cildlərinin, “Şəki folklor örnəkləri” toplusunun I cildinin toplayıcısı və tərtibçisidir. Türkiyədə nəşr olunan “Türk Dünyası” jurnalında, Azərbaycanda nəşr olunan “525-ci qəzet”, “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.
Təltif və mükafatları
- “Şöhrət” ordeni;
- “Qırmızı Əmək bayrağı” ordeni;
- “Şərəf nişanı” ordeni;
- “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar” yubiley medalı;
- “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin VI kitabına görə Azərbaycan Yazıçılar Birliyinin “Yaddaş” mükafatı (2003).
İstifadə edilmiş əsas mənbələr
- Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109.
- ↑ İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti (1 dekabr 2011). "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). president.az.