"Vüqar Kərimov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya: V {{Dövlət xadimi | azərbaycan dilində adı = Vüqar Kərimov | adın originalı = Kərimov Vüqar Nəzir oğlu | portret...' ilə yarat) |
(Fərqli deyil)
|
05:02, 16 aprel 2020 versiyası
Vüqar Kərimov | |||||||
---|---|---|---|---|---|---|---|
Vüqar Kərimov | |||||||
|
|||||||
Doğum tarixi | 2 aprel 1973 | ||||||
Doğum yeri | Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vüqar Kərimov (Kərimov Vüqar Nəzir oğlu ; d. 2 aprel 1972-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri namizədi, botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin, 3 kitabın müəllifi, “Azərbaycanın Qırmızı Kitabı”nın həmmüəlliflərindən biridir.
Haqqında məlumatlar
1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.
1990 – 1995-ci illərdə Gəncə Dövlət Universitetində, 2010-2013-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasında oxuyub, 1998 – 2008-ci illərdə həmin institutda kiçik elmi işçi vəzifəsindən laboratoriya və şöbə müdiri vəzifələrinə qədər yüksəlib.
2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib.
2008 – 2010-cu illərdə ARDNŞ-nin Ekologiya İdarəsində əvvəl departament rəisinin müavini, sonra departament rəisi vəzifəsində çalışıb.
2010 – 2012-ci illərdə Ekologiya İdarəsinin rəis müavini vəzifəsində işləyib.
2012-ci ilin noyabr ayından 15 aprel 2020-ci il tarixinədək “Azərikimya” İB-nin İcraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışıb.
O cümlədən, ETSN-da aparat rəhbəri idi.
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixində imzaladığı sərəncamla Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilib.