Vüqar Kərimov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Vüqar Kərimov
Kərimov Vüqar Nəzir oğlu
Vüqar Kərimov.
bayraqAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavinibayraq
14 aprel 2020
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1973 (1973-04-02) (51 yaş)
Doğum yeri Kiş, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan
Atası Kərimov Nəzir
Anası Qarayeva Həmayil Həsən qızı
Təhsili

Gəncə Dövlət Universiteti, biologiya və kimya ixtisası üzrə (–1995)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə (–2014)

AMEA Botanika İnstitutu, aspirantura (1995–1998)
Elmi dərəcəsi biologiya elmləri namizədi
Elmi adı dosent
Təltifləri "Tərəqqi" medalı — 2016

Vüqar Kərimov — biologiya elmləri namizədi, dosent, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

2 aprel 1973-cü il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1995-ci ildə Gəncə Dövlət Universitetini (biologiya və kimya ixtisası üzrə),

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə) bitirib.

1995 – 1998-ci illərdə AMEA Botanika İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1998 – 2018-ci illərdə AMEA Botanika İnstitutunda əvvəl elmi işçi, sonra aparıcı elmi işçi, daha sonra böyük elmi işçi, laboratoriya və şöbə müdiri vəzifəsində çalışıb.

2008 – 2012-ci ilərdə SOCAR-ın Ekologiya İdarəsində işləyib; o cümlədən,

2008 – 2010-cu illərdə Yaşıllaşdırma Departamentinin əvvəl rəis müavini, sonra isə rəisi,

2010 – 2012-ci illərdə isə idarə rəisinin müavini olub.

2012 – 2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini vəzifəsində çalışıb.

2018-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir; o cümlədən,

2018 – 2020-ci illərdə aparat rəhbəri olub,

14 aprel 2020-ci il tarixindən isə nazir müavinidir.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

2001-ci ildə biologiya elmləri namizədi elmi dərəcəsi,

2017-ci ildə botanika ixtisası üzrə dosent elmi adını alıb.

65 elmi əsərin, o cümlədən, 3 kitabın müəllifi, Azərbaycan Respublikasının Qırmızı Kitabının II nəşrinin həmmüəllifidir.

Siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, 2 övladı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. "Rəhbərlik". http://eco.gov.az/ (azərb.). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. 25 Aug 2019 – 19 Oct 2020 tarixində arxivləşdirilib.