"Nurməmməd Mustafayev" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) |
(Fərqli deyil)
|
18:16, 7 oktyabr 2021 versiyası
Nurməmməd Mustafayev | |
---|---|
Mustafayev Nurməmməd Şamil oğlu | |
Nurməmməd Mustafayev. | |
Doğum tarixi | 15 oktyabr 1965 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti |
Nurməmməd Mustafayev — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi. Pedaqoji fəaliyyəti də var və həm də molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.
Haqqında məlumatlar
15 oktyabr 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
Elmi fəaliyyəti
“Eukariot genomlarının struktur-funksional təşkilinin bəzi tənzimləyici elementləri” namizədlik dissertasiyası müdafiə edib.
15-i xaricdə, 9-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 30 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisidir.
Pedaqoji fəaliyyəti
AMEA Molekulyar biologiya və Biotexnologiyalar institutunda magistr pilləsi üzrə ixtisas kurslarında dərs deyir.
Digər fəaliyyəti
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Biologiya şöbəsində Molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.
Ədəbiyyat
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəlsəfə doktorları : Mustafayev Nurməmməd Şamil oğlu : [arx. 07.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |