"Qurban Abbasov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoq...' ilə yarat) |
(Fərqli deyil)
|
13:59, 14 noyabr 2021 versiyası
Qurban Abbasov | |
---|---|
Abbasov Qurban Cabbar oğlu | |
Qurban Abbasov. | |
Anadan olub | 14 yanvar 1908 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 23 aprel 1973 (65 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Uşaqları | Aydın Abbasov, İlham Abbasov |
Vətəndaşlıq | SSRİ |
Təhsili |
• Nuxa Pedaqoji Məktəbi (–1926) • Azərbaycan Dövlət Darülfünunun/Azərbaycan Pedaqoji İnstitutu, kimya-biologiya fakültəsi (1929–1932) |
Qurban Abbasov (1908–1973) — tanınmış pedaqoq, uzun müddət Şəki Pedaqoji Məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif illərdə məktəbin tədris hissəsi müdiri və direktoru vəzifəsini tutmuşdur.
Haqqında məlumatlar
14 yanvar 1908-ci ildə – Qurban bayramı günü, Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub.
Təhsili
1918-ci ildə Nuxa rus-tatar məktəbində, sonra isə Nuxa nümunə-zəhmət məktəbində təhsil alıb.
1926-cı ildə Nuxa Pedaqoji Məktəbini bitirib.
1929 – 1932-ci ildə Azərbaycan Dövlət Darülfünunun/Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsində təhsil alıb.
Hərbi xidmətdə
Böyük Vətən müharibəsi iştirakçısıdır;
1941-ci ilin avqust ayında hərbi xidmətə çağırılıb. Kiçik leytenant hərbi rütbəsi ilə döyüşlərdə iştirak edib və yaralanıb.
4 fevral 1943-cü il tarixdə, hərbi xidmət üçün yararsız vəziyyətə düşdüyünə görə (II qrup əlil) ordudan tərxis edilib.
Əmək fəaliyyəti
1926-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbində ibtidai sinif müəllimi,
1929-cu ildə Nuxa şəhər 9 saylı məktəbin direktoru və müəllimi olub.
1932-ci ildən Stalin adına Nuxa pedoqoji məktəbində müəllim,
1939-cu ildən 1941-ci ilin avqust ayına qədər və
1943-cü ilin ortalarından 1952-ci ilə qədər tədris hissəsi müdiri,
1952 – 1957-ci illərdə isə direktor vəzifəsində çalışıb.
1957 – 1961-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbin tədris hissəsi müdiri,
1961 – 1963-cü illərdə Nuxa şəhər 11 №-li orta məktəbin direktoru,
1963 – 1972-ci illərdə Nuxa şəhər 2 №-li internat-məktəbinin direktoru vəzifəsində çalışıb.
1972-ci ilin sentyabr ayında əmək təqaüdünə çıxıb.
İctimai-siyasi fəaliyyəti
Bir neçə çağırış Nuxa şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı seçilib.
1949 – 1953-cü illərdə Nuxa rayon Xalq məhkəməsinin iclasçısı olub.
Vəfatı
23 aprel 1973-cü il tarixdə – 65 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Аббасов Курбан Джаббар-оглы : [arx. 14.11.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 14.11.2021.
- Bəşirov R., Hacıyev N. Abbasov Qurban Cabbar oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı: 200. — Səh.: 61-62.
- Şükürov R., Orsər R. Abbasov Qurban Cabbar oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 119-121. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Qurban Abbasov // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 123-125. — ISBN 978-9952-8176-4-5.