Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Raqub Bəşirov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Raqub Bəşirov
Raqub Bəşirov
Raqub Bəşirov.
Doğum tarixi 11 mart 1939(1939-03-11)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 11 aprel 2016 (77 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Uşaqları Eldar Bəşirov, Elçin Bəşirov
Təhsili

 • Nuxa Toxuculuq Texnikumu (1957–1958)

 • Moskva Elektrotexniki Rabitə İnstitutu, radiorabitə və radio verilişləri fakültəsi, radio mühəndisi ixtisası (1961–1958)
Hərbi fəaliyyəti
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının polkovnik-leytenantı.png
polkovnik-leytenant

Raqub Bəşirov (1939–2016) — hərbçi-rabitəçi, polkovnik-leytenant. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi hökumət rabitəsi idarəsinin rəisi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi baş qərargah rəisinin müavini – rabitə idarəsinin rəlsi və s. bu kimi məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

11 mart 1939-cu il tarixdə Nuxada (indiki Şəki), sənətkar ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1947 – 1957-ci illərdə M.Qorki adına Nuxa 10 №-orta məktəbində,

1957 – 1958-ci illərdə Nuxa Toxuculuq Texnikumunda,

1961 – 1966-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunun radiorabitə və radio verilişləri fakültəsində təhsil alıb.

Hərbi xidmətdə[redaktə | HTML redaktə]

1958 – 1961-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət dövründə 1-ci dərəcəli radist sənətinə yiyələnib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1966 – 1969-ci illərdə Azərbaycan SSR Rabitə Nazirliyi Radio Mərkəzinin 3 №-li radiostansiyasında əvvəl böyük mühəndis, sonra sex rəisi, daha sonra baş mühəndis vəzifəsində işləyib.

1969 – 1992-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin hökumət rabitəsi bölməsində əvvəl böyük muhəndis, sonra bölmə rəisi, daha sonra şöbə rəlsi və idarə rəilsi vəzifəsində çalışıb.

31 dekabr 1992-ci il tarixdən əmək təqaüdünə çıxarılıb.

20 aprel 1993-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyi baş qərargah rəisinin müavini – rabitə idarəsinin rəlsi vəzifəsinə təyin edilib.

1993-cü ilin noyabr ayında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi hökumət rabitəsi idarəsinin rəisi vəzifəsinə bərpa olunub.

1994-cü ildə təkrarən təqaüdə çıxarılıb.

1995 – 2001-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi hökumət rabitəsi idarəsinin rəisi vəzifəsində çalışıb.

2001-ci ilin noyabrında polkovnik rütbəsində təqaüdə çıxıb.

2002-ci ilin fevralından Azərbaycan Respublikası Rabitə Nazirliyinin “Mərkəzi Xüsusi Rabitə İdarəsinin” rəisi vəzifəsində çalışıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

  • “Şərəf nişanı” ordeni;
  • I, II və Iİ dərəcəli “Qüsursuz xidmətə görə” medalları;
  • II və III dərəcəli “Əlaçı sərhədçi” nişanı;
  • “Azərbaycan Respublikasının əməkdar rabitəçisi” fəxri adı;
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları;
  • Azərbaycan Respublikasının fəxti fərmanı (1991).

Digər[redaktə | HTML redaktə]

Şəki şəhər 10 saylı tam orta məktəbinin 1957-ci il buraxılışının 50 illiyi münasibəti ilə 2007-ci ildə çap edilmiş Unudulmaz illər kitabının həmmüləllifidir.

Vəfatı[redaktə | HTML redaktə]

11 aprel 2016-cı il tarixdə – 77 yaşında, Bakıda vəfat edib.

Ailəsi[redaktə | HTML redaktə]

1971-ci ildə ailə həyatı qurub. İki oğul atası, üç nəvə babasıdır.

Oğlanları: Eldar Bəşirov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində, Elçin Bəşirov isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyiblər.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Bəşirov R., Hacıyev N. Bəşirov Raqub Abbas oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 93-96.
  2. Bəşirov Raqub Abbas oğlu // Məzunlar / Akif Əli. — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 158-162. — ISBN 978-9952-8176-4-5.