"Əhməd Əbdürrəhmanov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 15: | Sətir 15: | ||
|Vətəndaşlığı = | |Vətəndaşlığı = | ||
|Həyat yoldaşı = | |Həyat yoldaşı = | ||
− | |Uşağı = [[Yusif Abdurrahmanov]] və Vəzifə Əbdürəhmanova | + | |Uşağı = [[Yusif Abdurrahmanov|Yusif]] və Hıkmət Abdurrahmanovlar, Vəzifə Əbdürəhmanova, Lətlfə və Qəribə |
|Partnyoru = | |Partnyoru = | ||
|Atası = | |Atası = |
13:14, 19 noyabr 2021 versiyası
Əhməd Əbdürəhmanlı | |
---|---|
Əbdürəhmanlı Əhməd İsa oğlu | |
Əhməd Əbdürəhmanlı. | |
Anadan olub | 1906 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 21 fevral 1946 (40 yaşında) |
Vəfat etdiyi yer | Nuxa, Azərbaycan SSR, SSRİ |
Uşaqları | Yusif və Hıkmət Abdurrahmanovlar, Vəzifə Əbdürəhmanova, Lətlfə və Qəribə |
Təhsili | Azərbaycan Ali Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1923–1927) |
Əhməd Əbdürəhmanlı (1906–1946) — pedaqoq, sovet və partiya işçisi və rəhbər kadr. Müxtəlif illərdə Stalin adına Nuxa Pedaqoji Məktəbinin direktoru, Nuxa rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
1906-cı ildə Nuxada, fəhlə ailəsində anadan olub.
Təhsili
1913 – 1923-cü ilərdə Nuxa şəhər 2 saylı məktəbində,
1923 – 1927-ci illərdə isə Azərbaycan Ali Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1929 – 1938-ci illərdə Stalin adına Nuxa Pedaqoji Məktəbində müəllim işləyib.
2 yanvar 1938-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 7 saylı əmri ilə Nuxa Stalin adına Pedaqoji Texnikumu və onun ətraf təsərrüfatına müvəqqəti olaraq direktor təyin edilib.
17 yanvar 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarı T.Hacıyevin əmrinə əsasən Stalin adına Nuxa Pedaqoji Texnikumunun və Kirov adına pedrabfaktın direktoru vəzifələrində saxlanılıb.
16 avqust 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 3573 №-li əmrinə əsasən başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
1939 – 1940-cı illərdə Nuxa rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri,
1940-cı ildən sonra Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Vəfatı
21 fevral 1946-cı il tarixdə – 40 yaşında, vəfat edib.
Ədəbiyyat
- Şükürov R., Orsər R. Əbdürəhmanlı Əhməd İsa oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 113. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
Həmçinin, bax:
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- 1906-cı ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 21 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1946-cı ildə vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə