"Ruslan Sadıqov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni '{{iş gedir}} [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çı...' ilə yarat) |
(Fərqli deyil)
|
13:34, 3 yanvar 2022 versiyası
Bu səhifədə iş davam etməkdədir. |
Ruslan Sadıqov | |
---|---|
Sadıqov Ruslan Amiraslan oğlu | |
Ruslan Sadıqov. | |
Doğum tarixi | 31 dekabr 1987 |
Doğum yeri | Təpəcənnət, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 7 noyabr 2020 (32 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Cəfərabad, Şəki rayonu, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mənsubiyyəti |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi |
Uşaqları | Nuray, Aylin və Ehsan |
Atası | Amiraslan |
Anası | Qaragöz |
Həyat yoldaşı | Fidan |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 2008–2020 |
Rütbə | baş çavuş |
Təltifləri |
Ruslan Sadıqov (1987–2020) — Azərbaycan Respublikası Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsi şəhidi.
Haqqında məlumatlar
31 dekabr 1987-ci il tarixdə Şəki rayonunun Təpəcənnət kəndində anadan olub.
Təhsili
1994-cü ildə Təpəcənnət kənd natamam orta məktəbində,
1995 – 2004-cü illərdə Şəki rayonu Cəfərabad kənd tam orta məktəbində,
2004 – 2005-ci illərdə isə Şəki şəhər 5 saylı tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdə
2006 – 2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.
2008-ci ildə Zaqatala rayonunda yerləşən daxili qoşunların «N» saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmətə başlayıb.
2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində iştirak edib.
Şəhid olması
7 noyab 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
10 noyabr 2020-ci il tarixdə Şəki rayonunun Cəfərabad kənd qəbiristanlığında dəfn edilib.
Təlti və mükafatları
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı (26.06.2008);
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2018);
- "Vətən uğrunda" medalı – ölümündən sonra (15.12.2020);
- "Şuşanın azad olunmasına görə" medalı – ölümündən sonra (29.12.2020).
Ailəsi
Ailədə bir bacı və bir qardaş olub. Ailəli idi. Nuray və Aylin adında 2 qızı, Ehsan adlı (şəhid olarkən hələ bir yaşı tamam olmamışdı) 1 oğlu var.
Ədəbiyyat
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : TAPDIQ Dövlətxan oğlu Qurbanəliyev : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Şəki Ensiklopediyası:İş davam edən məqalələr
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- 1987-ci ildə doğulanlar
- 31 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 7 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşları
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)